Microsoft Word Azf-279258. doc


Tarixi  daşlarda  yaşayacaqsan



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   28   29   30   31   32   33   34   35   36

 
171
Tarixi  daşlarda  yaşayacaqsan 
 
Min illər keçəcək ay əziz balam
Beləcə daşlarda yaşayacaqsan. 
Xoş təbəssümlə verərək salam, 
Çallaşmış saçlarda yaşayacaqsan 
 
  
Vaxtsız ölümündən xəbər bilərək, 
  
Gözlərindən axan yaşı silərək. 
 
 
Qəbrinin önündə heykəlləşərək
 
 
Əyilmiş başlarda yaşayacaqsan. 
 
Dərdindən od tutub alışammıyan, 
Qızım yoxluğunla barışammıyan. 
Allahın işinə qarışammıyan, 
Çatılmış qaşlarda yaşayacaqsan. 
 
  
Firudinəm gətirirəm diləcə, 
  
Qocalmayıb qalacaqsan beləcə. 
 
 
Mənim balam necə varsan eləcə, 
  
Tarixi 
daşlarda yaşayacaqsan. 
 
 
 
 
 
 
 


 
172
Əsrdən  əsirə  yaşayacaqsan 
 
Yaşının üstünə yaşlar gəlsə də
Qızım otuz səkkizinlə yaşayacaqsan. 
Səninlə birlikdə atan ölsə də, 
Orda da onunla yaşayacaqsan. 
 
 
 
 
  
Güc 
çatmadı saxlamğa əlində, 
  
Bu 
ağır yükünü kimsə belində. 
  
Balaların, nəvələrin dilində, 
 
 
Əsirdən əsirə yaşayacaqsan. 
 
Dəyişir ruzigar, dəyişir aləm, 
Atanın, ananın gözlərində nəm. 
Üzündə sezilən o kədər, o qəm, 
Nəsildən nəsilə yaşayacaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
173
Təkcə  sən  bilmirsən  ay  nakam  qızım 
 
Təbiət  oyanıb hər tərəf gülür
Təkcə sən gülmürsən ay nakam balam. 
Güllərin qədrini bülbüllər bilir, 
Təkcə sən bilmirsən ay nakam balam. 
 
 
Yaram qövr eyləyir yaram irilir, 
 
İlahi sirrini, İlahi bilir. 
 
Torpaq cana gəlir, hər şey dirilir, 
 
Tək sən dirilmirsən ay nakam balam. 
 
Günəşin nurundan torpaq güc alır, 
Quşlar yuvasında züm-zümə çalır. 
Hamı bayram edir, hamı kef alır, 
Təkcə sən almırsan ay nakam balam. 
 
 Firudin 
dərd üstə yeni dərd alır, 
 Suallar 
önündə məəttəl qalır. 
 
Sənin tay-tuşunun hamsı qocalır, 
              Sənsə qocalmırsan ay nakam balam. 
 
 
 
 
 
 
 


 
174
Niyə  dağlar,  niyə  dağlar 
 
Lalənin köksü qaradı, 
Niyə dağlar, niyə dağlar. 
Bülbülün qəlbi yaradı, 
Niyə dağlar, niyə dağlar. 
 
  
Çöllər,çəmənlər güllənir, 
  
Balamın ruhu yellənir. 
  
Gözümün 
yaşı sellənir, 
  
Niyə dağlar, niyə dağlar. 
 
Zirvələrdə qar görünər, 
Sinəndə duman sürünər. 
Ürəyim qana bürünər, 
Niyə dağlar, niyə dağlar. 
 
  
Ana 
saçını yolubdu, 
  
Bağçam saralıb solubdu. 
 
 
Əfi ilanla dolubdu, 
  
Niyə dağlar, niyə dağlar. 
  
Zirvələrdə qar görünər, 
Qızım kəfənə bürünər. 
Firudun çən tək sürünər
Niyə dağlar, niyə dağlar. 
 
 
 


 
175
Əfsus ki, halallıq  alammamışam 
 
Gözlərinin işığıydı adamın, 
Dərmanıydı, məlhəmiydi yaramın. 
Zəhməti çox olub əziz balamın, 
Əfsus ki, halallıq alammamışam. 
 
 
İlahi baxçama tufan gətirib, 
 
Əzab ilə boya-başa yetirib. 
 
Kəmalətək Mələk qızı itirib, 
 
Nə üçün odlara qalanmmamışam. 
 
Qalıbdı qızımın bağlı otağı, 
Nədəndi ömrümün bu ahıl çağı. 
Çəkirəm sinəmə çəkilən dağı, 
Yaxşı ki, hələlik talanmamışam. 
 
 
 
İnsan belə olub əzəl binadan, 
 Olmayıb əcəldən onu oyadan. 
 Firdunam 
köçəcəm mən də dünyadan
 
İllərdən-illərə calanmamışam. 
 
 
 
 
 
 
 


 
176
Dünyadan  doymamış  gedən  balamın 
 
Ölüm yaraşmırdı onun yaşına, 
Dünyadan doymamış gedən balamın. 
Əzrayılın daşı düşdü başına, 
Dünyadan doymamış gedən balamın. 
 
 
 
 Biləmmədim Əzrayılın tasını, 
 
Kim bilirdi tutacağıq yasını. 
Nəcəf balasının toy xınasını, 
                    Əlinə yaxmamış gedən balamın. 
 
Dünyadan köç etdi gözü, könlü tox, 
İndi əziz balam yanımızda yox. 
Ömrü qısa oldu, arzuları çox, 
Onlara çatmamış gedən balamın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
177
Simləri  qırılmış  saz  qoşalaşır 
 
Torpaqdan boylanır bu vaxtı lalə, 
Qəlbimin yarası yaz qoşalaşır. 
Balam qarşılardı əldə piyalə, 
Qızımın etdiyi naz qoşalaşır. 
 
 
 Dünyanın işləri yalandır yalan, 
 Balamın həyatı tez oldu talan. 
 
Qəm üstə köklənib laylalar çalan
 Simləri qırılmış saz qoşalaşır. 
 
Hər gün zəng eliyib əhval biləndə, 
Dərdim yox olurdu balam güləndə. 
Göylərdən göstəriş əmr gələndə, 
Balasın itirmiş qaz qoşalaşır. 
 
 Dolanım başına halım qananın, 
 Firudin 
dərdinə qəlbən yananın. 
 
Əzizin itirmiş ata-ananın, 
 Sevimli 
günləri az qoşalaşır. 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə