Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

 
157
Özün  işıqsız  qaldın 
 
İşıq verdin özgələrə
Özün işıqsız qaldın. 
Günəş kimi parlayaraq, 
Ancaq günəşsiz qaldın. 
 
 
 
Nəcəfə söz ataraq, 
 
 
Qaşlarını çataraq. 
 
 
Məzarda tək yataraq, 
 
 
Bəs niyə bizsiz qaldın. 
 
Daş olub, daşda bitdin
Yolunu qısa etdin. 
Hər gün işinə getdin, 
İndisə işsiz qaldın. 
 
 
 
Oxuşa yaxma yağladın, 
 
 
Hərdən küsüb ağladın. 
  Bulaq 
kimi 
çağladın, 
 
 
Vaxtsız bulaqsız qaldın. 
 
 
 
 
 
 
 
 


 
158
Geydirdin  atana  vay  libasını 
 
Görmədin Kəmalə, görmədin qızım, 
Nəcəfin, Orxanın toy libasını. 
Ay mənim baharım, ay mənim yazım, 
Geydirdin atana vay libasını. 
 
Təbiət yas tutdu, göylər ağladı, 
 
 
Günəşdə buluddan qara bağladı. 
 
 
Atanın fəryadı sinə dağladı, 
 
 
Dəyişdi göydəki ay libasını. 
 
İlahi apardı yadigarını, 
Çəkdirdi balamın intizarını. 
Əbədi itirən övladlarını, 
Atalar geyirlər vay libasını. 
 
 
 
Fələklər oturub qurğular qurur
 
 
Əzrayıl əmirə müntəzir durur. 
 
 
Sənin kimilərin ömrünü qırır, 
  Geydirir 
kəfənə tay libasını. 
 
Ölənəcən tutacağam yasını, 
Geydirdin atana vay libasını. 
Beş arşın bez olan toy libasını, 
Soyunmam verdiyin vay libasını. 
 
 
 


 
159
Səndən  başqa  qızım  fikrimi  bir  
 məşğul  edən  yox 
 
Üç yüz altmış beş gün on iki ay ağlaram ildə, 
Səndən başqa qızım fikrimi bir məşğul edən yox. 
Yalnız sənin əksin dolanır gözdə könüldə, 
Səndən başqa qızım fikrimi bir məşğul edən yox. 
 
 Gündə yüz yol qara bulud tək boşalıb dollam, 
 
İnanın ağ saçlarım ağlamasa birbəbir yollam. 
 
Əzizim məzarına baş daşı qoysalar ollam, 
        Səndən başqa qızım fikrimi bir məşğul edən yox. 
 
Hər gün Firudin şəklinin önündə dayanıb, 
Odsuz alovsuz cəhənnəmin oduna yanıb. 
Çox fikirdən sonra axır həqiqəti qanıb, 
Səndən başqa qızım fikrimi bir məşğul edən yox. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
160
Oldu  qapısız  pəncərəsiz  bir  evə  mehman 
 
Ay üzlü balam yatmış idi arxası üstə, 
Qalmamışdı onda bu həyatdan bircə nişan. 
Ruh uçmuş idi bədəndən qapının bir tayı üstə, 
Çimdirdi onu mürdəşiri halı pərişan. 
 
 Öz 
köynəyi, öz paltarı boylandı kənardan, 
 
Şəkli balamın asılı qaldı divardan. 
 Geydirildi 
kəfən bağlandı, başdan və ayaqdan, 
 Aparmağa bilməm Mələklər gəldilər hardan. 
 
Qırıldı düşdü beynimdəki bütün inamlar, 
Tabutunu bir Məscidə çatdırdı adamlar. 
Yığışıb başına şivən qopardı imamlar, 
Rəhmət oxuyub rəhm rica etdilər haqdan. 
 
 
Hökm oldu Cəbrayıla qapı pəncərəmi hördü, 
 
Mələklər göydən baxıb bu müsibəti gördü. 
 Adamlar 
elə ki, qıldı namaz, fatihə verdi
 
Qəbirstana yollandılar orada etdilər əfqan. 
 
Goy gurladı dəyişdi ruzigar, dəyişdi iqlim, 
Öldü deməyə heç kimsəyə söz tapmadı dilim. 
Qan yaş tökərək qızımı eylədilər torpağa təslim, 
Oldu qapısız pəncərəsiz bir evə mehman. 
 
 
 


 
161
Ahı  fəğandır 
 
Fəryad qoparıb ağlayıram mən gecə-gündüz
Bax gör balamın yatdığı hansı məkandır. 
 
 Övladımı torpaqda görüncə kor olaydım, 
 Onsuz 
keçən ömrümün hər anı fəğandır. 
 
Kaş mən də onunla bir öləydim, 
İtirmək tək qızımı zənn etmə asandır. 
 
 Ömrün 
ən əziz vaxtı əcəl yıxdı balamı, 
 Övladımın abad sarayı indi virandır. 
 
Biz yoxsa, yaman bəd nəzərə, bəd gözə gəldik
Bəd gözlülərin tez ya gec, iqbalı yamandır. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
162
Ondan  çəkinməmisən 
 
Ölümlə üzləşəndə, 
Ondan çəkinməmisən. 
Əcəllə güləşəndə, 
Ondan çəkinməmisən. 
 
 
  
Düz 
baxmısan gözünə, 
 
 
Əməl edib sözünə. 
  
Düşüb məzar izinə
  
Ondan 
çəkinməmisən. 
 
Deyirdin ölüm haqdır, 
Bilin, qorxmaq günahdır. 
Səninki, lap nahaqdır, 
Ondan çəkinməmisən. 
 
 
  
Ay 
başımın sərvəri, 
  
Hurimisən, ya pəri. 
  
Düşdün məndən irəli, 
  
Ondan 
çəkinməmisən. 
 
 
 
 
 
 


 
163
Bəs  mənim  Kəmaləm  niyə  boylanmır? 
 
Kol dibindən bənövşələr boylanır, 
Bəs mənim Kəmaləm niyə boylanmır? 
Dağ döşünə lalə nərgiz paylanır, 
Bəs  mənim  Kəmaləm  niyə  boylanmır? 
 
 Yazdı çəmən gülür dərə dağ gülür, 
 Onların sirrini İlahi bilir. 
 Yaralı qəlbimi yaralar dəlir
 
Bəs mənim Kəmaləm niyə boylanmır? 
 
Allah yaratdığı hikmətə bir bax, 
Dağlar qoynundakı nemətə bir bax. 
Hər canlı boylanır qismətə bir bax, 
Bəs mənim Kəmaləm niyə boylanmır? 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə