Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə19/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 75 –––  

salmalı və bu əsərlərlə balalarımızda bədii zövq tərbiyə 

etməliyik. Hələ 1955-ci ildə “Literaturnaya qazeta”nın 

“Literatura v şkole” seriyasından buraxdığı məqalələrdə 

bu məsələlərə çox ciddi toxunulmuş  və  bədii zövq, 

estetik duyğu oyatmayan əsərlərin dərsliklərə salınması 

ciddi surətdə tənqid edilmişdi”

1

.  



Bəxtiyar Vahabzadə  ədəbiyyat dərsliklərinə salınan 

müəlliflər,  əsərlər barədə  də öz sözünü deyirdi. Onun 

vaxtilə qaldırdığı bu məsələlər indi də öz aktuallığını 

itirməmişdir. Bəxtiyar Vahabzadənin fikrincə, ədəbiyyat 

tarixinin xronoloji ardıcıllığına riayət etmək naminə 

bütün yazıçılar ədəbiyyat dərsliyinə salınmamalıdır. Bu, 

uşaqların işini çətinləşdirir

2

.  İkincisi, orta məktəbdə 



ədəbiyyat tarixi başlayana qədərki siniflər (yəni 

keçmişdəki V, VI, VII siniflər) üçün yazılan dərslik-

lərdə uşaqların tərbiyəsinə müvafiq əsərlər salınmalıdır. 

Ancaq Bəxtiyar Vahabzadənin fikrincə, burada da əksər 

vaxtlar müəlliflər  ədəbiyyat tarixinin xronologiyasına 

riayət etməyə çalışırlar

3

.  


Bəxtiyar Vahabzadə  ədəbiyyat dərsliyinə hansı 

müəlliflərin salınması  məsələsinə  də münasibət bil-

dirirdi. O, təbii ki, ədəbiyyat tarixi başlayan yuxarı si-

niflərin ədəbiyyat dərsliyində çoxdan bəri ictimaiyyətin 

diqqətini cəlb edən edən  şair və yazıçıların dərsliklərə 

salınmasını gündəmə  gətirirdi. Məsələn, o yazırdı: 

“Hüseyn Hüseynzadə, Nəbi Xəzri, Həsən Seyidbəyli, 

İ.Şıxlı,  İsa Hüseynov və başqa yazıçıların yaradıcılığı 

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 193-194 

2

 Yenə orada. s.194 



3

 Yenə orada.  




BULUDXAN  XƏLİLOV 

 

––– 76 –––

  

ilə  şagirdlərimizi nə vaxt tanış edəcəyik?”

1

  Hətta onun 



bir mövqeyi də çox dürüst bir mövqe olmuşdur. Belə ki, 

çoxdan bəri ictimaiyyətin diqqətini cəlb edən müəl-

liflərin əsərlərinin aşağı siniflər üçün yazılan dərsliklərə 

salınmasını  şagirdlərdə böyük duyğular, hisslər yarat-

dığını  əminliklə bildirirdi. Onun fikrincə, vətənimizə, 

ədəbiyyatımıza mədəniyyətimizə sevgi oyatmaq üçün 

həmin  şair və yazıçıların dərsliklərə salınması  dərslik 

müəlliflərinin vəzifələrindən biri olmalıdır. Məsələn, o 

yazırdı: “Hüseyn Hüseynzadənin “Şeir deyilmi?”, “Sən 

dərsə  gəlməyəndə”  şeirləri balalarımızda  nə  qədər 

gözəl duyğular, gözəl hisslər oyada bilər!  

Şeirin, lirikanın mahiyyətini  şagirdə izah edən 

müəllimin “Şeir deyilmi?”ni oxuması kifayətdir: 

 

 



 

Yenə gözüm qaldı bağçada, bağda 

Min-min gül açıldı aranda, dağda 

Eyvana əyilən çarpaz budaqda 

Bülbülün nəğməsi şeir deyilmi?”

2

 



 

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 194 

2

 Yenə orada.  




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 77 –––  

 

 

MÜƏLLİM OBRAZI 

 

Dünyada elə bir insan tapmaq olmaz ki, o, ilk müəl-

limini, ümumiyyətlə, müəllimlərini unutsun. Mən deyər-

dim ki, insan hansı  çətin vəziyyətdə,  şəraitdə olmasın-

dan asılı olmayaraq heç zaman müəllimlərini, xüsusilə 

də ilk müəllimini unutmur. Müəllim bizim hər birimiz 

üçün valideynlərimiz qədər  əzizdir. Tarix boyu hər bir 

kəs müəlliminə, onun xeyirxahlığına inanmışdır. Təsa-

düfi deyildir ki, Bəxtiyar Vahabzadə ilk müəllimini 

əziz, mehriban, xeyirxah bir insan kimi xarakterizə 

etmişdir. O yazırdı: “Müəllim dediyim zaman həmişə 

mənim yadıma ən əvvəl ilk müəllimim düşür. İlk müəl-

lim! Bizə qələm tutmağı öyrədən, gözümüzə nur verən, 

beynimizdə ilk naxış açan bu gözəl, xeyirxah insan 

həmişə bizim üçün ana qədər mehriban, ata qədər  əziz 

olmuşdur”

1

. Bəxtiyar Vahabzadə ilk müəllimə sanki 



poetik bir tərif vermişdir. Bu poetik tərifdə ilk müəllimi 

xarakterizə edən xüsusiyyətləri möhür kimi vurmuşdur. 

Məsələn, o, ilk müəllimi “xarüqladə bir varlıq kimi”, 

“böyük bir sirr xəzinəsi” kimi, “sehrli, möcüzəli dün-

yadan” gələn insan kimi, Allahın yaratdığı hər bir şeyin 

dilini bilən varlıq kimi xarakterizə etmişdir. O yazır: 

“Adam ilk müəllimini nəsə xarüqüladə bir varlıq kimi 

təsəvvür edir. O, hərflərin sirrini bizə açdıqca, nəzəri-

                                                            

1

 Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.195  


BULUDXAN  XƏLİLOV 

 

––– 78 –––

  

mizdə gündən-günə daha da böyüyür, daha da ucalır. 

Adama elə gəlir ki, o, böyük bir sirr xəzinəsidir. Nənə-

lərimizin danışdığı sehrli, möcüzəli dünyadan gəlib. O, 

axar çaya “dayan desə, dayanır”, “günəşə sön desə, sö-

nər”. O, nəinki kitabların, otların, çiçəklərin,  quşların 

da dilini bilir. O bizim kimi çörək yeyib, su içmir. O 

bizdən ayrılan kimi öz sehrli nağıllar dünyasına 

çəkilir”

1



Bəxtiyar Vahabzadə üçün ilk müəllim ana, ata kəl-

məsini oxudan və bununla da dünyanı  dərk etməyə 

səfərbər edən insandı. Sözün həqiqi mənasında cəfakeş, 

qayğıkeş, fədakar insan. O yazır: “İlk dəfə “ana” 

kəlməsini oxuya bildiyim gün bugünkü kimi yadımdır. 

Mənə elə  gəldi ki, dünyada məndən xoşbəxt, məndən 

savadlı adam yoxdur. Mən “ana” kəlməsi ilə  təbiətin, 

xilqətin, varlığın sirrini oxumuşdum, dünyanı  dərk 

etmişdim. “Ana” yerdir, “ata” – göy! Bu iki müqəddəs 

söz həyatın mayası, varlığın  əsası, başlanğıcıdır?!”

2

 

Bəlkə  də müəllim olmasa, insanlar elə başa düşə bilər 



ki, onlar hər  şeyi bilirlər. Müəllim insanı elə bir yola 

çıxarır ki, o, ömrü boyu öyrənməli olur. Ancaq nə bilik 

tükənir, nə  də onun öyrəndikləri. Belə olduğundan 

insanlar müəllimə ehtiyac hiss edirlər. Ömrü boyu 

oxuyan, öyrənən, həyatı dərk edən hər bir insanın etirafı 

bundan ibarətdir. Bəxtiyar Vahabzadə kimi: “Son 

nəfəsimizə qədər biz öyrənəcək, öyrənəcəyik. Axı, insan 

üçün “bilirəm” sözü yoxdur. O, “biləcəyəm” deyə-deyə 

hər gün, hər ay, hər il, ucalır, böyüyür. Təbiət və kainat 

                                                            

1

 Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.195 

2

 Yenə orada.  




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə