Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

 
103
Xoş xatirəli hadisələr çoxdur. Yalnız bir xatirəsi 
məni çox təəsüfləndirir. Otağının qarşısından keçəndə, 
həmişə mənə baxa-baxa keçərdi. Darıxdığını, karidora 
gəzişməyə, danışmaq üçün çıxdığını hiss edib, 
“Kəmalə, gəl otağıma, gəl otur deyərdim”. O saat 
gəlib kuşetkada oturardı. Kuşetka hündür olduğu üçün 
söhbət edə-edə ayaqlarını uşaq kimi yellədərdi, deyib-
gülər, fikrinin darıxmasının yayınması o saat hiss 
olunardı. Lakin vəfatından bir gün əvvəl... Mən 
telefonla (mobil) kiminləsə vacib bir söhbət edirdim, 
çox fikirli idim. Bu zaman Kəmalə otağının qarşı-
sından asta-asta keçdi (mənə baxa-baxa). Çox qəribə 
baxışlar idi
həm solğun, qəmli, çox sakit həm də 
özünə qapanmış idi. Elə bil nəsə demək istəyir, lakin 
deyə bilmirdi. Telefonda əsəbi tərzdə danışdığım 
üçün, fikrim öz söhbətimdə  cəmləşdiyi üçün onu 
otağa dəvət edə bilmədim, lakin ürəyimdə  qəribə bir 
hiss yarandı. O keçib getdi, mən onu niyə otağa 
çağırıb, otur yanımda demədim. Sözlü adama oxşa-
yırdı... Həmin gün karidorun bir başından o biri başına 
asta-asta keçib hamıya, otaqlara səssizcə baxmasını 
bəziləri hiss etmişdi. Sanki, Sanki, vidalaşırmış kimi 
onunla danışa bilməməyim, başımın qarışıb-onu otağa 
çağırmamağım mənim üçün acı bir xatirə oldu. Eynilə 
acı xatirə qardaşımla olmuşdu. Məni çağıran dəqiqəsi, 
gecə də olsa onun yanına qaçardım. Lakin ölümündən 
1-2 gün əvvəl gəl bizə dedi, mənim qonaqlarım 
olduğu üçün gedə bilməmişdim. “Sonra gələcəm” 
dedim, 2 gün sonra gedəndə artıq o həyatda yox idi. 


 
104
Bunu özümə bağışlaya bilmirəm. Başqa vaxt
yüz qonağım olsa belə, hamını atıb, qonaqların belə 
qəlbini qırıb gedərdim. 
Lakin son günündə  şeytan yolumu kəsdi. 
Dərdimin üzərinə dərd gəldi. 
Allah hər ikisinin o dünyasını versin, qəni-qəni-
qəni rəhmət etsin. Yerdə qalanları saxlasın. 
Belə insanların xatirəsi hər zaman əziz olur. 
Allah bizlərə səbir versin. 
Şair Tahir Rzanın  şeri ilə başladım, onun şeri 
ilə də fikrimi bitirmək istəyirəm. 
 Olsa 
nə qədər sanın, şöhrətin, 
 
Ey insan, onunla bəhs etmək çətin. 
 Dar 
gündə dünyanın varın, dövlətin. 
 Tay 
bilməz bir qara daşına fələk. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
105
Tibb qeydiyatçısı: Yaxşıyeva Xalidə 
 
Kəmalə xanım kollektivimizin ən gülərüz,  ən 
savadlı,  ən xanım-xatın, gözəl davranışıyla yadda 
qalan həkimi idi. Onu, həqiqətən çox istəyirdik. 
Mən burada az işləsəm də ona hörmətim sonsuz 
idi. Həmişə nur çöhrəsilə, gözəl məsləhətlərilə xatiri-
mizdə qalacaqdır.  
Kaş ki, belə olmayaydı, səni itirməyəydik. Nə 
etmək olar, Allahın verdiyi ömür payı, taleyin qisməti 
belə imiş. 
Hələ  də inana bilmirik ki, Kəmalə xanım yox-
du, onu itirmişik. Onun kimi bir insanı itirmək bizim 
üçün çox çətin oldu. Hər gün onunla bağlı danışılır, 
xatırlanır. 
Kəmalə xanım rəhmətə getməmişdən bir həftə 
qabaq mənə dediyi sözlərə  hələ  də qulağımdadır. 
Yaşadığım bir problemlərlə bağlı verdiyi məsləhətlər, 
gözəl və düzgün yol göstərməyi heç vaxt yadımdan 
çıxmaz.  
Sanki ölməyini bilirmiş kimi dedi: “Xalidə 
həyat qısadı, bilmirik sabah nə olacaq, başımıza nə 
gələcək, nə baş verəcək, heç nəyə fikir vermə, sən 
hələ  gəncsən, həyatını yaşa, deyilənlərə fikir vermə, 
öz ayaqların üstündə durmağı bacar və  hər  şeyi 
həyatın axarına burax, inşallah yaxşı olacaq” kimi 
sözləri ilə  mənə çox məsləhətlər, ümidlər verdi və 
güldü. O, gözəl gülüşü hələ də gözlərim önündədir. 


 
106
Sonuncu dəfə bizimlə  nə  qədər danışıb gül-
düyünü, üzündə olan nur hələ də yadımdadı. Kəmalə 
xanım arzu edirəm ki, balalarınız bütün arzularınızı 
çin etsin, tələbə adını qazanıb ruhunuzu şad etsinlər.  
Sizin haqqınızda ancaq gözəl sözlər deyilə 
bilər. Odur ki, mənim xatirimdə  nəsihətamiz sözlə-
riniz, davranışınız, nurlu çöhrəniz qalacaq və heç 
zaman unudulmayacaqsınız. 
Bizim həkimimiz, təbibimiz, loğmanımız 
Kəmalə xanım hətta həkim otağınızın qabağından 
keçməkdə çox çətindir. Bir daha deyirəm kaş belə 
olmayaydı. Amma bir fikirdə söylənilir, Allah yaxşı, 
gözəl insanları yanına tez aparıb mələklər sultanı edir. 
Nəcəflə Orxanda bundan təsəlli tapsınlar. Fəxr etsinlər 
ki, elə ggözəl mələksimalı anaları olub. Əsl ana adına 
layiq Ana. Əsl həkim adına layiq Həkim Kəmalə 
xanım. Siz həmişə xatirimizdəsiniz.  
Allah rəhmət eləsin. Yeriniz cənnət olsun, 
qəbriniz nurla dolsun. 
Atam şəkər xəstəsidir, arxam dayağımdır. Allah 
başından bir tük əskik etməsin deyərdim. 
Əziz bacımız onun atamın kəfənini əlindən alıb, 
geydin. Bəs indi o neynəsin? 
Təzə evə köçürmüşdünüz, təmir elətdirmişdiniz. 
Yenicə özünü qab-qacaq sahibi, əsl ev sahibi olsun, 
sevindin ki, oğul evləndirib, gəlin gətirəcəksən. 
Arzuna beləmi çatdın əziz bacımız? 
Ən böyük arzun isə Nəcəflə Orxanın xoş səda-
larını  eşitmək idi. Aviasiya akademiyasının tələbə-


 
107
lərini formada görəndə gözlərin dolardı. Nəcəfini də 
həmin formada görmək istəyi ilə köçdün bu dün-
yadan. 
Ay Kəmalə, o qədər xatirə var ki, yazmaqla 
qurtaran deyil. 
Əziz bacımız, həmişə deyərdin:-ya qismət 
görəsən Nəcəfimin və Orxanımın tələbə olduğu günü 
görəcəyəmmi? 
Niyə belə deyirdin? Yəqin bilirdin ki, ömrün 
kimi hər şey bütün arzuların yarımçıq qalacaq. 
Qalacaq yox! Yarımçıq qoyacaqsan! Biz buna 
inanmırıq. Ona inanırıq ki, Nəcəf də, Oerxan da anala-
rın arzusunu yarımçıq qoymayacaqlar. Kəmalənin nə 
arzuları vardısa hamısını  həyata keçirəcək, dünyadan 
nakam getmiş analarının ruhunu şad edəcəklər. Başqa 
cür ola bilməz. Onların buna haqları yoxdur.  
 
Allah sənə rəhmət eləsin, əziz bacımız. Sən   
həmişə ürəyimizdə, qəlbimizdə və aramızdasan! 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə