BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 15 –––
onlar sənətlərinə məhəbbətlə bağlanırlar, məşğul olduq-
ları sahənin dərinliklərinə baş vururlar, biganəlikdən və
laqeydlikdən uzaq olurlar.
Beşyaşlı Bəxtiyar
BULUDXAN XƏLİLOV
––– 16 –––
IX sinifdə oxuyarkən
Bəxtiyar Vahabzadə təlim, tərbiyə və təhsil sahəsin-
də keçmişə xor baxmağın əleyhinədir. Keçmişini bəyən-
məmək, hər şeyi inkar etmək gələcəyə də inamsızlıq ya-
radır. Odur ki, Bəxtiyar Vahabzadə məqamında “Keç-
mişinə xor baxan gələcəyinə kor baxar”, “Nə tökərsən
aşına, o da çıxar qaşığına” el sözündən, atalar sözündən
istifadə etməklə düz danışmayanları, düz yazmayanları,
məqalələrində, yazı-pozularında həqiqəti təhrif edənləri
inandırıcı dəlillər əsasında sözün həqiqi mənasında
tərbiyələndirirdi. Məsələn, 1972-ci il avqust nömrəsində
Türkiyədə nəşr olunan “Varlıq” jurnalında İsmət Zeki
Eyyuboğlu adlı birisi XX əsrə qədərki türk ədəbiyyatını
“ölü ədəbiyyatı” təsəvvüf ədəbiyyatını (Nəsimini, Füzu-
lini) “fikirdən məhrum, mənasız, əyləncə məqsədi ilə”
BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 17 –––
yazılmış ədəbiyyat hesab edirdi
1
. Bəxtiyar Vahabzadə
bunu ədəbiyyata, mədəniyyətə bir qəsd-qərəz hesab edə-
rək yazırdı: “Eyyuboğlu bir məqaləsi ilə bir xalqın neçə
əsrlik ədəbiyyatını, sənətini, ictimai fikrini yerə vurur,
keçmişini bəyənmir, atasını inkar edir. Mən ona bir el
sözü ilə cavab vermək istəyirəm: “Keçmişinə xor baxan
gələcəyinə kor baxar”. Yazıq Eyyuboğlu, sən ki, öz
atanı bəyənmirsən, görəsən sənin balan da səni bəyə-
nəcəkmi?”
2
.Ümumiyyətlə, öyrəndiklərin o qədər zəngin
və geniş olmalıdır ki (həm həyatdan, həm də kitabdan
öyrəndiklərin) məqamında, yerində verdiyin cavab
tutarlı alınsın və təsir gücü ilə qarşı tərəfin iddiasını alt-
üst etsin. Bu da bir bacarıqdır və bəlkə də pedaqoji
ustalıqdır. Bu mənada Bəxtiyar Vahabzadə İsmət Zeki
Eyyuboğlunun fikrinin əsassız olduğunu təsdiq etmək
üçün ədəbi-bədii əsərlərdən oxuduqlarına istinad etmiş-
dir: “L.Tolstoyun bir hekayəsi yadıma düşdü: “Ata qo-
caldı, əlləri əsməyə başladı. Oğul boşqabın sınmasından
qorxaraq atasına taxta çanaqda yemək verdi. Bir gün
işdən gələrkən gördü ki, balaca oğlu qarşısına taxta,
mismar qoyub nə isə qayırır. Soruşdu:
-
Bu nədir?
Uşaq cavab verdi:
-
Sən də qocalanda babam kimi əllərin əsəcək,
boşqabları qıracaqsan. Ona görə də indidən sənə taxta
çanaq qayırıram”.
Uşaq gördüyünü eləyirdi və düz eləyirdi. Çünki ata-
lar demişkən: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.
1
Yel qayadan nə aparar? – Bəxtiyar Vahabzadə. Sənətkar və
zaman. Bakı, Gənclik, 1976, s.126-134
2
Yenə orada. s.133
BULUDXAN XƏLİLOV
––– 18 –––
Eyyuboğlunun iddiasına görə, əsil ədəbiyyatı indi
yaradırlar.
İndi ki, belə başlamısınız, bu gün yaratdığınız ədə-
biyyatı da sabah sizin balalarınız inkar edəcək”
1
. Əslin-
də Bəxtiyar Vahabzadənin bu fikri, məntiqi, bütövlükdə
mövqeyi bütün zamanlar gənclik üçün, eləcə də düzgün
olmayan meyillər baş qaldıranda kimin kim olduğunu
göstərmək üçün ən yaxşı örnəklərdən biridir. Bütün
zamanlarda atalar-oğullar, yaşlı nəsil-gənclik arasında
barışmazlıq olub. Hətta ədəbiyyatda gənc ədəbi nəslin
klassikləri bəyənməməsi də olub, indi də bu meyillər az
deyil. Gəncliyə, gənc ədəbi nəslin nümayəndələrinə belə
örnəklər – Bəxtiyar Vahabzadə kimi sənətkarların fikir-
ləri həmişə gərəkdir. Onlar keçmişə də, bu günə də
düzgün qiymət verməyi bacarır və gələcəyin də düzgün
istiqamətini göstərə bilirlər.
Borc hissi, özünü cəmiyyətə, Vətənə borclu hesab
etmək təkcə biliyi olmaqla qurtarmır. Bu, işin zahiri
cəhətidir. Yəni biliyi olmaq işin zahiridir. Ancaq həmin
biliyin cəmiyyətin, insanların xeyrinə xərclənməsindən
uzaq olmaq vətəndaşlıq borcunu bilməmək deməkdir.
Bəxtiyar Vahabzadə 1970-ci ildə “Borc hissi” məqa-
ləsində özünü intelligent hesab edənlərin vəzifələrini,
fəaliyyətlərinin məzmununun nədən ibarət olmasını
konkret misallarla izah edirdi. O, intelligent – ziyalı
kimdir? Bütün bilikli, ali təhsilli adamlara intelligent –
ziyalı demək olarmı? suallarına cavab axtarırdı. Bəli,
intelligent sözü intellekt sözündən yaranmışdır, Azər-
1
Yel qayadan nə aparar? – Bəxtiyar Vahabzadə. Sənətkar və
zaman. Bakı, Gənclik, 1976, s.133
BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 19 –––
baycan dilində ziyalı kimi işlənir. Ziyalı sözü isə ziya
(işıq) sözündəndir.
İntelligenti, ziyalını tamamlayan hansı cəhətlər var?
Bu cəhətlər içərisində Bəxtiyar Vahabzadə vətən və
xalq qarşısında borc hissini əsas hesab edirdi. Doğrudan
da, biliyi olmaq, diplomu olmaq hələ ziyalılıq deyil.
Elələri var ki onların diplomları yoxdur. Ancaq onlar
təbiətən ziyalıdırlar. Bəxtiyar Vahabzadə yazır: “...borc
hissini intelligentliyin əsas şərtlərindən biri hesab edi-
rəm. Dünya hadisələrindən, təzə dəblərdən, yəni axın-
lardan və cərəyanlardan xəbərdar olub, bir insan kimi öz
ictimai borcunu başa düşməyən, vətəndaşlıq vəzifəsini
bilməyən, həyatın mənasını dərk etməyən, nəyin nami-
nəsə yanmağı, alışmağı özünə məslək seçməyən bir
adamı mən kamil intelligent hesab etmirəm. Əsil intel-
ligent bircə şeyi bilməlidir: mən nəyin naminə yaşa-
yıram?”
1
O biləcək ki, çörəyini yediyi, havasını udduğu
vətənə, torpağa borcludur. Borcunu bildikdən sonra
vəzifəsini də dərk edəcəkdir. Hər bir insanın ən müqəd-
dəs vəzifəsi Vətənə xidmətdir. Təbii ki vətənə xidmət
etmək üçün insanda savad, bilik, mədəniyyət, geniş
dünyagörüş olmalıdır.
Bəxtiyar Vahabzadə yazırdı: “Mən universitetdə
müəlliməm. Beşinci kurslara mühazirə oxuyuram. Bu
adamlar artıq ali təhsilə yiyələnmiş savadlı, bilikli ca-
vanlardır. Lakin təəssüf ki, mən onların bəzisinə intelli-
gent deməzdim. Niyə?”
2
Niyəsini Bəxtiyar Vahabzadə
1
Borc hissi. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı,
Gənclik, 1976, s.295
2
Yenə orada. s.294
Dostları ilə paylaş: |