BULUDXAN XƏLİLOV
––– 24 –––
ğunu görəndə bizi heyrət götürür. Alimlər çox uzaqlara
gedir, uzun zəhmət və axtarışlardan sonra bilirlər ki, ax-
tardıqları lap yaxında, həm də ən adi bir şey imiş. Onlar
yalnız qeyri-adinin ən adi olduğunu kəşf edə bilirlər”
1
.
Bəxtiyar Vahabzadə fikrini dəqiq çatdırmaq üçün ki-
fayət qədər inandırıcı həyati misallara, izahlara üstünlük
verirdi. Məsələn, o yazırdı: “Bir daş parçasında bütün
dünyanın mahiyyətini və hikmətini görmək və təsvir
etmək mümkündür. Bizim alimlərdən biri uzun müddət
köklə yarpağın əlaqəsini öyrənmiş və bu nəticəyə
gəlmiş ki, yarpaqla kökün böyük əlaqəsi var. Gülməli
deyilmi? Bu nəticənin bədii ifadəsini atalarımız bircə
cümlə ilə demişdir: Ot kökü üstə bitər”
2
. Bununla da
Bəxtiyar Vahabzadə istənilən bir elmi məlumatın, yaxud
da həqiqətin adi, sadə formada çatdırılmasında bədii
priyomlardan istifadəni, xalqın yaratdığı bədii ifadələrə
istinad etməyi vacib saymışdır. Sadə, aydın, səlis bir
dildə fikri çatdırmaq o demək deyildir ki, bu cür sadəlik
bəsitlik və primitivlikdir. Əsla belə deyildir. Söhbət
burada ondan gedir ki, fikirlər, o cümlədən elmi fikirlər
sadə bir formada, aydın bir dildə izah olunmalıdır. Əgər
istənilən bir bilik başqasına sadə və aydın dildə
çatdırılmırsa, onda o bilik ölü bilik sayılmalıdır. O
biliyin daşıyıcısı olan insanın intellekt səviyyəsi, idrak
səviyyəsi isə heç kəsə lazım deyildir.
1
Adidə qeyri-adi. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı,
Gənclik, 1976, s.151
2
Yenə orada.
BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 25 –––
ŞAGİRD, TƏLƏBƏ QÜRURU
Özünə hörmət etməyənə başqası da hörmət etməz.
Uşaqlıqdan özünə hörmət etməyi bacarmaq lazımdır.
Bunun üçün qürurlu olmaq, başqasının sevincinə şərik
olmaq, gözütox olmaq və s. keyfiyyətlər mühümdür. Bu
mənada Bəxtiyar Vahabzadə “Karusel” şeirinin yaran-
ması ilə bağlı olan hadisədə qeyd olunan keyfiyyətləri
açıqlamağa çalışır. O yazır: “Qusarda dincəlirdik. Uşaq-
larımı şəhər parkına aparmışdım. Onları karuselə min-
dirmişdim. Onlar sevinə-sevinə fırlanır, şadlanırdılar.
Birdən kənarda dayanıb fırlanan uşaqlara baxan bir uşaq
gördüm. O da hərlənən uşaqlarla bərabər sevinir, əl
çalır, atılıb-düşürdü. Dərhal onun üçün də bilet aldım.
Dedim “al bileti, get sən də karuselə min”. Aldı, sonra
nə düşündüsə, bileti geri qaytarıb məndən uzaqlaşdı”
1
.
Deməli, başqasının sevincinə sevinən uşaq həm də
başqasından faydalanmaq, istifadə etmək prinsipindən
çox-çox uzaqdır. O, başqasının hesabına nəyisə əldə
etməyi öz qüruruna sığışdırmır, özünə yaraşdırmır. Bu-
nu elə incə, zərif nümayiş etdirir ki, qarşı tərəf ona
rəğbətlə, hörmətlə, məhəbbətlə yanaşmalı olur. Bundan
başqa uşaqda, daha doğrusu, onun qəlbində döyünən
ürək xeyirxah, yaxşı işləri görəndə sevinmək, şadlan-
maq stimulu verir. Bu, uşağa Allah tərəfindən verilmiş
1
Mən necə yazıram. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman.
Bakı, Gənclik, 1976, s.173
BULUDXAN XƏLİLOV
––– 26 –––
ən böyük mükafatdır. Bunun əksi olan, başqasının
sevincinə paxıllıq edən uşaqlar da var. Onlar gələcəkdə
böyüyəcək, pis keyfiyyətlərini də özləri ilə böyüdəcək-
lər. Kimin gələcəkdə kim olacağı elə uşaqlıqdan görü-
nür. Və yaxşı deyiblər ki, görünən dağa nə bələdçi.
Odur ki, qəlbi geniş olanlar başqalarına qibtə etmir,
başqasının ona aldığı bileti, eləcə də digər şeyləri götür-
məyi özünə yaraşdırmır. Belə uşağın gələcəyi də mütləq
və mütləq qürurlu olacaq, xarakterində ağayanalıq və
gözütoxluluq özünü göstərəcəkdir. Belələri hətta böyük-
ləri öz gözəl əməlləri ilə hələ uşaqlıqdan təəccübləndirə
biləcəklər. Bəxtiyar Vahabzadənin daha sonra davam
edərək yazdığı kimi: “Kənarda dayanıb uşaqlara baxma-
ğa, onlarla birgə sevinib-gülməyə başladı... Təəccüb
etdim... Ancaq sonra başa düşdüm ki, mənim təəccübüm
yersizdir. Bu uşağın qəlbi o qədər geniş və işıqlıdır ki,
onda başqasına qibtə hissi yoxdur. Həm də qürurludur.
Ona görə də başqasının ona verdiyi hədiyyə onu
sevindirə bilməz. Qəlbi genişdir. Ona görə də o, yalnız
öz sevincindən deyil, başqasının sevincindən də həzz al-
mağı, sevinməyi bacarır. Eşq olsun belə böyük ürəklə-
rə!”
1
. Belə uşaqların qəlbi ilə yanaşı, ruhu da təmiz olur.
Onların vicdanları da pak olur. Görünür ki, bu, südnən,
sümüknən süzülüb gəlmişdir. Təbii ki, burada genetika-
nın rolu da danılmazdır. Uşaqlarda belə keyfiyyətlərin
olması ailənin, nəslin ənənəsindən gəlir, keçmişindən
gəlir, kökündən və əsil-nəcabətindən gəlir. Bizim hər
birimizin ruhu ata-babalarımızdan gəlir. Bu mənada
1
Mən necə yazıram. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman.
Bakı, Gənclik, 1976, s.173
Dostları ilə paylaş: |