Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

 
123
Firudin nə söyləsin Nəcəflə, Orxanına, 
Mənim Kəmalə qızım, ay mənim nakam balam. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
124
Aşına zəhəri qatan mənəmmiş 
 
Yaman aldanıldım, yaman aldandım, 
İblislərin sözlərinə inandım, 
Axır həqiqəti sonralar qandım, 
Balamı odlara atan mənəmmiş. 
 
 
 
Demədim sən hara, dövlət var hara, 
 
 
Çəkibdi sinəmə sağalmaz yara, 
 
 
Mələk tək balamı açıq-aşkara, 
 
 
Saxta məhəbbətə satan mənəmmiş. 
 
Beşiyin başında çox dayanmışam, 
Gecə-gündüz alışmışam, yanmışam. 
İndi-indi həqiqəti qanmışam, 
Aşına zəhəri qatan mənəmmiş. 
 
 
 
Saçımın ağ vaxtı köməksiz qaldım, 
  Balamın dərdindən saraldım, soldum, 
 
 
Kəmalə ölməyib, ölən mən oldum, 
 
 
Sağikən cəhənnəmə çatan mənəmmiş. 
 
Firudinəm balamın cənnət bağında, 
Şəfa toplayardım öz qucağında, 
Atalar demişkən, Fil qulağında, 
Xəbərsiz, ətərsiz yatan mənəmmiş. 
 
 
 


 
125
Mənim nakam balam, uğursuz qızım 
 
Sənsiz cəhənnəmdi bu dünya daha, 
Mənim nakam balam uğursuz qızım. 
Ölümün atana oturdu baha, 
Mənim nakam balam uğursuz qızım. 
 
 
 
Əzrayıl məni yox səni apardı, 
 
 
Əllərimdən əzizimi qopardı. 
  Ona 
çatammadım yaman çapardı, 
 
 
Mənim nakam balam uğursuz qızım. 
 
Ölməyib, əbədi yaşar olmusan
Bax beləcə ürəklərə dolmusan. 
Dünən necə idin elə qalmısan, 
Mənim nakam balam uğursuz qızım. 
 
 
 
Fələyin gözləri kor olmur niyə, 
  Baxmayır cavana, nə də sevgiyə. 
  Firudin 
dözəmməz belə itkiyə, 
 
 
Mənim nakam balam uğursuz qızım. 
 
 
 
 
 
 
 
 


 
126
Mənə şəfa verən əlinə qurban 
 
Qızım qabaqdadır qara günlərim
Qara qaşlarınla gözünə qurban, 
Zəng edəndə yox olurdu kədərim, 
Atacan dediyin dilinə qurban. 
 
 
 
         Yanına gələndə pərvazlanırdım, 
 
 
         Özümü səninlə xoşbəxt sanırdm, 
 
 
         Ağrım var deməyə çox utanırdım, 
 
 
Mənə şəfa verən əlinə qurban. 
 
Al yanağın niyə saralıb-solub, 
Yazıq anan neyçün saçını yolub, 
Daşa çevrilərək pərişan olub, 
Sinənə tökülmüş telinə qurban. 
 
Güllərin ömürü niyə gödəkdi? 
 
 
 
Deyərək hər dəfə yenisin əkdi
 
 
   Körpə qönçələrin nazını çəkdi, 
 
 
 
İndi sənsiz qalan gülünə qurban. 
 
 
 
Balamı göz ilə nəfəs apardı, 
Əzrayılın atı yaman çapardı, 
Firdunun qəlbində tufan qopardı, 
Mənə ata deyən dilinə qurban. 
Mənə şəfa verən əlinə qurban. 


 
127
Məni yox, balamı aparıb gedib 
 
İlahi yazını tərsinə yazıb, 
Kəmaləyə qəbri tələsik qazıb. 
Bəlkə də Əzrayıl yolunu azıb, 
Məni yox balamı aparıb gedib. 
 
 
 
 
Qaldıra bilməyib şirin yatanı, 
 
 
 
Səsləyə bilməyib əli çatanı, 
    
 
 
Nəmli gözlərilə bədbəxt atanı, 
 
 
 
Axtarıb-axtarıb, tapmayıb gedib. 
 
Qıyıb Firudinə baxımsızlığı, 
İndi hiss edirəm övladsızlığı, 
Allan götürərmi bu haqsızlığı, 
Ürəyi sinəmdən qoparıb gedib. 
Məni yox balamı aparıb gedib. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
128
Ay mənim nakam qızım 
 
Saçlarını hörmədin, 
Bala toyu görmədin. 
Gəlnini dindirmədin, 
Ay mənim nakam qızım. 
 
 
 
 
Arzuların puç oldu, 
    
 
 
Gülün saraldı soldu, 
   Balalar 
sənsiz qaldı, 
 
 
 
Ay mənim nakam qızım. 
 
Nəcəf səni itirdi
Orxan dərd-qəm gətirdi, 
Əzrayıl tez yetirdi, 
Ay mənim nakam balam. 
 
   Firdunu 
yetim 
qoydun, 
 
 
 
Nə tez atandan doydun, 
 
 
 
Etibarında buydun? 
 
 
   Ay 
mənim nakam balam. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
129
Atacan necəsən deyəcəkdilər? 
 
Səndən sonra, məni kim soraqlayıb, 
Atacan necəsən deyəcəkdilər. 
Ağarmış saçımı hey sığallayıb, 
Atacan necəsən deyəcəkdilər? 
 
 
 
 
Arxamca cürbəcür hədyan deyərək
 
 
 
Aşkarda yalandan gülümsəyərək. 
   Çevrilib 
ağızla, burun əyərək, 
   Atacan 
necəsən deyəcəkdilər. 
 
Üzümə açılsa bağlı qapılar, 
Nə arsız adamdır deyən tapılar, 
Arxamca ətimi yeyən tapılar, 
Aşkarda necəsən deyəcəkdilər. 
 
   Firdunam 
pis 
gözlə, iti nəfəsdən
   Yamanca 
qorxuram 
quru 
qəfəsdən. 
 
 
 
İstədiyim budur mənim hər kəsdən, 
   Atacan 
necəsən deyəcəkdilər. 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə