Microsoft Word Azf-279258. doc


Uşaq həkimi Əsgərova İradə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

 
108
Uşaq həkimi Əsgərova İradə 
 
Kəmalə gözəl davranışlı, savadlı  əsl azəri 
xanımı idi. Yaxınlıq etdiyi hər kəslə çox mehriban 
davranır, heç kimin xətrinə dəymirdi. Xəstələri ilə xoş 
danışar, hamısına yüksək dərəcədə xidmət göstərirdi. 
 
İlahi Kəmaləmizi xoş gündə, xoş saatda yarat-
dığından ondan heç nəyi  əsirgəmişdi.  İnsanı ucaldan 
gözəlliyi, xoş xasiyyətliyi, elmi, savadı, təmkinliyi, 
milli adət ənələrimizə hörmət etməyi və s. 
 Bütün 
bu 
xüsusiyyətlərə malik olan iş yoldaşı-
mız Kəmalə hamımızın yaddaşında daim yaşayacaq-
dır. 
 
Kəmalə  əsl azəri qızı olduğundan ailəsinə çox 
bağlı idi. Ərinə layiqli həyat yoldaşı, övladlarına 
mehriban ana idi. Onlarla nəfəs alırdı.  
 Bu 
yaşda ana itirməyin nə olduğunu onlar yəqin 
ki, hiss edirlər.  
 
Kəmalə  həmişə deyərdi ki, Nəcəf sərbəstdir, 
Orxanın isə  mənə ehtiyacı çoxdur. Arzu edirəm ki, 
Orxan da, Nəcəf də ali məktəb tələbələri olsunlar. 
Kəmalənin arzu və istəyi bu idi.  
 
Allah rəhmət eləsin, qəbri nurla dolsun. 
 
 
 
 
 


 
109
 
Tibb bacısı Quluşova İlhamə 
 
Doğrusu, Kəmalənin aramızdan belə erkən 
getməsinə  hələ  də inana bilmirəm. Elə bilirəm ki, 
harasa uzaq bir yerə ezamiyyətə gedib və tezliklə 
qayıdacaq. O, mənim bu həyatda ən yaxın rəfiqəm idi. 
Bir böyük bacı kimi istəyirdim onun xətrini. Ən yaxın 
sirdaşım idi. Hər hansı bir problemim olan kimi 
qaçırdım yanına məsləhətə. Bu gün hiss edirəm ki, 
Kəmaləyə böyük ehtiyacım var.  
Elə gün yoxdur ki, onun mənalı gülüşünü, 
nəsihətamiz sözlərini xatırlamayım. Bilirəm həyatdan 
çox nigaran gedib, əsasən də övladları sarıdan. Arzu 
edirəm ki, onun Nəcəfi və Orxanı ilə bağlı arzuları 
yerinə yetsin ki, ruhu şad olsun. Nə deyim, Allah özü 
bilən məsləhətdir. Onun da yazısı bura, dekabrın 23-
nə kimi imiş. 
Kəmalə heç vaxt unudulmayacaq və  həmişə 
xatirimizdə qalacaq. Onu da bilirəm ki, onunçün 
həmişə darıxacam, telefon zənglərini gözləyəcəm. 
Bundan sonra inanmıram ki, Kəmalə kimi 
rəfiqəm ola onu əvəz edə bilə. 
 
Allah rəhmət eləsin, ailəsinə səbr diləyirəm. 
 
 
 
 


 
110
Tibb işçiləri Mətanət, Liza, Tanya 
 
 
Kəmalə ilə xatirələrimiz o qədərdir ki, heç 
bilmirik ki, haradan başlayıb, haradan qurtaraq. Heç 
dilimizə  gəlmir ki, sənin haqqında keçmişdəki kimi 
danışaq. Çünki elə bir gün, elə bir saat, elə bir dəqiqə 
olmur ki, sənin həzin səsin, xanım-xatın yerişin, 
davranışın, gülüşün gözlərimiz önündən getsin. Hətta 
hərdən bizə elə  gəlir ki, həmişəki kimi indicə qapını 
açıb “Mətan, Liza, Tanyuş privet! Nə var, nə yox?! 
deyə soruşacaqsan. 
 
İşə başladığın ilk gündən sən və biz Mətanət, 
Liza, Tanya bir yerdə sadəcə  iş yoldaşı yox, bacıdan 
artıq olmuşuq. Bir-birimizlə bütün dərdlərimizi, 
problemlərimizi, sevinclərimizi bölüşmüşük. Analmı-
zın, bacımızın xəbərləri olmadıqları  şeyləri bir-biri-
mizlə bölüşüb mənəvi dayaq olmuşuq. 
 
Kəmalə  sən çox kövrək idin, xırda haqsızlıq 
olduqda belə heç bir cavab verməz körpə  uşaq kimi 
ağlayardın. Dəfələrlə ürək-dirək verər, sonrada 
könlünü almaq üçün deyərdik. Ay qız heç olmasa 
özünü müdafiə üçün nəsə de! Deyərdin ki, mən 
beləyəm bacarmıram, neyləyim ?! 
 
Yəqin elə bu xasiyyətinə görə  də canını 
Əzrayıla tez verdin. Heç bir mübarizə aparmadın. Heç 
fikirləşmədin ki, arzuların yarımçıq qalacaq ?! Fikrin-
zikrin ancaq atanın-ananın yanında idi, atam şəkər 
xəstəsidir, arxam dayağımdır. Başından Allah bir 
tükdə  əskik etməsin-deyərdin. Vaxtaşırı  dərmanlarını 


 
111
alır, məcbur edirdin ki, müalicə kursunu aparsın. Hər 
gün işə  gələn kimi ən birinci anana zəng edirdin, 
halını soruşurdun. Bəs sən onları fikirləşmədən, onlar 
sənsiz neyləyəcək? 
 
Təzə evə köçmüşdünüz, təzə mebel, təzə qab-
qacaq alırdın. Sevindirdik ki, özümüzün ayrıca evimiz 
olacaq, bəzəyib düzəyəcəyəm. Daha xoşbəxt günlər 
keçirəcəyəm ailəmlə. Bəs indi? 
 Fikrin-zikrin 
Nəcəf, Orxan idi. Onların hərənin 
yediyi yeməklər,  şirniyyatlar,  ən vacib dərslərini 
fikirləşirdin. Həmişə deyərdin: “Köhnə Suraxanıda  
dayanacaqda Aviasiya Akademiyasının tələbələrinin 
formada görəndə gözlərim dolur. Ən böyük arzumdur 
ki, Nəcəfi o formada görüm. Orxan daha yaxşı 
oxusun, instituta daxil olsun. Başqa heç bir arzusu 
yoxdur”. Biz deyərdik, “Ay Kəmalə, o qədər arzular 
var ki, arzudan arzu doğur”. Deyərdin: -ya qısmət. 
Mən görəcəyəm? Niyə belə deyirdin? Yəqin bilirdin 
ki, hamısı yarımçıq qalacaq. Qalacaq yox! yarımçıq 
qoyacaqsan! 
 
Biz buna heç inanmırıq. Biz inanırıq ki, Nəcəf 
də, Orxan da analarının arzularını yarımçıq qoy-
mayacaqlar. Nə arzuları var idi. Kəmalənin hamısını 
həyata keçirəcək, ruhunu şad edəcəklər. Çünki başqa 
cür ola bilməz. Onların buna haqqları yoxdur! 
 
Bacı, Allah sənə  rəhmət etsin, yerin cənnət 
olsun! Sən həmişə bizim qəlbimizdə, ürəyimizdəsən, 
aramızdasan !!!!. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə