Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə2/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   2   3   4   5   6   7   8   9   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 5 –––  

keçiririk. O aramızdan tez getdi. O indi yoxdur, ancaq 

bir yerdə yeri görünür. Bu gün mən yazıçı vicdanımla 

onun  əziz xatirəsi önündə başımı  əyirəm”

1

. Bəxtiyar 



Vahabzadə Mehdi Hüseyni öz ustadı, müəllimi kimi 

qiymətləndirir və ona dəyər verirdi. Bunu şərtləndirən 

səbəblər vardı. Bu səbəblərdən biri o idi ki, Mehdi 

Hüseyn vaxtilə  Bəxtiyar Vahabzadənin çap olunmuş 

“Etiraf”  əsərini dərindən oxumuş  və ona qarşı olacaq 

ittihamların qarşısında səbrli, təmkinli olmağı məsləhət 

bilmişdi. Təbii ki, Bəxtiyar Vahabzadəni səbrli, təmkinli 

olmağa çağıran Mehdi Hüseyn qələm yoldaşlarının 

etiraf etdiyi kimi “ədəbiyyatın  əlisilahlı keşikçisi” ol-

muşdur. Bəxtiyar Vahabzadə 1969-cu ildə yazırdı: “10-

15 gün bundan qabaq köhnə yazılarımı araşdırarkən üs-

tündə bir qeyd vardı: “Bəxtiyar, çıxış etməsən yaxşıdır, 

danışası olsan, təmkin!.. H.Mehdi”.  

O bu qeydi mənə 7-8 il bundan əvvəl Yazıçılar İtti-

faqında keçirilən bir müşavirə zamanı göndərmişdi. Hə-

min müşavirədə yazıçılarımızdan biri məni “Etiraf” 

əsərinə görə “Tolstoyçuluqda” ittiham edirdi. O zaman 

çıxış etmədim. Həm də Mehdi müəllimin bu əsər haq-

qındakı fikrini bilirdim. Əsər jurnalda çap olunan kimi o 

mənə zəng çalıb rəyini telefonda demişdi.  

Mərhum yazıçımız həmin qeydi ilə  məni səbrə, 

təmkinə çağırırdı”

2

.  


Başqa bir tərəfdən, Mehdi Hüseyn bir ustad və 

müəllim kimi, gənc nəslə  tələbkarlıqla, qayğı ilə ya-

naşan ustad və müəllim kimi ədəbiyyatımızdakı bütün 

                                                            

1

 Döyüşən  ədib. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.69 

2

 Yenə orada. s.68 




BULUDXAN  XƏLİLOV 

 

––– 6 –––

  

məsələlərə münasibətini həmişə açıq  şəkildə bildirmiş-

dir.  Ədəbiyyatımızdakı ideoloji məsələlər, sənətkarlıq 

məsələləri heç zaman onun diqqətindən yayınmamışdır. 

O,  ədəbiyyatda çatışmayan məsələlərə – ideoloji və 

sənətkarlıq məsələlərinə  dərhal münasibətini bildirmiş, 

yanlış mövqeləri, büdrəmələri, axsamaları, yerində say-

maları islah etməyə çalışmışdır. Onun elmi – nəzəri 

səviyyəsinin yüksək olması imkan vermişdir ki, ədə-

biyyat məsələlərini öz fikir və mülahizələri ilə təhlildən 

keçirə bilsin. Həm də Mehdi Hüseynin fikri də, ruhu da 

ədəbiyyatşünaslığın müasir tələbləri səviyyəsində 

olmuşdur. Bu gün belə  ədiblərə  və  ədəbiyyatşünas – 

tənqidçilərə böyük ehtiyac vardır. Bir tərəfdən belələri 

gənc  ədibləri stimullaşdırır və onların kim olduqlarını, 

istedadlarını, qabiliyyətlərini təqdim edə bilirlər, digər 

tərəfdən öz bədii  əsərləri, nəzəri məqalələri ilə 

ədəbiyyatı irəliyə doğru apara bilirlər.  

Bəxtiyar Vahabzadə Mehdi Hüseyni bir müəllim

ustad kimi başqa cəhətdən də qiymətləndirirdi. Bu da 

onun  ədəbiyyatdakı nöqsana, hətta həqiqi dost olduğu 

ədəbiyyat adamlarının nöqsanına göz yummaması ilə 

bağlı olmuşdur. Məhz  ədəbiyyatın həmişə belələrinə 

ehtiyacı olmuşdur.  İndi  ədəbiyyatımızın belə ehtiyacı 

daha çoxdur. Ona  görə ki, ədəbi əsərlərdəki nöqsanlara, 

qüsurlara göz yumulur, yaxşı  mənada  ədəbi mühitdə 

mübahisə yoxdur və yazılan  əsərlərə verilən qiymət-

lərin, eləcə də münasibətlərin əksəriyyəti şəxsi tanışlıq-

dan, dostluqdan o yana getmir. Ancaq böyük vətəndaş, 

qələm dostlarından müasirliyi, fikir və ideya məziy-

yətlərini tələb edən Mehdi Hüseyn belə olmamışdır. 

Bəxtiyar Vahabzadə onun barəsində yazırdı: “Bizim 

onunla S.Vurğun yardıcılığı haqqında çox tez-tez müba-



BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 7 –––  

hisələrimiz düşərdi. O, S.Vurğunun sənətini həddindən 

artıq sevməsinə baxmayaraq, böyük şairin yaradıcılıq 

nöqsanlarına da göz yummazdı. Mən çox gözəl bilirdim 

ki, Mehdi müəllim S.Vurğunla həqiqi dost olmuş  və 

həmişə onunla fəxr etmişdir. Bununla belə, dostunun 

yaradıcılıq nöqsanlarını da pərdələməzdi. Hər sözü açıq 

yazardı, açıq deyərdi. Onu mənə sevdirən mərdanəliyi 

və gecə-gündüz ədəbiyyat havası ilə nəfəs alması idi”

1



Əgər bizim hər birimiz hansısa bir elmi, bədii əsəri 

oxuyuruqsa və oradan nəyi öyrəniriksə, öyrəndiklərimiz 

fəaliyyətimizdə  gərəkli olursa, deməli, həmin  əsərlərin 

müəllifi müəllim, ustad kimi dəyərləndirilməlidir. Bu 

mənada bizim hər birimizə  dərs deməyən, heç üzünü 

görmədiyimiz müəllimlər, ustadlar var ki, biz onların 

əsərlərindən çox şeylər öyrənmişik. Deməli, öyrənmi-

şiksə, onlar bizim hər birimiz üçün müəllimdir, ustaddır. 

Bu mənada Bəxtiyar Vahabzadə belə ustadlara, müəl-

limlərə böyük dəyər verirdi və onlardan ədəbi gəncliyin, 

bütövlükdə  gəncliyin çox şey öyrənə biləcəyini söylə-

yirdi. O yazırdı: “Bugünkü ədəbi gənclik  Ələsgər 

şeirindən çox şey öyrənə bilər. Bəzən aşıq şeirinə “ibti-

dai” damğası vurulur. Bu şeirin dərinliyinə getmək la-

zımdır. Onun incəliklərini qavramaq lazımdır. Təcnis-

lərdə çox böyük şəkil məhdudluğu var. Həm sözlərin 

şəklində, həm də  şeirin formasında. Lakin bu məhdud-

luğa baxmayaraq, Ələsgər yalnız forma obrazlılığına 

uymamış, məhdud forma qəlibində çox böyük fikirlər 

söyləməyi bacarmışdır.  

                                                            

1

 Döyüşən  ədib. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.69 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə