Microsoft Word Azf-279258. doc


Nakam  Kəmaləmə  çatacağammı?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   28   29   30   31   32   33   34   35   36

 
178
Nakam  Kəmaləmə  çatacağammı? 
 
Hər kəsin içində əjdaha yatır, 
Bir gün kama yetib məqsədə çatır. 
Hamı itənini axtarıb tapır, 
Bəs mən itənimi tapacağammı? 
Nakam Kəmaləmə çatacağammı? 
 
 Allahdır hər ömrün divarın hörən, 
 Yoxdur 
ürəkləri hələlik görən. 
 Sinəmdə kök salıb inilti verən
 
Dərd-qəmi haçansa atacağammı? 
 Nakam 
Kəmaləmə çatacağammı? 
 
Qızım Mələklərdən düzəldib cərgə, 
Bizim aramıza çəkilib pərdə. 
Boyuma biçilmiş kəfənlə birgə, 
Məzarımda rahat yatacağammı? 
Nakam Kəmaləmə çatacağammı? 
 
 Hiss 
edirəm cana düşüb vəlvələ, 
 Az-çox 
dizlərimdə taqət var hələ. 
 Firdunam 
deyirəm mən indən belə
 Ömrümə şad günlər qatacağammı? 
 Nakam 
Kəmaləmə çatacağammı? 
 
 
 
 
 


 
179
Kəmalə  bir daha qayıtmayacaq 
 
İllər arxasınca keçəcək illər, 
Kəmalə bir daha qayıtmayacaq. 
Nəsillər dalınca gələr nəsillər, 
Kəmalə  bir daha qayıtmayacaq. 
 
  
Çölləri, düzləri dəyişər əllər, 
  
Güllənər, səhralar, güllənər çöllər. 
  
Ötər günlər, aylar, gələr fəsillər,
 
 
Kəmalə  bir daha qayıtmayacaq. 
 
Fikir, xəyal ömrümüzü kəsirlər, 
Əcəl gəldi yaranmışlar əsirlər. 
Keçəcəkdi milyon-milyon əsrlər, 
Kəmalə  bir daha qayıtmayacaq. 
 
 
 
Ətrafımı cin-səyatin alsa da, 
  
Ömrümə bir həftə, bir gün qalsa da. 
  
Firudin 
nə qədər haray salsa da, 
 
 
Kəmalə  bir daha qayıtmayacaq. 
 
 
 
 
 
 
 


 
180
Mənim gül balama 
 
Üz tutub göylərə yalvarıb belə deyirəm, 
Ey yaradan necə qıydın mənim gül balama. 
Axşamlar şam yerinə zəhrimar yeyirəm, 
Ey yaradan necə qıydın mənim gül balama. 
 
              Hər gün əhval soruşub dərdimə şərik olanım, 
              Bundan sonra heç bilmirəm necə dolanım. 
              O olacaqdı ancaq üstündə saçın yolanım, 
              Ey yaradan necə qıydın mənim gül balama. 
 
 
Əzrayıla hökm edərək vaxtsız aldırdın canını, 
Yandırdın Firudinin dinini imanını. 
Tökdürdün balamın nahaqdan qanını, 
Ey yaradan necə qıydın mənim gül balama. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
181
Qızım, yoxluğunu eşidəndə mən 
 
Niyə alışmadım niyə yanmadım, 
Qızım, yoxluğunu eşidəndə mən. 
Qəflət yuxusundan tez oyanmadım, 
Qızım, yoxluğunu eşidəndə mən. 
 
  
Açmadım üzünü görəm gözünü, 
  
Dinləyə bilmədim axır sözünü. 
  
Anlaya 
bilmədim sözün düzünü, 
 
 
Qızım, yoxluğunu eşidəndə mən. 
 
Ağlım əldən gedib elə bilsəydim
Özümdə deyildim,bilmirəm nəydim. 
Yırtıb kəfənini kaş geyinəydim, 
Qızım, yoxluğunu eşidəndə mən. 
 
 
Səndən başqa bir kimsəni görmədim, 
 Hardaydım, neynirdim onu bilmədim. 
 Firdunam deyirəm niyə ölmədim? 
 
Qızım, yoxluğunu eşidəndə mən. 
 
 
 
 
 
 
 
 


 
182
Sormayır 
 
Səkkizi mart gəlibdi, anan nigaran qalıb, 
Deyir bəs balam niyə əhvalımı sormayır. 
Atanda dərd əlindən fikir-xəyala dalıb, 
Deyir bəs balam niyə əhvalımı sormayır? 
 
 Hamılar bu bayramda sevinərək güləndə
 Balalar 
analara 
hədiyyələr verəndə. 
 
Sənisə yazıq anan yuxusunda görəndə, 
 Deyir 
bəs balam niyə əhvalımı sormayır? 
 
Eşitmirik, görmürük şaqraq gülüşlərini, 
Silə bilmirsən niyə gözlərimin nəmini. 
İçəsi olsa yenə əcəlin şərbətini, 
Deyir bəs balam niyə əhvalımı sormayır? 
 
 
Ağlayır gecə-gündüz qızı düşəndə yada, 
 
Şəkilini asdığı qəmkeş otağında da. 
 Yazıq anan ay qızım ölüm yatağında da, 
 Deyir 
bəs balam niyə əhvalımı sormayır? 
 
 
 
 
 
 
 
 


 
183
Mən necə şad olum o gündən belə 
 
Ay qızım bayramımı qara gətirdin, 
Mən necə şad olum o gündən belə. 
Bənövşə yerinə qanqal bitirib, 
Mən necə şad olum o gündən belə. 
 
 
Min cür dərd gətirir insan öləndə, 
 
Dərdimdən xəbərsiz olan güləndə; 
 
Hər gün yoxluğunu hiss eliyəndə
 
Mən necə şad olum o gündən belə. 
 
Ay balam sən hara, de ölüm hara, 
Ahu-naləm yetişəcəkmiş hara. 
Öz əlimlə tapşırmışam məzara, 
Mən necə şad olum o gündən belə. 
 
 Vaxtından tez həyatı itirmisən, 
 Sinəm üstə tikanlar bitirmisən. 
 Firdunun 
dərdinə dərd gətirmisən, 
 
Mən necə şad olum o gündən belə. 
 
 
 
 
 
 
 
 


 
184
Neyləyim? 
 
Dur qızım dur, qonaqların gəlibdi, 
Sən gəlməsən qəbirim yansa, neyləyim? 
Sənin dərdin ürəyimi dəlibdi, 
Dəlməsən qəbirim yansa neyləyim. 
 
 
Mən uşaq deyiləm heç nə qanmayım, 
 Necə yandırmayım, necə yanmayım. 
 
O, Nakam qızımı hər gün anmayım? 
 Anmasam 
qəbirim yansa neyləyim? 
 
Rəbbimin qanunu qətidir-qəti
İçirir hamıya ölüm şərbəti. 
İlahi yazdığı bu həqiqəti, 
Qanmasam qəbirim yansa neyləyim? 
 
 
Bal da yesəm ağızım olacaq acı, 
 
Bədbəxt Firudinin varmı əlacı. 
 Öləncən qızımı başının tacı, 
 Sanmasam 
qəbirim yansa neyləyim? 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə