Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

 
56
 Gədiyindən qıyya çəkib keçilmir- 
 Niyə qocalmasın o dağlar, deyin?! 
     
       Firudin həsrətdi turac səsinə,  
       Yığılmır cavanlar yan-yörəsinə, 
   
       Naxələf çıxdılar dağ vədəsinə - 
      Niyə qocalmasın o dağlar, deyin?! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
57
Zaman 
 
Hərdən bildirçin də perikdirmişəm, 
Yuvası yanından keçdiyim zaman. 
Çinar kölgəsində «oxqay!» demişəm, 
Şərbət bulağından içdiyim zaman. 
 
Başıma lalədən çələng taxardım,  
Sevənləri yandırardım, yaxardım,  
Həsrət-həsrət dönüb geri baxardım, 
Göyçədən bu yana keçdiyim zaman.  
 
Minərək köhləni dağlar aşardım,  
Dağ çayıtək gurlayardım, daşardım,  
Xəlvət-xəlvət şeir, qəzəl  qoşardım, 
Gizlincə gözaltı seçdiyim zaman. 
 
Xırman vaxtı hazırlandım gəmini, 
Çağırardım İsfəndiyar əmini,  
Kəhraba dənəli sarı zəmini  
Ata orağıyla biçdiyim zaman.  
 
Hələ deməmişəm köklu sözümü, 
Meyvələrdən çəkəmmirdim gözümü, Təndir 
buğu qarsılardı üzümü,  
Lavaşa kərə yağ çəkdiyim zaman. 
 
Fələklər fərmanlar göndərəydilər,  
Düşmənləri külə döndərəydilər,  


 
58
Atanın yanında dəfn edəydilər,  
Firudin, dünyadan köçdüyü zaman.  
 
Vaxt gələr ki, quzeylərə gün düşər,  
Dağlar cavanlaşar, inşaallah. qardaş!  
Bulaqlar üstündə buğlama bişər- 
Dağlar cavanlaşar, inşaallah qardaş! 
 
Daşnaklar canına qorxu çəkəndə,  
Gözlərindən qanlı yaşlar tökəndə,  
Qartallar zirvədə qiyya çəkəndə - 
Dağlar cavanlaşar, inşaallah, qardaş!  
 
Təndirlərdə buğda kömbəsi şişər,  
Əmlik də kəsilər, kabab da bişər,  
Düşmənin başına daş-qaya düşər,  
Dağlar cavanlaşar, inşaallah, qardaş! 
 
El-obamız yurdumuza yığılar,  
Mağarlar qurular, küştü tutular,  
Pərən-pərən olub, yadlar dağılar, 
  
 
Dağlar cavanlaşar, inşaallah, qardaş! 
 
 Cavan qızlar oğlanları öyəndə, 
 Dəstə-dəstə Noyruz aşı yeyəndə,  
 Firudin həvəslə şeir deyəndə  
 
Dağlar  cavanlaşar, inşaallah, qardaş! 
 
 


 
59
Qardaş 
 
Vaxt gələr ki, quzeylərə gün düşər,  
Dağlar cavanlaşar, inşaallah. qardaş!  
Bulaqlar üstündə buğlama bişər- 
Dağlar cavanlaşar, inşaallah qardaş! 
 
Daşnaklar canına qorxu çəkəndə,  
Gözlərindən qanlı yaşlar tökəndə,  
Qartallar zirvədə qiyya çəkəndə - 
Dağlar cavanlaşar, inşaallah, qardaş!  
 
Təndirlərdə buğda kömbəsi şişər,  
Əmlik də kəsilər, kabab da bişər,  
Düşmənin başına daş-qaya düşər,  
Dağlar cavanlaşar, inşaallah, qardaş! 
 
El-obamız yurdumuza yığılar,  
Mağarlar qurular, küştü tutular,  
Pərən-pərən olub, yadlar dağılar, 
  
 
Dağlar cavanlaşar, inşaallah, qardaş! 
 
 Cavan qızlar oğlanları öyəndə, 
 Dəstə-dəstə Noyruz aşı yeyəndə,  
 Firudin həvəslə şeir deyəndə  
 
Dağlar  cavanlaşar, inşaallah, qardaş! 
 
 
 


 
60
Daşda qərib gəlir, adama Allah 
 
Dincəlmək istədim bir daşın üstə, 
 Daş da qərib gəli adama, Allah 
 Cavan gəlinlərin gözünün üstə 
 Qaş da qərib gəlir adama, Allah! 
 
                     
Hanı pendir ilə dolu dağaran,  
                     
Ata ocağında qalıb nigaran, 
                     
Beş ilin içində tamam ağaran 
                     
Baş da qərib adama, Allah! 
 
Sizə qurban olsun divanə anan
Kim bilir kimlərdi ürəkdən yanan, 
Vətəndən uzaqda yüz il yaşasan... 
Yaş da qərib gəlir adama, Allah! 
 
  Günü-gündən gəlir qəm üstə qəmim, 
  Düyü 
həmin düyü, dəmləyən həmin, 
  Ocaq 
həmin deyil, 
  Onunçün 
yəqin 
                    Aş da qərib gəlir, adama, Allaha! 
 
Kor olsun bu zülmə şəst ilə baxan, 
Dağlının qəlbini yandıran, yaxan, 
Pirani qocanın gözündən axan 
Yaş da qərib gəlir adama, Allah! 
Vətəndən uzaqda yüz il yaşasan... 
Yaş da qərib gələr adama, Allah! 


 
61
Qərib sanıram 
 
Hər günü xəyalən orda oluram, 
 
Odur ki, özümü qərib sanıram. 
 Qubarlanıb, bulud kimi doluram- 
 Neynəyim, özümü qərib sanıram. 
 
 
 
     Həsrətəm pendirə, şora, qaymağa, 
 
 
     Əllərim öyrənmiş lavaş yaymağa, 
 
 
     Yer tapa bilmirəm qurut qoymağa- 
 
 
     Neynəyim, özümü qərib sanıram. 
 
Gəlmir qulağıma quzunun səsi, 
 Düşmür qapımıza odun şələsi, 
 
Haraya qeyb oldu at kişnəməsi?- 
 Neynəyim, özümü qərib sanıram. 
 
 
     Təndir qalamıram, çörək yapmıram, 
 
     İnək yampızından çimdik qapmıram, 
 
     Dərdimi deməyə həmdərd tapmıram- 
 
     Bunlarsız qalmışam
yanıb qalıram, 
 
     Neynəyim, özümü qərib sanıram. 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə