Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə13/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 47 –––  

şeir  kitabçam nəşr  olundu. (“Yanmaq  ona  deyərəm  

ki...”) Əlbəttə  bu  kitabça  ancaq  və  ancaq  Bəxtiyar  

müəllimin  köməyi  ilə    işıq  üzü  görmüşdü! Amma  

kitabımdan  aldığım  sevincim  puça  çıxdı. Həmin  vaxt  

6  yaşlı    oğlumu  maşın  vurdu, uşaq  öldü. Uşağın  

hüzrü  zamanı    həyətdə    mənə  dedilər  ki, Bəxtiyar  

müəllim  buraya  gəlir. Əvvəlcə  elə  başa  düşdüm  ki

Bəxtiyar  adlı  tələbə  dostumu  deyirlər (O,  alim  dos-

tum  rəhmətə gedib). Küçəyə  çıxdım. Bəxtiyar  müəllimi 

görəndə  hönkürüb  ağladım.Ona  uşağın  ölməyini  

mərhum  dostumuz  Şahmar  Əkbərzadə    və  jurnalist  

Ağaqulu  Niftəliyev  xəbər  vermişdilər.(Şahmar  Əkbər-

zadə  Bəxtiyar  müəllimin  sevimli  dostu  idi). Bəxtiyar  

müəllim  komamıza  gəldi. Başsağlığı  verdi,  təəssüflən-

di  və  birdən  soruşdu: “ Sən  ev  növbəsinə  durmusan-

mı?”  Dedim: durmuşam!  

Dedi  ki, sabah  mütləq  bizə  gəl! Səhərisi  getdim.  O  

zaman  Yazıçılar İttifaqınn  sədri  böyük vətəndaş nasi-

rimiz,  əsl  kişi  xarakterli  İsmayıl  Şıxlı  idi. Bəxtiyar  

müəllim  ona  zəng elədi  və  mənim  haqqımda  onunla  

danışdı.( O vaxt  yazıçılar  üçün  indi  yaşadığımız  evi  

tikirdilər) Mən  İsmayıl  müəllimin  yanına  getdim. O, 

məni  mənzil  növbəsinə  yazdı  və  mənə  1989-cu  ildə  

ev  verildi. Mən  bu  iki  böyük yazıçının  humanizmini  

necə  unuda  bilərəm? Bəxtiyar  müəllimin  ölümü böyük  

itki  idi. Onu  da  deyim  ki, Bəxtiyar  müəllimin  “Azadlıq 

hərəkatı”ndakı rolu danılmazdır. Onun bütün  poeziyası  

vətənpərvərliyə, ədalətə, əsl  insan, əsl  vətəndaş  olmağa  

çağırış  idi. O,  bizim  şeirimizi  klassik  fəlsəfi  poeziya-

mızın  yoluna  qaytardı, şeirimizi  fikir, düşüncə  poezi-

yasına  çevirdi. Şeirimizə  fəlsəfi  siqlət, müdriklik, mər-

danəlik, mübarizlik, vətəndaşlıq  pafosu  gətirdi.  Əsl  


BULUDXAN  XƏLİLOV 

 

––– 48 –––

  

şairin  necə    olmalı  olduğunu  sübut  elədi. Ona  min  

rəhmət! Mən  ölənə  qədər  onun  ruhu  qarşısında  baş  

əyəcəyəm, onun  ömürlük  şagirdi  olacağam!!!  (Bəx-

tiyar  müəllimin  mənə  yazdığı    məktubların  orijinal-

larını  axırda  oxucuya  təqdim  edəcəyəm). Böyük  müəl-

lim  və  ustadım Bəxtiyar  Vahabzadənin  ölməz  xatirəsi-

nə    həsr  etdiyim  şeirləri  oxucuların  ixtiyarına  ve-

rirəm”. 

Ağasən Bədəlzadənin müəllimi Bəxtiyar Vahabza-

dəyə həsr etdiyi şeirləri də təqdim edirik: 

 

~~~~~ Şair taleyi ~~~~~ 

 

                                  Ustadım B.Vahabzadəyə!  

 

Vərəqlər  üstündə  yol  gedir  qələm

Sevinc qucaq-qucaq, dərd  qucaq-qucaq.  

İlk  şair  kim  olub,  deyə  bilmərəm,  

İlk  şeir  ağrıdan  yaranıb  ancaq.  

~ ~ ~  

Nadanın  yerinə  şair  utanır,  

Kim  deyir  kədəri  gəldi-gedərdi.  

Nəsillər  bir dərdi  çəkib  qurtarır,  

Təzədən  yaşayır  şair  bu  dərdi.  

~ ~ ~    

Dünyada  düşünüb, qananlar  olar,  

Dünyaya  şairtək  uyan  tapılmaz.  

Şairdən  də  artıq  yananlar  olar,  

Yanğını  şairtək  duyan  tapılmaz.  

~ ~ ~  

Bir  uşağa  dönər yüz  yaşında da,  

Hər  yetən  qayğıya  şair  dərdəcər.  


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 49 –––  

Yansalar  dünyanın  o  başında  da,  

Yanğısı  şairin qəlbindən  keçər.  

~ ~ ~    

Bir  gündə min  kərə qəlbi  yuxalar,  

Min  sevinc  bürüyən  ömür  yolunu. 

Bəzən  öz  sevgisi  yarımçıq  qalan,  

Özgənin  sevgisi  yandırar  onu.  

~ ~ ~  

Şeir  həm  ağrıdır, həm  də  təsəlli,  

Xəyaldır  həm  dinən, həm də  dindirən.  

Şair  nə  yazıbsa, hamıya  bəlli,  

Şair  nə  çəkibsə, kim  bilir  görən?!  

~ ~ ~   

Bir  səyyar  xəyala dönüb  yaşayır,  

Dünya  pıçıldasa,  şair  eşidir.  

Tənhalıqda  görsən, deyərsən şair.  

Dünyanın  ən  böyük  əzabkeşidir. 

~ ~ ~   

Qəlbində  yaranır  elə  suallar,  

Hələ  cavabını  verən  olmayıb.  

Şair  ürəyinin öz  dünyası  var,  

Hələ  o  dünyanı görən olmayıb.  

~ ~ ~  

Bəzən  bir  bahardır, bəzən  bir  xəzan,  

Dövləti – insana  məhəbbətidir.  

Bir  yandan  dünyada  ən  xoşbəxt  insan,  

Bir yandan dünyanın  ən  bədbəxtidir.  

~ ~ ~ 

Hər  kiçik  duyğuya  şair əyilməz,  

O da bir  dünyadır  bu  kainatda.  

Şairi  tufanlar öldürə  bilməz,  

 Nadanlar öldürər  bircə  saatda.  


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə