Microsoft Word Azf-279258. doc


Gəlsənə  ay  qızım, qalxıb  gəlsənə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   28   29   30   31   32   33   34   35   36

 
164
 
Gəlsənə  ay  qızım, qalxıb  gəlsənə 
 
Sənsiz darıxıram hər səhər axşam,  
Gəlsənə ay qızım, qalxıb gəlsənə. 
İştaham küsübdü edəmmirəm şam, 
Gəlsənə ay qızım, qalxıb gəlsənə. 
 
  
Bütün 
canlıların öz balaları, 
 
 
Şənləndikcə sevinir anaları. 
  
Göllərə can atır, su sonaları, 
 
 
Gəlsənə ay qızım, qalxıb gəlsənə. 
 
Bilirəm hər quşa yuvası şirin, 
İtirsə çırpınır balasın birin. 
Yox etməyə Firdunun dərd-sərin, 
Gəlsənə ay qızım, qalxıb gəlsənə. 
 
 
 
 
 
 
 
 
 
 


 
165
Onunla  nə  demək  istəyir  Fələk? 
 
Bilmirəm ömrümə nə qədər qalıb, 
Yaradan başıma ağır daş salıb; 
Mənim gül balamı əlimdən alıb, 
Sanki dar qəfəsdə çırpınır ürək, 
Onunla nə demək istəyir Fələk? 
 
 
 
Ey yaradan necə qıydın qızıma, 
 
 
Xəzan qatdın baharıma yazıma. 
 
 
Qəm çaldırdın əldə simli sazıma,  
 
 
Əvvəldən axıra gələrək kələk, 
  
Onunla 
nə demək istəyir Fələk? 
 
Baharımı zimistana döndərib, 
Mən sağ ikən cəhənnəmə göndərib. 
Yediyimi zəhrimara döndərib, 
Başıma qaynamış suyu əndərib, 
Onunla nə demək istəyir Fələk? 
 
 
 
  
Gözsüzlərə Günəş nuru yayaraq, 
 
 
Getdin sanki bu dünyadan doyaraq. 
 
 
Nəcəfini boynu bükük qoyaraq
 
 
Həyatını zəhrimara döndərib, 
  
Onunla 
nə demək istəyir Fələk? 
 
 
 
 


 
166
Ürəyimin  odu  sönməyəcəkdir 
 
Nə qədər ömrümün teli dartına, 
Balam daha geri dönməyəcəkdir. 
Qəlbimi bürüsə minbir fırtına, 
Balam daha geri dönməyəcəkdir. 
Ürəyimin odu sönməyəcəkdir. 
 
 
 
İlahi nə imiş mənim günahım, 
  
Ancaq 
məzar olar axır pənahım. 
 
 
Ərşə bülənd olsa harayım, ahım, 
 
 
Balam daha geri dönməyəcəkdir, 
  
Ürəyimin odu sönməyəcəkdir. 
 
Aldı başım üstün duman ilə çən
Kor olmuş gözümdə gilələnib nəm. 
Nə qədər yalvarsam yaradana mən, 
Balam daha geri dönməyəcəkdir, 
Ürəyimin odu sönməyəcəkdir. 
 
  
Bilirəm qanundur, gedən qayıtmaz, 
  
Ömrünü 
yarımçıq edən qayıtmaz. 
 
 
Məzarda uyuyan bədən qayıtmaz, 
 
 
Balam daha geri dönməyəcəkdir, 
  
Ürəyimin odu sönməyəcəkdir. 
 
Novruz şamı kimi yandı əridi, 
Firudin bir sümük, bir də dəridi. 
Kəmaləm də mələklərin biridi, 


 
167
Balam daha geri dönməyəcəkdir, 
Ürəyimin odu sönməyəcəkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
168
De  qızım, atanın  nəymiş  günahı? 
 
Şirin yuxulara gəlmirsən daha, 
De qızım, atanın nəymiş günahı? 
Bu isə ömrümə oturur baha
De qızım, atanın nəymiş günahı? 
 
  
Ömür 
sarayımın himi laxlayıb, 
 
 
Fələk hər tərəfdən məni oxlayıb. 
 
 
Həyatımı nəhrə kimi çalxayıb, 
  
De 
qızım, atanın nəymiş günahı? 
 
Nə üçün atandan uzaq qalmısan, 
Mən yazığı dərd-bəlaya salmısan. 
Bütün ixtiyari əldən almısan, 
De qızım, atanın nəymiş günahı? 
 
  
Yayılıb söz-söhbət artıb gileylər, 
 
 
Bu dünya malını, o dünya neylər? 
  
Firudin 
yalvarıb iltimas eylər, 
  
De 
qızım, atanın nəymiş günahı? 
 
 
 
 
 
 
 
 


 
169
Orxana təsəlli verə  bilmərəm 
 
Dünyanın varını bağışlasalar da, 
Balamı bir daha görə bilmərəm. 
Ömrümü yenidən naxışlasalar da, 
Balamı bir daha görə bilmərəm. 
Orxana təsəlli verə bilmərəm. 
 
 
 
Sənin üçün şirin dillər töksələr,  
 
 
 
Həyat baxçamıza güllər əksələr. 
  
Gözlərimə yeni gözlər tiksələr, 
  
Balamı bir daha görə bilmərəm. 
 
 
Nəcəfə təsəlli verə bilmərəm. 
 
Sənsiz inanmıram sevinəm güləm, 
Dünyanın sirrini çətin ki, biləm. 
Yığılsa məxluqat, yığılsa aləm, 
Balamı bir daha görə bilmərəm. 
Orxana təsəlli verə bilmərəm. 
 
  
Firdunam 
dağlanmış dağlar oğluyam, 
  
Sinəm üstü çalın-çarpaz dağlıyam. 
 
 
Nə faydası ömrüm boyu ağlayan
  
Balamı bir daha görə bilmərəm. 
 
 
Nəcəfə təsəlli verə bilmərəm. 
 
 
 
 


 
170
Mən  daha  geriyə  dönə bilmərəm 
  
Sənlə fəxr eləyib, sənlə uçurdum, 
Bəs necə oldu ki, səni uçurdum. 
Könlüm viran oldu, dağıldı yurdum, 
Mən daha geriyə dönə bilmərəm. 
 
                    Əzrayıla tikdirmişəm qalamı, 
 
 
Fələk dərdlərimi geri alamı? 
  
Öz 
əlimlə basdırmışam balamı, 
 
 
Mən daha geriyə dönə bilmərəm. 
 
Kaş təqvimdən siləydilər o günü
Sinəmə çəkilən dağı, düyünü. 
Qızım almaq üçün sənin iyini, 
Mən daha geriyə dönə bilmərəm. 
 
  
Yerbəyer etməmiş xoş arzuları, 
 
 
Qızım üstün tutdu soyuq məzarı. 
  
Firdunam 
gedirəm qəbrimə sarı, 
 
 
Mən daha geriyə dönə bilmərəm. 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə