BULUDXAN XƏLİLOV
––– 20 –––
faktlarla izah edirdi
1
. Qeyd edirdi ki, gənclərlə söhbət
zamanı məlum olur ki, dünyadakı kino ulduzlarını,
rejissorları, müğənniləri, futbolçuları tanıyırlar, hətta
onların tərcümeyi-hallarını da bilirlər. Ancaq dünyadakı
siyasi, ictimai hadisələrə biganədirlər. Belə cavanlar
bunu mədəniyyət sayırlar. Əslində isə bu, mədəniyyət
deyil. Bəxtiyar Vahabzadə uzaq qohumlarının birinin
evində müşahidə etdiyi bir hadisədən çıxış edirdi. Belə
ki, uzaq qohumu – ev sahibəsi evində Heminqueyin şə-
killərini açsa da, onun əsərlərini oxusa da, onun evində
bir dənə də olsun Azərbaycan ədibinin, yaxud aliminin
kitabı yoxdur. Bəxtiyar Vahabzadə yazırdı: “Burda
N.Nərimanovun “Bahadır və Sona” povestindəki bir
obraz yadıma düşür. Bu qız xarici ölkədə təhsil alıb bir
neçə əcnəbi dil bilməsi və öz dilini bilməməsi ilə fəxr
edir. Bu, mədəniyyətdirmi? Qətiyyən! Bu, təqliddir, bu
mədəniyyətsizliyin ən bariz nümunəsidir.
Belə adamlar mədəniyyəti zahirdə görürlər. Əgər o
qadın özünü dərk eləsəydi, onun evində Nizaminin də,
M.F.Axundovun, C.Cabbarlının da kitabları olardı. Hö-
teni oxuyan və sevən bu qadın bilmir ki, onun pərəstiş
etdiyi Höte Nizamini özündən qat-qat yüksək sənətkar
hesab etmişdir”
2
.
Bəxtiyar Vahabzadə öyrətmək üçün sadə yollardan,
üsullardan istifadə etməyi məqbul sayırdı. O, sadə yolla
öyrətməyin faydasına inanır və bu yolu təbliğ edirdi.
Görünür ki, bu da onun müəllimlik təcrübəsindən irəli
gəlirdi.
1
Borc hissi. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, Gənc-
lik, 1976, s.294
2
Yenə orada. s.295
BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 21 –––
Anası və bacısı Ruziyyə ilə. 1938
X sinif şagirdi Bəxtiyar (2-ci sırada soldan 1-ci)
məktəb yoldaşları ilə. 1942
BULUDXAN XƏLİLOV
––– 22 –––
ÖYRƏTMƏYİN SADƏ YOLU
İstənilən bir bilgi də, məlumat da, fikir də insan
üçündür. Bunların hamısı insana lazımdır. Ona görə də
insana bilgi verəndə də, məlumat verəndə də, fikir söy-
ləyəndə də sadə bir yolla, anlaşıqlı dildə, qəliz və dola-
şıq düşüncədən uzaq olmaqla işi qurmaq lazımdır. Belə
ki, simvollarla, işarələrlə, kəsik-kəsik fikirlərlə, dolaşıq
məntiqlə insan özünü gülünc vəziyyətə qoya bilər. Bu
yolla insan özü haqqında, düşüncəsi və məntiqi barədə
yaxşı təsəvvür yarada bilməz. Müəllimlər, natiqlər, o
cümlədən sənətkarlar (şairlər, yazıçılar, bəstəkarlar,
rəssamlar və s.) məsələyə bu mövqedən yanaşmalıdırlar.
Bəxtiyar Vahabzadə uşaqlara mətləbi anlatmaqla qə-
liz simvolların, mürəkkəb təşbehlərin əleyhinə olmaqla
yazır: “Biz uşağa bir mətləbi anlatmaq istəyiriksə,
onunla qəliz simvollarla, mürəkkəb təşbehlərlə danış-
mağın nə mənası var? Biz gərək uşaqla öz dilində, öz
təfəkkür tərzində danışmağı bacaraq. Yalnız o zaman bi-
zim sözümüzün faydası ola bilər”
1
. Deməli, Bəxtiyar
Vahabzadə simvolların əleyhinə olmaqla çox haqlı idi.
Eyni zamanda başqasını təqlid etməyi də qəbul etmirdi.
Bununla da o, insanın fikrində, mövqeyində, idrakında
özü olmasının tərəfdarı idi: “... biz formanı çəkmə kimi
kənardan niyə almalıyıq? Niyə biz öz bağımızı başqa
1
Adidə qeyri-adi. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı,
Gənclik, 1976, s.150
BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 23 –––
çayların suyu ilə sulamalıyıq? Məgər öz çaylarımızın
suyu quruyubmu? Niyə biz başqalarını təqlid etməliyik?
Nə həyatda, nə də sənətdə təqlid heç kəsə xeyir vermə-
mişdir. Təqlid adamı yalnız gülünc vəziyyətdə qoya
bilər. Adam nə qədər mahir təqlidçi olsa da, yenə bir
yerdə səhvə yol verəcək”
1
. Öz yolu, amalı olan müəl-
limlər həmişə xalq tərəfindən sevilib və xalqın arasında
hörmət, nüfuz sahibi olubdur. Əsl müəllimlər sadəliyi,
səmimiliyi və biliyi ilə xalqın qəlbində də tarixin özün-
də də yaşamışdır. Belə müəllimlər hər bir kəsin taleyin-
də olub və onun həyatının formalaşmasında mühüm rol
oynayıbdır. Adətən əsl müəllimlərin fikri aydın, elmi
dərin, vicdanı isə təmiz olubdur.
Peşəkarlara və peşəkarların fəaliyyətinə tələblər hə-
mişə yüksək səviyyədə olur. Bəziləri, o cümlədən bəzi
müəllimlər qəsdən fikirlərini qəliz, dolaşıq ifadə etmək-
lə özü barədə yüksək rəy yaratmaq istəyir. Lakin belə-
lərinin əməli tez açıqlanır, əsl həqiqət üzə çıxır, onlar nə
tələbələri, nə də xalq tərəfindən sevilmir. Əsl müəllim
odur ki, o, ən mürəkkəb anlayışları sadə bir şəkildə izah
etsin, tələbələrinə başa salsın. Sadə bir şəkildə izah
etməni tapmaq müəllimin əsas keyfiyyətlərindən biridir.
Bu keyfiyyəti öz fəaliyyətində yaşadan müəllim elmdə
olan ən böyük kəşfləri də, ixtiraları da sadə bir formada
tələbələrinə çatdırır. Bunu bədii şəkildə Bəxtiyar
Vahabzadə belə izah edir: “Elm aləmində olan kəşflər,
ixtiralar elmi mürəkkəbləşdirir, lakin uzun axtarışlardan
sonra tanıdığımız şeylərin nə qədər adi və sadə oldu-
1
Adidə qeyri-adi. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı,
Gənclik, 1976, s.150
Dostları ilə paylaş: |