Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə5/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   2   3   4   5   6   7   8   9   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 15 –––  

onlar sənətlərinə məhəbbətlə bağlanırlar, məşğul olduq-

ları sahənin dərinliklərinə baş vururlar, biganəlikdən və 

laqeydlikdən uzaq olurlar.  

 

 

 

Beşyaşlı Bəxtiyar 



BULUDXAN  XƏLİLOV 

 

––– 16 –––

  

 

 

IX sinifdə oxuyarkən 

 

Bəxtiyar Vahabzadə təlim, tərbiyə və təhsil sahəsin-

də keçmişə xor baxmağın əleyhinədir. Keçmişini bəyən-

məmək, hər şeyi inkar etmək gələcəyə də inamsızlıq ya-

radır. Odur ki, Bəxtiyar Vahabzadə  məqamında “Keç-

mişinə xor baxan gələcəyinə kor baxar”, “Nə tökərsən 

aşına, o da çıxar qaşığına” el sözündən, atalar sözündən 

istifadə etməklə düz danışmayanları, düz yazmayanları, 

məqalələrində, yazı-pozularında həqiqəti təhrif edənləri 

inandırıcı  dəlillər  əsasında sözün həqiqi mənasında 

tərbiyələndirirdi. Məsələn, 1972-ci il avqust nömrəsində 

Türkiyədə  nəşr olunan “Varlıq” jurnalında  İsmət Zeki 

Eyyuboğlu adlı birisi XX əsrə qədərki türk ədəbiyyatını 

“ölü ədəbiyyatı” təsəvvüf ədəbiyyatını (Nəsimini, Füzu-

lini) “fikirdən məhrum, mənasız,  əyləncə  məqsədi ilə” 



BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 17 –––  

yazılmış  ədəbiyyat hesab edirdi

1

. Bəxtiyar Vahabzadə 



bunu ədəbiyyata, mədəniyyətə bir qəsd-qərəz hesab edə-

rək yazırdı: “Eyyuboğlu bir məqaləsi ilə bir xalqın neçə 

əsrlik  ədəbiyyatını, sənətini, ictimai fikrini yerə vurur, 

keçmişini bəyənmir, atasını inkar edir. Mən ona bir el 

sözü ilə cavab vermək istəyirəm: “Keçmişinə xor baxan 

gələcəyinə kor baxar”. Yazıq Eyyuboğlu, sən ki, öz 

atanı  bəyənmirsən, görəsən sənin balan da səni bəyə-

nəcəkmi?”

2

.Ümumiyyətlə, öyrəndiklərin o qədər zəngin 



və geniş olmalıdır ki (həm həyatdan, həm də kitabdan 

öyrəndiklərin) məqamında, yerində verdiyin cavab 

tutarlı alınsın və təsir gücü ilə qarşı tərəfin iddiasını alt-

üst etsin. Bu da bir bacarıqdır və  bəlkə  də pedaqoji 

ustalıqdır. Bu mənada Bəxtiyar Vahabzadə  İsmət Zeki 

Eyyuboğlunun fikrinin əsassız olduğunu təsdiq etmək 

üçün ədəbi-bədii əsərlərdən oxuduqlarına istinad etmiş-

dir: “L.Tolstoyun bir hekayəsi yadıma düşdü: “Ata qo-

caldı, əlləri əsməyə başladı. Oğul boşqabın sınmasından 

qorxaraq atasına taxta çanaqda yemək verdi. Bir gün 

işdən gələrkən gördü ki, balaca oğlu qarşısına taxta, 

mismar qoyub nə isə qayırır. Soruşdu:  

-

 

Bu nədir?  



Uşaq cavab verdi:  

-

 



Sən də qocalanda babam kimi əllərin  əsəcək, 

boşqabları  qıracaqsan. Ona görə  də indidən sənə taxta 

çanaq qayırıram”.  

Uşaq gördüyünü eləyirdi və düz eləyirdi. Çünki ata-

lar demişkən: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.  

                                                            

1

 Yel qayadan nə aparar? – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s.126-134 

2

 Yenə orada. s.133 




BULUDXAN  XƏLİLOV 

 

––– 18 –––

  

Eyyuboğlunun iddiasına görə,  əsil  ədəbiyyatı indi 

yaradırlar.  

İndi ki, belə başlamısınız, bu gün yaratdığınız  ədə-

biyyatı da sabah sizin balalarınız inkar edəcək”

1

. Əslin-



də Bəxtiyar Vahabzadənin bu fikri, məntiqi, bütövlükdə 

mövqeyi bütün zamanlar gənclik üçün, eləcə də düzgün 

olmayan meyillər baş qaldıranda kimin kim olduğunu 

göstərmək üçün ən yaxşı örnəklərdən biridir. Bütün 

zamanlarda atalar-oğullar, yaşlı  nəsil-gənclik arasında 

barışmazlıq olub. Hətta  ədəbiyyatda gənc  ədəbi nəslin 

klassikləri bəyənməməsi də olub, indi də bu meyillər az 

deyil. Gəncliyə, gənc ədəbi nəslin nümayəndələrinə belə 

örnəklər – Bəxtiyar Vahabzadə kimi sənətkarların fikir-

ləri həmişə  gərəkdir. Onlar keçmişə  də, bu günə  də 

düzgün qiymət verməyi bacarır və gələcəyin də düzgün 

istiqamətini göstərə bilirlər.  

Borc hissi, özünü cəmiyyətə, Vətənə borclu hesab 

etmək təkcə biliyi olmaqla qurtarmır. Bu, işin zahiri 

cəhətidir. Yəni biliyi olmaq işin zahiridir. Ancaq həmin 

biliyin cəmiyyətin, insanların xeyrinə  xərclənməsindən 

uzaq olmaq vətəndaşlıq borcunu bilməmək deməkdir. 

Bəxtiyar Vahabzadə 1970-ci ildə “Borc hissi” məqa-

ləsində özünü intelligent hesab edənlərin vəzifələrini, 

fəaliyyətlərinin məzmununun nədən ibarət olmasını 

konkret misallarla izah edirdi. O, intelligent – ziyalı 

kimdir? Bütün bilikli, ali təhsilli adamlara intelligent – 

ziyalı demək olarmı? suallarına cavab axtarırdı. Bəli, 

intelligent sözü intellekt sözündən yaranmışdır, Azər-

                                                            

1

 Yel qayadan nə aparar? – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s.133 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 19 –––  

baycan dilində  ziyalı kimi işlənir.  Ziyalı sözü isə  ziya 

(işıq) sözündəndir.  

İntelligenti, ziyalını tamamlayan hansı cəhətlər var? 

Bu cəhətlər içərisində  Bəxtiyar Vahabzadə  vətən və 

xalq qarşısında borc hissini əsas hesab edirdi. Doğrudan 

da, biliyi olmaq, diplomu olmaq hələ ziyalılıq deyil. 

Elələri var ki onların diplomları yoxdur. Ancaq onlar 

təbiətən ziyalıdırlar. Bəxtiyar Vahabzadə yazır: “...borc 

hissini intelligentliyin əsas  şərtlərindən biri hesab edi-

rəm. Dünya hadisələrindən, təzə  dəblərdən, yəni axın-

lardan və cərəyanlardan xəbərdar olub, bir insan kimi öz 

ictimai borcunu başa düşməyən, vətəndaşlıq vəzifəsini 

bilməyən, həyatın mənasını  dərk etməyən, nəyin nami-

nəsə yanmağı, alışmağı özünə  məslək seçməyən bir 

adamı  mən kamil intelligent hesab etmirəm.  Əsil intel-

ligent bircə  şeyi bilməlidir: mən nəyin naminə yaşa-

yıram?”


1

 O biləcək ki, çörəyini yediyi, havasını udduğu 

vətənə, torpağa borcludur. Borcunu bildikdən sonra 

vəzifəsini də dərk edəcəkdir. Hər bir insanın ən müqəd-

dəs vəzifəsi Vətənə xidmətdir. Təbii ki vətənə xidmət 

etmək üçün insanda savad, bilik, mədəniyyət, geniş 

dünyagörüş olmalıdır.  

Bəxtiyar Vahabzadə yazırdı: “Mən universitetdə 

müəlliməm. Beşinci kurslara mühazirə oxuyuram. Bu 

adamlar artıq ali təhsilə yiyələnmiş savadlı, bilikli ca-

vanlardır. Lakin təəssüf ki, mən onların bəzisinə intelli-

gent deməzdim. Niyə?”

2

 Niyəsini Bəxtiyar Vahabzadə 



                                                            

1

 Borc hissi. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.295 

2

 Yenə orada. s.294 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə