Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə14/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 50 –––

  

~ ~ ~ 

Şair  müqəddəsdir, şeiri  duyana,  

Könlünün  quşunu  qəm  uçurmaya.  

Başının  üstündə  cəllad  dayana,  

Başının  üstündə  nadan  durmaya.  

~ ~ ~ 

Şeir  atəş  olub,  bizi  isidir,  

Şair bu  dünyanın  açır  gözünü.  

Şeir  bu  dünyanın  təsəllisidir,  

Qoruyaq  dünyanın təsəllisini.    

 

 

 

~ ~ ~ Axır  ki, ölüm  də  bəxtiyar oldu ~ ~ ~  

 

Böyük vətəndaş  şairimiz  

                                   Bəxtiyar  Vahabzadəyə  

 

Ölümlər  yox  idi  insandan  qabaq,  

İnsan  yaranandan ölüm  var  oldu.  

Müdrik  babaları  uddu  bu  torpaq.  

Dünya da bir  müdrik ixtiyar oldu.  

~ ~ ~ 

Şair  yiyə  çıxdı  gör  neçə dərdə,  

Qalmadı  haqq  sözün  qisası  yerdə.  

Yalana getmədi  hey  döysələr də,  

Yalan  onun  üçün  bir  biyar oldu.  

~ ~ ~  

Döndü  hər kirpiyi  yanan  bir oda,  

Yandı min həsrətə dəm  tuta-tuta.  

Xəyalı  göylərdə döndü  buluda,  

Özü  dağa  döndü, başı  qar  oldu.  


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 51 –––  

~ ~ ~  

Səs aldı  çayların  qıjıltısından,  

Fikri  ayıq  oldu  dan  ulduzundan.  

Qəlbinin  narahat  pıçıltısından,  

Zəmanə  sarsıldı, dünya  kar oldu.  

~ ~ ~  

Vaxt  oldu, göylərdən həsrət  töküldü,  

Milyonların  gözü  ona  dikildi. 

Sözündən  bir  əsrin  beli  büküldü,  

Dövrana  üz  tutdu, dövran  xar  oldu.  

~ ~ ~  

Şahı da  tərpətdi onun  şah  sözü,  

Cavaba  döndərdi  min  günah  sözü.  

Əvvəl  onun  qəlbi  doğdu haqq  sözü,  

Sonra  bu  dünyaya o  söz  car  oldu.  

~ ~ ~  

Nisgilli  könüllər  ondan  yarıdı,  

Amma  bu  zəmanə  ona  dar  idi.  

Min-min  könüllərdə  taxtı  var  idi,  

Min-min  könüllərə taxtı  yar  oldu.  

~ ~ ~  

Haqqı, kişiliyi  sözə  o  qoşdu,  

Başından  çox  tufan-boran  sovuşdu.  

Bəxtiyar  şairlə  ölüm qovuşdu,  

Axır  ki,  ölüm də  bəxtiyar  oldu!!! 

     


 

 

 

 


BULUDXAN  XƏLİLOV 

 

––– 52 –––

  

 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 53 –––  

 

 


BULUDXAN  XƏLİLOV 

 

––– 54 –––

  

 

 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 55 –––  

 

 




BULUDXAN  XƏLİLOV 

 

––– 56 –––

  

 

 




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 57 –––  

 

 




BULUDXAN  XƏLİLOV 

 

––– 58 –––

  

 

 




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 59 –––  

 

 




BULUDXAN  XƏLİLOV 

 

––– 60 –––

  

 

 




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 61 –––  

Bəxtiyar Vahabzadə abituriyentlərin qəbul zamanı 

biliyinin qiymətləndirilməsində qarşıya çıxan bir sıra 

çətinliklərə də öz münasibətini bildirirdi. Məsələn, onun 

fikrincə,  ədəbiyyatdan  şifahi imtahan vermək üçün 

tərtib olunmuş biletlər abituriyentlərin bilik və idrak 

səviyyəsini müəyyənləşdirməyə əsas vermir. O, konkret 

olaraq biletdəki suallardan nümunələr gətirirdi: “Seyid 

Əzim  Şirvaninin din və mövhumat əleyhinə  şeirləri”

1



Abituriyent bu suala cavab verərkən Seyid Əzim Şirva-

ninin din mövhumat əleyhinə bir-iki satirik şeirinin 

adını  çəkir və onları izah edir. Tələbə qeyd edir ki

Seyid  Əzim  Şirvani bu şeirləri ilə  zəmanəsini tənqid 

etmiş, mollaları, ruhaniləri satira atəşinə tutmuşdur. 

Ancaq abituriyentdən soruşandakı satira nədir? Abituri-

yent bunun mahiyyətini dərk etmədiyi üçün cavab verə 

bilmir. Doğrudan da, abituriyentin ümumi səviyyəsi, 

dünyagörüşü, dərketmə qabiliyyəti olmalıdır. Abituri-

yentin hansı  əsəri kimin yazmasını, nə vaxt yazmasını 

bilməsi hələ onun bilik səviyyəsini, qabiliyyətini öyrən-

məyə  əsas vermir. Bəxtiyar Vahabzadə yazırdı: “Belə-

liklə, biz suallarımızdan abituriyentin yaddaşını yox, 

mahiyyətini, ümumi səviyyəsini, zövq dərəcəsini 

öyrənməyə çalışmalıyıq”

2

. Yaxud: “İstedad oxuduğunu 



olduğu kimi deməz. Onu öz qəlbinin, öz ağlının priz-

masından keçirib təqdim edər. Burada prizmaya düşən 

şüanın sınma qanununu nəzərə alsaq, hər şey bizə aydın 

olar.  Şüa prizmanın  əks tərəfindən sınıb çıxdığı kimi, 

istedad da aldığını olduğu kimi vermir, onu dəyişdirib 

                                                            

1

  Qəbul imtahanları barədə. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s.236 

2

 Yenə orada. s.238 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə