Microsoft Word Azf-279258. doc


Qızım müsibətin nə yaman imiş



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

 
137
Qızım müsibətin nə yaman imiş 
 
Göylərdə ağladı, Yerdə ağladı, 
Qızım müsibətin nə yaman imiş? 
Günəşdə buluddan qara bağladı, 
Qızım müsibətin nə yaman imiş? 
 
Ruzigar qarışdı, aləm ağladı, 
Mələklərdə dağı daşı dağladı, 
Sinəmin üstündə tufan çağladı, 
Qızım müsibətin nə yaman imiş. 
 
Atanın qeydinə qaldın beləmi? 
Cənnət sakininə döndün eləmi? 
Yoxluğun yandırdı bütün aləmi, 
Qızım müsibətin nə yaman imiş. 
 
 Verdiyin 
vədəndən, düz ilqarından, 
     Hamı söhbət açır etibarından, 
     Dənizlər yarandı göz yaşlarımdan, 
                         Qızım müsibətin nə yaman imiş. 
 
Firdunun hər şeydən üzdün əlini, 
Vaxtından tez kaman etdin belini, 
Axı niyə lal eylədin dilini? 
Qızım müsibətin nə yaman imiş. 
 
 
 


 
138
Sənin əvəzini mən hardan alım? 
 
Daşı dindirirəm, daş da ağlayır, 
Sənin əvəzini mən hardan tapım? 
Gözlərimdən axan yaşda ağlayır,  
Sənin əvəzini mən hardan tapım? 
 
Alışır ciyərim, yanır ürəyim, 
Dərd əlindən qovuşur lap kürəyim, 
Gözlərimin yaşı sel tək çağlayır, 
Sənin əvəzini mən hardan tapım? 
 
Dərdini demədin, dərdin qanana, 
Gecə-gündüz alışana-yanana, 
Niyə rəhm etmədin ata-anana
Sənin əvəzini mən hardan tapım? 
 
                        Firdunam nə qədər uf eyləsəmdə, 
                        Allaha yalvarıb nə söyləsəmdə, 
                        Özümə əl qatıb nə eyləsəmdə, 
 Sənin əvəzini mən necə tapım? 
 Sənin əvəzini mən hardan tapım? 
 
 
 
 
 
 
 


 
139
Sənsiz təsəllini mən necə tapım? 
 
Eşidənlər hamı səbr diləyir, 
Sənsiz təsəllini mən necə tapım? 
Daxilimdə arzuların inləyir, 
Sənsiz təsəllimi mən necə tapım? 
 
Fələk məni niyə belə dağladı? 
Hər tərəfli yollarımı bağladı, 
Göylər qara geydi, bulud ağladı, 
Sənsiz təsəllini mən necə tapım? 
 
Gəzirəm dəli tək o baş, bu başa, 
Neyniyim car olur gözümün yaşı, 
Az qalır dil açsın qəbrinin daşı, 
Sənsiz təsəllini mən necə tapım? 
 
 
 
    Ay qızım qoy olum gözün qurbanı, 
                        Donub damarında atanın qanı, 
                        Firudinin budur sözünün canı, 
 Sənsiz təsəllini mən necə tapım? 
 
 
 
 
 
 
 
 


 
140
Bir daha geriyə dönməyəcəksən 
 
Belə qalacaqsan xatirələrdə, 
Heç zaman qocalıb ölməyəcəksən. 
Kədər kök salsa da gənc sinələrdə, 
Bir daha geriyə dönməyəcəksən. 
 
 
 
 
Əmrinə bax, işinə bax zamanın, 
 
 
 
Dərd əlindən dükcələnmiş ananın, 
   Bundan 
belə bədbəxt olmuş atanın 
   Axan 
göz 
yaşını silməyəcəksən. 
 
Fələyin yay oxu yönəldi, mənə, 
Zaman nizəsini tuşladı sənə, 
Yan keçmədi dəydi mərmər sinənə, 
Onunçün bir daha gülməyəcəksən. 
 
   Unutdurdun 
vətənini-elini, 
 
 
 
Silən yoxdu gözdən axan selini, 
   Firudinin 
kaman 
etdin 
belini 
   Bilirəm bir daha gəlməyəcəksən. 
   Axan 
göz 
yaşını silməyəcəksən. 
 
 
 
 
 
 
 


 
141
Başa qara bağlamayım neyləyim? 
 
Kağızlara köçürərək dərdimi, 
İçin-için ağlamayım neyləyim? 
Balam, bala meyvəsini dərdimi? 
Başa qara bağlamayım neyləyim? 
 
 
         Bəxtim qara gətiribsə əzəldən
 
         Bağban nəf götürərmi xəzəldən, 
 
         Qoruya bilmədim  gözdən nəzərdən 
                   Başa qara bağlamayım neyləyim? 
 
Firudinin bəxti qara gətirib, 
Qızılgül yerinə qanqal bitirib. 
Kəmalətək balasını itirib, 
Başa qara bağlamayım neyləyim? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
142
Oda qalandım 
 
Kim sənə yanırdı mən yanan kimi, 
Oduna odlanıb oda qalandım. 
Əsl həqiqəti gec qanan kimi
Odlanıb, odlanıb oda qalandım. 
 
 
 
Qızım yuxumada gəlmirsən daha, 
 
 
Beş kəlmə danışıb, gülmürsən daha, 
 
 
Atanın dərdini bilmirsən daha, 
  Onunçün 
odlanıb, oda qalandım. 
 
Bu fani dünyada bil ki, yesirəm. 
Taqətim qalmayıb tir-tir əsirəm, 
Yanına gəlmnəyə çox tələsirəm, 
Firdunam odlanıb oda qalandım. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
143
Dözəmmirəm 
 
Oğlum da şirindi qızım da şirin, 
Qızım həsrətinə heç dözəmmirəm. 
Çünki, müsibəti dərindəndərin, 
Qızım həsrətinə heç dözəmmirəm. 
 
 
 
Oğullar yad olur uzaqlaşdıqca, 
 
 
Qızlar yaxın olur yaşa dolduqca
 
 
Yaxın keçmişini yada saldıqca, 
 
 
Qızım həsrətinə heç dözəmmirəm. 
 
Fələyin yumruğu mənə də dəydi, 
Balam ölümünlə qəddimi əydin, 
Kaş qalxıb bir kəlmə ata deyəydin, 
Qızım həsrətinə heç dözəmmirəm. 
 
  Firdun 
həqiqəti dana bilməyir, 
 
 
İlahi sirrini qana bilməyir
 
 
Heç kim mənim qədər yana bilməyir, 
 
 
Qızım həsrətinə heç dözəmmirəm. 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə