64.0.4. beynəlxalq təşkilatlarda işləyənlərə;
64.0.5. beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və
onların müavinlərinə;
64.0.6. müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
64.0.7. kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə
olunmuş əməkdaşlarına;
64.0.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə
il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında
ezamiyyətdə olanlara;
64.0.9. dənizçilərə;
64.0.10. ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət
edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
64.0.11. incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət
qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və
idmançılara;
64.0.12. dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə
məşğul olanlara;
64.0.13. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və
nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;
64.0.14. Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki,
həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə
qeydiyyatda olsun;
64.0.15. qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya
siyasi sığınacaq verilmiş şəxslərə;
64.0.16. himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan
Respublikasının vətəndaşı olanlara;
64.0.17. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək
fəaliyyətinə cəlb olunan şəxslərə.
Maddə 65. İş icazəsinin verilməsi üçün tələb olunan sənədlər
65.0. İş icazəsi almaq üçün işəgötürən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı
sənədləri təqdim etməlidir:
65.0.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizə-
anket;
65.0.2. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər
sərhədkeçmə sənədinin surəti;
65.0.3. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə
yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat
qaydasında təsdiq olunmuş surəti;
65.0.4. nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb
edilməsi zəruriliyini əsaslandıran arayış;
65.0.5. Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına
hüquq verən müvafiq sənədin surəti;
65.0.6. işəgötürən:
65.0.6.1. hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət
qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;
65.0.6.2. fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və
fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin
notariat qaydasında təsdiq edilmiş surətləri;
65.0.7. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə
tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış.
Maddə 66. İş icazəsinin verilməsindən imtinanın əsasları
66.0. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin
verilməsindən imtina edilir:
66.0.1. bu Məcəllənin 65-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim
edilmədikdə;
66.0.2. təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq və ya təhrif
olunmuş məlumatlar olduqda;
66.0.3. işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına
ödənilməsi mümkün olduqda;
66.0.4. işə cəlb olunması nəzərdə tutulan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin
18 yaşı tamam olmadıqda;
66.0.5. əmək miqrasiyası kvotası dolduqda;
66.0.6. əcnəbi və vətəndaşlığı olmayan şəxs siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda;
66.0.7. əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi
üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda.
Maddə 67. İş icazəsi ilə bağlı müraciətlərə baxılması
67.1. İş icazəsinin verilməsi üçün tələb olunan sənədlər yazılı və ya elektron
müraciət formasında təqdim edilə bilər.
67.2. Təqdim olunmuş sənədlərdə çatışmazlıq, uyğunsuzluq və digər nöqsanlar
aşkar edildikdə, müvafiq icra hakimiyyəti orqanı işəgötürənə bu barədə yazılı
məlumat verir.
67.3. İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır.
67.4. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 65.0.2-ci, 65.0.3-cü, 65.0.4-
cü, 65.0.5-ci və 65.0.7-ci maddələrində göstərilən sənədlər haqqında məlumatları
rəy
verilməsi
üçün
müvafiq
icra
hakimiyyəti
orqanına
göndərir.
67.5. Müvafiq icra hakimiyyəti orqanı daxil olmuş məlumatlara 5 iş günü
müddətində baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək
ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı müvafiq icra
hakimiyyəti orqanına rəy verir.
67.6. Müvafiq icra hakimiyyəti orqanının 5 iş günü ərzində rəy bildirməməsi iş
icazəsinin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.
67.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən iş icazəsinin verilməsindən
imtina barədə qərar bu Məcəllənin 66-cı maddəsinə istinad olunmaqla
əsaslandırılmalı və qərarın surəti işəgötürənə təqdim edilməlidir.