Microsoft Word Azf-279258. doc


Göylərdən aşağı baxdı Kəmalə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

 
130
Göylərdən aşağı baxdı Kəmalə 
 
Mələklər çiynində ərşi-əlaya, 
Haqqın dərgahına qalxdı Kəmalə. 
Yazığı gəlmədi mən binəvaya
Göylərdən aşağı baxdı Kəmalə. 
 
 
 
 
Cənnət balasıydı, Cənnət quşuydu, 
 
 
 
İlahinin hədəfinə tuşuydu, 
 
 
 
İnsanlara xidmət etmək xoşuydu, 
 
 
 
Hamını yandırıb-yaxdı Kəmalə. 
 
Hurilərə, pərilərə qoşuldu, 
Gənc yaşında Günəş oldu, Ay oldu, 
Ulduzlara, şimşəklərə tay oldu. 
Gurladı, parladı, çaxdı Kəmalə. 
 
   Arzusu 
gözündə yarımçıq qaldı, 
 
 
 
Əzrayıl yenicə bir fərman aldı, 
 
 
 
Qızım can verərək ərsə ucaldı, 
   Firdunu 
yatağa yıxdı Kəmalə. 
 
 
 
 
 
 
 
 


 
131
Balam tərk etdi məni 
 
Ömrünün gül çağında,  
Balam tərk etdi, məni. 
Hurilər sorağında, 
Balam tərk etdi məni. 
 
 
 
 
Dedim sən ağla məni
 
 
 
Qısa et məsafəni, 
 
 
 
Məndən alıb kəfəni, 
 
 
 
Balam tərk etdi məni. 
 
Göylərə nur əkərək, 
Gözüm yaşın tökərək, 
Sinəmə dağ çəkərək, 
Balam tərk etdi məni. 
 
   Qol 
boynuma 
dolayıb, 
   Gizlin-gizlin 
ağlayıb, 
 
 
 
Əllisinə qalmayıb, 
 
 
 
Balam tərk etdi məni. 
Yanırmış öz içində, 
Huri, pəri biçimdə, 
Bir saatın içində, 
Balam tərk etdi məni. 
 
 
 
 
Ağlayıb, görmədim ki, 
 
 
 
Dodağım çeynədim ki, 
 
 
 
Görəsən neynədim ki, 


 
132
 
 
 
Balam tərk etdi məni. 
 
Firudin ağlar qaldı, 
Sinəsin dağlar qaldı, 
Qızımsız çağlar qaldı, 
Balam tərk etdi məni. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
133
Get ki, irəlidə arzuların var 
 
Dur qızım bu yerlər səninçün deyil
Get ki, irəlidə arzuların var. 
Oğul evləndirib, gəlin gətirmək, 
Hələ gör nə qədər arzu-kamın var. 
 
 
 
 
Yerində mən yatım sən ağla məni, 
 
 
 
Nə olar qalxaraq qucaqla məni. 
   Naümüd 
qaytarma 
gəlib-gedəni, 
 
 
 
Ellər qarşısında imtahanın var. 
 
Gözdən zəif xəstələrin gəlirlər
Səni gözlərinin nuru bilirlər, 
Eşidəndə yoxsan sanki ölürlər, 
Onlara təsəlli nə gümanın var. 
 
 
 
 
Yığıldı bir yerə dərdlərin cəmi, 
 
 
 
Eləki yetişdi ayrılıq dəmi, 
Firduna yüklədin dağ boyda qəmi, 
Onları çəkməyə din-imanın var? 
 
 
 
 
 
 
 


 
134
Nə cavab verim? 
 
Balaların ana deyib ağlasa
De görüm mən neyləyim, nə cavab verim? 
Nalələri sinəmizi dağlasa, 
De görüm neyləyim, nə cavab verim? 
 
 
         Nəcəf içdə çəkir çox təmkinlidir, 
 
         Orxan barışmazdır, yaman kinlidir
 
         Sinəm üstü dağlıdır düyünlüdür, 
 
         De görüm  neyləyim, nə cavab verim? 
 
Kəmaləyçün şirin-şəkər yemişdik, 
Anamızdan daha yoxdu demişdik, 
Ay baba qızına biz neynəmişdik
Desələr Firdunam nə cavab verim? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
135
Ölmək istəmişəm, öləmməmişəm 
 
Ay qızım yanında günahkar qalıb, 
Bağışla dərdini böləmməmişəm. 
Ölüm ayağında yanında olub, 
Axan göz yaşını siləmməmişəm. 
 
Hərənin öz vaxtı-məqamı varmış, 
Elə bil bu dünya səninçün darmış, 
Can alanlar hamamında yatarmış, 
Vaxt tapıb yanına girəmməmişəm. 
 
Gəlməmiş gözümə nəm səndən qabaq, 
Dolmayıb qəlbimə qəm səndən qabaq 
Həmişə çalışıb mən səndən qabaq 
Ölmək istəmişəm öləmməmişəm. 
 
 
 
     Yalvarmaqdan dilim qabar-qabarmış, 
                          Hərənin bir cürə taleyi varmış, 
                          Yatdığın bu məzar mənimçün darmış, 
                          Girmək istəmişəm, girəmməmişəm. 
 
Bel bağlayıb qızım etibarına, 
Yüyürməyib çatmamışam karına, 
Boyuna biçilmiş dar məzarına, 
Girmək istəmişəm, girəmməmişəm. 
 
 
 
      Daş düşəydi mən yazığın sərinə, 
                          Kaş keçəydim əzrayılın girinə, 


 
136
                          Firdunam əzizim sənin yerinə, 
                          Ölmək istəmişəm, öləmməmişəm. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə