Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə16/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 66 –––

  

yazdığı  “Ədəbiyyatın tədrisinə dair” məqaləsində qeyd 

olunan məsələlərə cavab axtarır, öz fikirlərini, mövqeyini 

söyləyirdi: “Bu elmin tədrisində, bizə görə,  ən mühüm 

amil, müəllimin fənnə olan böyük sevgisi, xalq ruhunu, 

xalq mənəviyyatını dərindən bilməsidir. Ədəbiyyat müəl-

limi, hər şeydən əvvəl, bəhs etdiyi məsələnin atəşinə yan-

mağı, duya-duya, hiss edə-edə, alışa-alışa danışmağı ba-

carmalıdır. Ədəbiyyat müəlliminin ağzından sözlər tökül-

məməlidir. Onun dediyi sözlərin arxasında ürəyi od tutub 

alışmalıdır. Bu mənada bizə elə gəlir ki, müəllim də bir 

növ aktyor olmalıdır. Müəllim bəhs etdiyi məsələnin 

incəliklərini özü hiss etməsə, şagirdlərə aşılamaq istədiyi 

bir hiss, ya fikirlə özü yaşamasa, dediklərinin heç bir təsir 

qüvvəsi ola bilməz”

1

. Deməli, Bəxtiyar Vahabzadə  ədə-



biyyat fənnini tədris edən müəllimin fənnə olan sevgisini, 

xalq ruhunu, xalq mənəviyyatını dərindən bilməsini, bəhs 

etdiyi məsələləri duya-duya, hiss edə-edə danışmağı ba-

carmasını təcrübəli bir pedaqoq kimi qeyd edir. Bundan 

başqa, o, ədəbiyyat müəlliminin mövcud dərslik, dərs və-

saitinin  əsiri olmamağı, fakt və  rəqəmlərin sadalanması 

ilə işini təşkil etməməsini söyləyirdi. Doğrudan da, istə-

nilən bir bədii  əsəri və o əsər haqqında  ədəbi tənqidin 

mövqeyini bilmədən onu necə  tədris etmək olar?! Ona 

görə də ədəbiyyat müəlliminin oxumağa, mütaliə etməyə 

ayırdıqları vaxt, həm də yuxusuz gecələr hesabını almalı-

dır. Bu mənada Bəxtiyar Vahabzadə çox dəqiq və dürüst 

fikir söyləyir və  ədəbiyyat müəllimlərinin qarşısına və-

zifələr qoyurdu. O yazırdı: “Ədəbiyyat müəllimi tədris 

kitabının  əsiri olaraq qalmamalıdır. Müəllim hər hansı 

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 190-191 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 67 –––  

yazıçının həyatını keçərkən o həyatın eniş-yoxuşları ilə 

enib-qalxmalı, gecələr səhərə  qədər masa arxasında ya-

nan yazıçının həyatı ilə yanmalıdır. Yoxsa “filanıncı ildə 

filan əsərləri yazdı və filanıncı ildə öldü” deyə cansız bir 

dil ilə, soyuq rəqəmləri saymaqla şagirdlərdə heç bir 

fikir, heç bir hiss oyatmaq olmaz”

1

. Ədəbiyyat müəllimi 



yazıçının həyatının da, yazdığı əsərin özünün də məna və 

məzmunu, əsas kredosunu, fəlsəfəsini şagirdlərə aşılama-

ğı bacarmalıdır. Belə olmasa, ədəbiyyat müəllimi şagird-

lərdə yazıçıya da, onun yazdığı əsərə də məhəbbət, istək 

yarada bilməz. Odur ki, bu fənnin tədrisində müəllim əsl 

müəllim olmalıdır. Bəxtiyar Vahabzadənin fikrincə, ədə-

biyyat müəllimində yüksək savad, fənnə böyük sevgi 

hissləri, tədrisin metodikasını və onun qanunlarını bilmək 

vacibdir. Ancaq bununla belə, fənnin tədrisi metodikasını 

və onun qanunlarını bilməkdən daha çox ədəbiyyat müəl-

limi, ümumiyyətlə müəllim fənnin özünü bilməlidir, 

yüksək biliyə  və  nəzəri hazırlığa malik olmalıdır. Yeri 

gəlmişkən qeyd edək ki, bu mənada tədrisi metod 

fənlərinin, daha doğrusu, bu fənləri tədris edən müəllim-

lərin işi daha ağırdır. Onlar həm elmi-nəzəri cəhətdən ha-

zırlıqlı, bilikli olmalı, həm də tədris etdikləri fənnin me-

todikasını  dərindən bilməlidir. Hansı yolla öyrətməyin 

asan və mümkün olduğunu bilməlidir. Eyni zamanda 

asan yolla öyrətməyin yollarını axtarmalıdır. Ancaq, hər 

şeydən  əvvəl, fənnin özünü bilməyən müəllim, o 

cümlədən ədəbiyyat müəllimi o fənnin tədrisi metodika-

sını da arzu olunan səviyyədə apara bilməyəcəkdir ki, 

onun tədrisi metodikasını da yaxşı qura bilsin. Bəxtiyar 

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 191 


BULUDXAN  XƏLİLOV 

 

––– 68 –––

  

Vahabzadənin fikri ilə desək: “Şübhəsiz, tədris üsulları, 

metodik qanun-qaydalar da vacibdir. Lakin, yazıçılıqdan 

başqa (Bəxtiyar Vahabzadə özünü nəzərdə tutur – B.X.) 

bir ədəbiyyat müəllimi olmaq etibarilə, mənə elə gəlir ki, 

ən vacib olan məsələ bilik və eşqdir! Müəllimdə bilik və 

eşq varsa, tədris üsulu öz-özünə gələcəkdir. Daha doğru-

su, tədris üsulu da bilik və məhəbətdən doğur”

1

. Təbii ki 



eşq, məhəbbət deyəndə  fənnə  olan  sevgi,  məhəbbət 

nəzərdə tutulur. Fənni sevmədən onu tədris etmək olmaz. 

Fənni və onun nəzəri  əsaslarını sevə-sevə, məhəbbətlə 

öyrəndikdən, mənimsədikdən, biliyə çevirdikdən sonra 

onu tədris etmək olar və  hətta tədrisi yüksək səviyyədə 

aparmaq olar. Bəxtiyar Vahabzadə  ədəbiyyat fikrinin 

tədrisi məsələlərindən danışarkən öz təcrübəsi ilə yanaşı, 

orta məktəbdə gözü ilə gördüklərinə  əsaslanırdı. Doğru-

dan da fənnin tədrisi barədə dürüst söz demək üçün orta 

məktəbdə müntəzəm olmaq, tədris prosesini dinləmək 

çox vacibdir. Orta məktəblərdə fənn müəllimlərinin dərsi 

keçmə prosesini izləmədən, eləcə  də  şagirdlərin dərsə 

hazırlığını gözlə görmədən tədrisin vəziyyəti barədə söz 

demək çox çətindir. Bu baxımdan Bəxtiyar Vahabzadə 

orta məktəblərdə  ədəbiyyat fənnin tədrisini izləməklə, 

müşahidə etməklə öz fikir və mülahizələrini bildirirdi. O, 

təkcə müəllimlərin tədris prosesinə münasibətini izləmir, 

həm də şagirdlərin bu prosesdə özlərini necə aparmalarını 

da nəzərdən qaçırmırdı. Təsadüfi deyil ki, Ağdam rayo-

nunda orta məktəblərin birində  şagirdlərin  ədəbiyyat 

fənninə necə hazırlaşmaları barədə maraqlı fikirlər söylə-

yirdi. Qeyd edirdi ki, Ağdam rayonunda orta məktəblərin 

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 191 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə