Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

 
98
İnsan var onun haqqında hansısa yaxşı bir söz 
demək üçün saatlarla fikirləşib baş sındırırsan. Ancaq 
ona yaraşan yaxşı bir söz tapa bilmirsən. 
İnsan da var saatlarla, günlərlə, həftələrlə onun 
haqqında yaxşı  nə  qədər söz var deyirsən. Yenə  də 
nəyinsə deyilmədiyini fikirləşirsən. Kəmalə  həkim 
ikincilərdən idi. 
Onun haqqında xatirə yazmaq mənim üçün 
olduqca çətin olduğundan burada nöqtə qoyuram. Onu 
demək istəyirəm ki, amansız ölüm onu çox erkən 
haqladı. O, gənc yaşında onu tanıyanların, xəstələrinin 
qəlbində özünə heykəl ucaltdı. Bunu öz sevimli 
həkimlərinin ölümündən xəbəri olmayan xəstələrinin 
poliklinikaya gələrkən hadisəni bildikdən sonra 
hönkürtü ilə ağlamaqları sübut edir. 
Allah ona rəhmət eləsin! 
Qəbri nurla dolsun, ailəsinə Allah səbr versin. 
Nakam ömrünün qalan hissəsini Allah iki gül balasına 
bağışlasın. 
 
 
 
 
 
 
 
 
 
 


 
99
Şöbə müdiri Leyla Budaqova 
 
Yetişəndə əcəl, ayrılıq anı, 
Baxmaz bir kimsənin yaşına fələk 
İstəsə bir anda bütün dünyanı 
Dar edər insanın başına fələk. 
 
Özümü çox bilən, çox dünya görmüş saymıram. 
Lakin həyatda yığdığım, gördüyüm təcrübələrim az da 
deyil. Çünki sadəcə, insanlara onların həyat tərzinə 
diqqət yetirməyi bacarır, dərdlərini, sirlərini sevinc-
lərini, kədərlərini və arzularını, istənilən təəssürat-
larını dinləməyə  səbirliyəm. xüsusilə bağlı olduğum, 
çox hörmət bəslədiyim və sevdiyim insanlara diq-
qətimdə və ürəyimin dərinliyində daha çox yer ayırı-
ram. Onların acılarına acıyır, sevinclərinə sevinirəm. 
Mənim daha çox gördüyüm bu oldu, nə  qədər 
sakitsənsə-bir o qədər səs-küylü, nə  qədər  şirinsənsə 
bir o qədər-acı, nə  qədər fağır və üzüyolasansa-bir o 
qədər tərs və inad, nə qədər vəhimlisənsə, bir o qədər 
qəddar, nə  qədər qayğıkeşsənsə, bir o qədər çox 
qayğılarla dolu həyat çıxır qarşına. Nə qədər çox üzlər 
güldürürsənsə, bir o qədər çox ağlayırsan, həyat 
yollarında üzülürsənsə, yolun qısa olur. 
Bəlkə  də bu düşüncələrim səhvdir. Sadəcə 
qarşılaşdığım insanlarda bunu gördüm. 
Kəmalə yalnız mənim deyil, ailəmizin və 
işlədiyi kollektivin də sevimlisi idi. Onunla bir qəbirs-
tanlıqda uyuyan, onunh kimi həyatdan doymamış, 


 
100
nakam, gözləri açıq ailəsinin arxasında qalan cavan 
qardaşım da elə  Kəmalə kimi idi (Allah hər ikisinə 
rəhmət eləsin). 
Hər ikisi saf, yaxşı  mənada yazıq, özünü 
ailəsinə, balalarına qurban edən, Allahın onlar üçün 
verdiyi həyatı özləri üçün yaşamayan, körpə  uşaq 
qədər saf, pak və ömürlərinin sonuna qədər sanki heç 
böyüməyib uşaq qalan, inamını saxlayan, ürəyində 
ağlayan, acısını paylaşmayı xoşlamayan rahatlığı 
canına qıymayan gördüm onları. 
Bəzən həyat yoldaşımın gözünə yad cisim 
düşərdi. O an deyərdi: gedək Kəmalə xanım çıxarsın. 
Hər dəfə xoş sima və mehribanlıqla bizi qarşılayar, 
əlindən gələni edərdi. Ona hamımız inanır, etibar 
edərdik. Sözdə çox cəld hərəkətlərlə elə riskli işlər 
görürdü ki, həm təəcüblənirdik ki, bu cür zərif həkim 
qadın bu ağır işləri necə görə bilir...həm də əllərini elə 
astaca, elə yumşaq, elə sakit hərəkət etdirirdi ki
insanın can və ruhu belə incimirdi, insanların üzünə 
gülümsəməyi də  əsirgəmirdi. Daxilində  nə  qədər 
qəmginlik olsa belə hamını gülər üzlə qarşılayıb, gülər 
üzlə yola salardı. 
Onun asta, nazlı, ağıryana yerişini çox arzula-
yıram, işdə  də onun yeri çox görünür. Hündür və 
dabanı qalın ayaqqabıları çox xoşlayırdı. Onun ayaq 
səslərindən karidorda yerişindən taniyirdiq. Onunla 
yayda yol yoldaşı olardıq. Bağda qalanda maşınla onu 
da Hövsana aparırdıq. Evin yolunda salırdıq. Uşaqlar 
tez-tez işə  zəng vurur, onun nə vaxt gələcəyini 


 
101
soruşurdular. İş saatı qurtaran kimi tələsik yığışıb, göz 
qırpımında, hazır vəziyyətdə  iş qapısından çıxdığını 
görərdik. Çox vaxt uşaqlar onu yolda, evlərinin 
yaxınlığındakı dayanacaqda gözləyərdilər. Kəmaləni 
görən kimi qoluna girər, onu dükana nə isə almağa 
aparardılar. Elə hey qucağı dolu, qolları yüklü gedər-
di. “Sən nə  qədər alıb, daşıyırsan?” deyəndə deyirdi 
ki, “balalarım üçün alıram, qoy hər şeyləri bol olsun”. 
Uşaqlardan hər gün danışırdı. Canından artıq 
sevirdi onları, onlarla nəfəs alırdı. Valideyinlərindən 
də tez-tez söz salır, atası üçün çox narahat idi.  
Mən onunla hey zarafat edərdim. Ona görə  də 
artıq üzümə baxanda hər  şeyi hiss edirdi. Mimikama 
baxan kimi deyirdi! gəl, gəl-görüm kimə  əsəbləş-
misən, deyəsən yenə aləmi bir-birinə qatmısan... 
danış...” və ya gözlərimdə qəribə sirli baxışları görən-
də “gəl-gəl! səndə  nəsə maraqlı sözlər var, getmə 
danış...” deyib, yanından keçəndə  məni saxlayıb, 
kənara çəkirdi. Ondan heç nə gözləyə bilmirdim. Baş 
verən  əsəbi və ya məzəli hadisələri dinləyib elə 
gülərdi, “Səndən sözlər çıxır...” deyərdi. 
Çox savadlı idi. Göz həkimi olsa da tibbin digər 
sahələrini də  dərinliklə bilir, çox oxuyur, daha çox 
öyrənməyə cəhd edərdi. 
Mən onunla ölümdən danışanda dedi ki, “ölüm-
dən heç qorxmuram”. Mən
dünyanın axırı çatacaq, 
hamı öləcək qorxuram” deyəndə mənə güldü, dedi ki, 
ölümün nəyindən qorxursan ?! Hamı öləndən sonra nə 
var ki ?! Mən ölümdən qorxmuram sadəcə...ölümə elə 


 
102
soyuqqanlıqla yanaşır, hətta o barədə danışanda 
üzündə nə kədər, nə qorxu hiss olunmurdu. Ona görə 
də belə  cəsarətli insanın ölümünə inanmaq çox çətin 
gəlir. Onun vəfatı çoxlarını sarsıtdı. Çünki onu 
tanıyanlardan elə biri yox idi ki, ona heyran olmasın, 
xətrini istəsin. Onun daxili gözəlliyinə, gözəl 
hərəkətlərinə, gözəl rəftarına qarışırdı. O qədər həlim 
idi ki, xətrinə  dəyən insanların cavabını belə verə 
bilmirdi. Onu bəzən bacı kimi danlayır, öyrədirdim ki, 
“sən də cavab qaytar, haqsızın haqqını ver, acıqlan, 
danla, qaş-qabaq elə, lazım olanda savaş,... lakin xeyri 
yox idi. Körpə  uşaq qədər həlim idi. Heç dinməzdi, 
içinə ürəyinə qapanardı. Qəlbi çox sınanda sakitcə 
kövrələr, bəzən gözləri dolardı. Belə xüsusiyyətləri ilə 
çoxlarından uca idi. 
Biş-düşü gözəl bilir, yaxşı  şirniyyat hazır-
layırdı. Bəzən deyərdim: “Kəmalə bişirdiyinin 
reseptini de yazım”. Gülüb deyərdi: “Onsuz da bişirən 
deyilsən, resepti də yazsan itirəcəksən”. Deyirdim 
eybi yox, nənə olanda başlayacam öyrənməyə. 
Həqiqətən o deyən olurdu, səhəri resepti itirirdim. 
Bəzən ona məəttəl qalırdım bu qız heç yorulmaq 
bilmir deyə düşünürdüm. Özünü qoru yorma çox 
deyərdim,  əhəmiyyət verməzdi, balalarının qayğıları 
ilə dolu ürəyi onlar üçün döyünərdi, özünü düşün-
məzdi. Son zamanlar özünə daha çox diqqət yetir-
məyə başlamışdı. Gözəl paltarlar, onlara uyğun 
ayyaqqabılar, çantalar alırdı.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə