Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

 
45
suya düşdü, yarımçıq qaldı, qızından gördüyü 
qayğıdan, həkim köməyindən məhrum oldu. 
 Xalqın yas mərasimləri ilə bağlı illərin 
sınağından çıxmış adət və ənənələri vardır. Yası qırx 
gün uzadırlar ki, əzizini itirən insanlar baş verən 
hadisəyə qismən də olsa alışa bilsinlər, 
uyğunlaşsınlar. Firudin müəllimi də dostları, 
yaxınları, həmkarları  həmin ağrılı günlərdə  tək 
qoymadılar. Keçirilən yas mərasimi, oxunan quran 
ayələri, dostları və yaxınların duaları, söhbətləri dərdə 
dərman olmadı. Kəmalənin gözəl surəti, işıqlı çöhrəsi 
gözünün qarşısından getmədi. Hara getdisə, kimi 
gördüsə gözləri övladını aradı, gördüklərini onunla 
qarşılaşdırdı. Yaşadığı iztirablar, keçirdiyi anlar 
kövrək duyğulara döndü. Övlad acısının atəşi sönmək 
bilmədi. Bağrında qövr edən acının atəşini söndürmək 
cəhdindən kövrək şeirlər yarandı. 
 Yaranan 
şeirlər mövzu, janr baxımından 
müxtəlif olsa da o fikirlərin hamısı  Kəmalə xanımla 
bağlıdır. Övladının qəfil ölümü ilə dünya başına dar 
olan ata, qızının gözəlliyini, nəcib xarakterini, 
peşəsinə vurğunluğunu, ailəsi və övladlarına olan 
sevgisini həzin duyğularla dilə  gətirir. Firudin 
müəllim öz qəm-qüssəsini gah pıçıltı şəklində özü ilə 
bölüşür, gah da onun cilovlanmayan dərdi “balam 
vay”-deyib, dünyaya haray salır. 
 Firudin 
müəllimlə görüşəndə  uğurlarımızdan 
daha çox ailədən, uşaqlardan, nəvələrdən hal-əhval 
tuturuq, səhhətimizdəki problemləri dilə  gətiririk. 


 
46
“Şirinliyimizlə” mübarizə apardığımızdan həmişə 
fikir mübadiləsi edirdik ki, mən filan dərmanı atıram, 
pəhrizi tam gözləyə bilmirəm, “sən nə edirsən” və 
ilaxır. 
 Bu 
söhbətlər  əsnasında mən Firudin müəllimin 
qızı  Kəmalə xanımla sanki qiyabi tanış olmuşdum. 
Onun təbabətin bir çox sahələrinə dərindən bələd olan 
yüksək ixtisaslı göz həkimi olduğunu bilirdim. 
İnsanların gözünün nurunu qoruyan bu həkim qızımız 
həkimlərə xas məsuliyyət, nəciblik, xəstələrə diqqət
şəfqət və s. keyfiyyətlərə malik idi. Kəmalə xanımın 
valideynlərinə hörməti və qayğısı da qibtə olunacaq 
qədər yüksək idi. Firudun müəllimin söhbətlərindən 
anlaşılırdı ki, əvvəllər də, xüsusilə yaşının indiki 
dövründə  Kəmalə xanım onun üçün əvəzsiz idi. Bir 
övlad zəngin daxili aləmi, bir dünya gözəlliyi olan 
Kəmalə xanım həyatda gözünə görünən, xəyalına 
gələn gözəl,  şirin, mənalı  nə varsa, hamısını insana 
xatırladırdı. 
 Firudun 
müəllimin qızına həsr etdiyi kitabı 
oxuyanda məndə onun şəklini görmək arzusu yarandı. 
Müəllim dostumuz qızının müxtəlif yaş dövrlərinə aid 
fərqli şəkillərini gətirdi. Mənə elə gəldi ki, bu məsum 
qızcığazı,  şirin və yaraşıqlı  qızı, ciddi və  təmkinli 
xanımı sanki çoxdan tanıyıram. Hər yaşda yaşından 
daha böyük, ciddi və qayğılı görünür. Qəribədir, 
özünə inamlı, ürəkli və kifayət qədər dəyanətli adam 
təsiri bağışlayan bu xanımın  ən  şad günlərində belə, 
təbəssümlü çöhrəsində bir qədər yorğunluq, 


 
47
anlaşılmaz kədər izləri sezilir. Gülən gözlərində belə 
sevinci ilə  kədəri,  şadlığı ilə qayğısı sanki bir-birinə 
qarışıb. Kim bilir, bəlkə ailəsinin, övladlarının, 
valideynlərinin, işinin-gücünün qayğıları  Kəmalə 
xanımı rahat buraxmayıb. Bəlkə də şüuraltı duyub ki, 
haqqın dərgahına səfəri yaxındır... 
 Firudun 
müəllim elə  əzəldən təbinə, ilhamına 
könül verən qələm  əhlidir. Onun şeirləri və  nəsr 
əsərlərinin bir qismi ilə tanışam. Vətənin təbiəti və 
insanlarından  ən müxtəlif səpgilərdə  əsərlər yaradan 
Firudun müəllim yenə  şeirlər yazır. Amma bu dəfə 
tematika ya Kəmalə xanımla, ya da onunla əlaqədar 
hadisələr və insanlar məkan və zamanla bağlıdır.  
 O, 
şeirlərində günün müxtılif vaxtlarında gözəl 
qızı ilə bağlı xatirələri canlandırmağa çalışır, övlad 
acısından xilas ola bilmədiyini təsvir edir. İndi 
xəyallarında qızı ilə baş-başa qalan dərdli ata axtardığı 
suallara cavab tapa bilmir. 
 
İnsanların gözünün nurunu, işığını qoruyan 
insanın qəfildən, heç kimin gözləmədiyi anda, evində, 
övladlarının bir addımığında, hamıdan xəbərsiz, 
sakitcə  həyata gözlərini yummasını necə başa 
düşəsən, necə anlayasan? Ata üzülərək “... görmədin 
qızım, Nəcəfin, Orxanın toy libasını, bahar təravətli 
ey gözəl qızım, geydirdyin atana vay 
libasını”,
dərdini poetik şəkildə ifadə edir. 
 Başqa bir şeirində Firudun müəllim övladının 
dəfn mərasimini təsvir edərək, torpağa təslim edilən 
qızının “... qapısız, pəncərəsiz bir evə mehman 


 
48
olduğunu” qeyd edir. Belə kövrək misralara digər 
şeirlərdə də rast gəlmək mümkündür:”... kol dibindən 
bənövşələr boylanır, bəs mənim Kəmaləm niyə 
boylanmır?”, yaxud “... bilirəm hər quşa yuvası şirin, 
itirsə çırpınar balasın birin”. Bəzən də üz tutub Allaha 
təvəqqə eləyib ki, “təqvimdən siləydilər o günü, 
sinəmə çəkilən dağı, düyünü”. 
 Bilmirsən nədir insan: gəlişi bir aləm sevinc, 
gedişi  bir dünya fəlakət... Bu söhbəti uzatmaq da 
olardı, məncə  bəsdir. Həyat imtahanlarla doludur. 
Övlad acısı da bir imtahandır. Hamıya qismət olmaz, 
olmasın da.  
Ulduz dolu Kəhkəşandan biri axdı... Kəmalə 
ulduzu. Yaxınlarına gözəlliyini və istisini xatırlamaq 
qaldı. Amma həyat davam edəcək, neçə-neçə ulduzlar 
doğacaq, onların  şəfəqi Yer üzünü bəzəyəcək, 
könüllərdə yeni ümidlərin, arzuların cücərməsinə, 
çiçək açmasına səbəb olacaqdır. 
Allah Kəmalə xanıma rəhmət eləsin! 
Allah valideynlərinə, övladlarına və yaxınlarına 
rəhm eləsin, səbr versin! 
 
                         Pedaqoji elmlər üzrə fəlsəfə doktoru 
                                                dosent Xəlil Padarov 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə