Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə4/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   2   3   4   5   6   7   8   9   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 12 –––

  

Mənim şeirlə ilk tanışlığım babamın dediyi bu bənd-

dən, nənəmin çağırdığı bayatılardan başlamışdır. “Xə-

yal” sözünün mənasını isə  mən çox sonralar başa düş-

düm”

1

. Deməli, insan bilmədiyini soruşmaqla öyrənir. 



Öyrənmək üçün gərək bu istəkdə olasan, bilmədiklərini 

təkcə kitabdan deyil, yerində və məqamında bilənlərdən 

öyrənəsən. Bu mənada kiçik yaşlarından bilmədiyini 

öyrənən uşaqlar sonralar öz yaş  səviyyələrinə uyğun 

bilgi  əldə edə bilirlər. Bəzən görürsən ki, hər hansı bir 

uşaq, yeniyetmə, gənc, eləcə  də ortayaşlı  və ahıl yaşlı 

insan öz yaş  səviyyəsinə uyğun bilikdə olmur. Onların 

dünyagörüşü, doğma ana dilindəki sözlərin bir çoxunun 

mənasını bilməmələri onların nitqinə  əngəl törədir, 

nitqləri qüsurlu, yorucu olur, nitqləri nitq mədəniyyə-

tinin tələblərinə cavab vermir. Ona görə  də dildə olan 

sözlərin mənalarını  həmin sözlərlə ilk tanışlıqdan 

öyrənməlidirlər.  İlk tanışlıq isə ailədən başlayır. Uşaq 

ailədə atadan, anadan, babadan, nənədən, böyük qardaş 

və bacıdan ilk tanış olduğu sözlərin mənasını öyrənmə-

lidir. Ancaq bəzən valideynlər də  uşaqların ilk tanış 

olduğu sözlərin mənalarını ya bilmir, ya da uşağa başa 

salmağı bacarmırlar. Belə olanda uşaq hər hansı bir 

sözün ifadə etdiyi məfhumu, anlayışı seçib fərqləndirə 

bilmir, ayırd edə bilmir. Məsələn, bu gün uşaqların 

böyük əksəriyyəti gül növlərini bir-birindən fərqləndirə 

bilmirlər. Nərgiz, lalə, qərənfil, yasəmən, süsən, sünbül 

və digər gül növlərini bir-birindən fərqləndirə bilmirlər. 

Bu gün çoxları bilmir ki, dəvədabanı, quşəppəyi, qaz-

                                                            

1

  Mən aşiqəm, yasaq yoxdur dilimə. – Bəxtiyar Vahabzadə. 



Sənətkar və zaman. Bakı, Gənclik, 1976, s. 78 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 13 –––  

ayağı, dovşan toppuğu, yemlik, qantəpər nədir? Bəzən 

ailələrdə böyüklər bu gül və bitki növlərini ayırd edə 

bilmirlər. Bunun əsas səbəblərindən biri odur ki, 

insanların bir qismi uşaqlıq dövründən təbiətdən çox-

çox uzaq düşürlər. Təbiətdə olan təbii bitkiləri gözləri 

ilə görmürlər və  təbii ki, təbiətdəki bitkiləri də 

tanımırlar. Bunu təkcə bitkilərlə bağlı deyil, dildə məna-

sını bilmədiyimiz çoxlu sayda digər sözlərə  də aid 

etmək olar. Doğrudan onların ifadə etdiyi məfhumu, 

anlayışı bilməmək dilin lüğət tərkibinin tam qavranılma-

sı işinə maneçilik göstərir. Ona görə də insan uşaqlıqdan 

başlayaraq onu əhatə edən aləmə elə- belə baxmamalı 

onun mənasını, hikmətini anlamağa çalışmalıdır. 

Beləliklə, Bəxtiyar Vahabzadə “Xəyal” sözünün 

mənasını çox sonralar başa düşdüyünü deməklə, uşağın 

öyrəndiyi  şeirdə, nəğmədə bilmədiyi sözün mənasını 

vaxtında öyrənilməsini məsləhət bilirdi ki, ilk məqamda 

uşağın mənasını bilmədiyi sözləri öyrənəcəyi adam 

onun valideynləri, babası, nənəsi və evdə ondan böyük 

olan qardaş-bacıları olmalıdır. Onlar isə uşağın psixolo-

giyasını duymağa, hiss etməyə çalışmalıdırlar. Eyni za-

manda uşağın səviyyəsinə enməyi mütləq nəzərə alma-

lıdırlar. Düzdür, bu çətin bir işdir. Ancaq bu çətinliyin 

öhdəsindən gəlməyi bacarmaq lazımdır. Bəxtiyar Va-

habzadə hətta uşaqlar haqqında yazanda da bu çətinliyi 

nəzərə almağı olduqca vacib sayırdı. O yazırdı: “Uşaq-

lar haqqında yazmaq çətindir, deyirlər. Bu, doğrudan da 

belədir. Bəs bu çətinlik nədədir? Məncə, bu çətinlik 

dəfələrlə eşitdiyimiz kimi birinci növbədə uşağa məxsus 

olan xüsusiyyəti – uşaq psixologiyasını, uşaq təbiətini, 

uşaq aləmini bilməkdədir. Uşaqlar üçün yazıb, onların 

dilini, dərketmə qabiliyyətlərini,  ətrafdakı hadisələrə 



BULUDXAN  XƏLİLOV 

 

––– 14 –––

  

münasibətlərini bilməmək  şairi sözsüz ümumiçiliyə, 

mücərrədliyə aparacaqdır”

1

. Deməli, Bəxtiyar Vahab-



zadə uşaq təbiətini, uşaq aləmini bilmədən uşaqlar üçün 

yazmağın mümkünsüzlüyünü qeyd edir. Bundan başqa, 

o, pedaqogikadakı əyanilik prinsipini konkret olaraq hər 

hansı bir fikrin, ideyanın daha canlı çatdırılmasında 

əhəmiyyətli hesab edirdi. O yazırdı: “Pedaqogikadan 

bildiyimiz kimi, uşaqlar üçün tədrisin özü də  əyanilik 

prinsipi ilə aparılır. Müəllim uşağa iki üstə  gəl ikinin 

dörd olduğunu quru sözlərlə deyil, sayğacda iki daşın 

üstünə iki daş  əlavə etməklə, doğrudan da dörd 

alındığını məhz göstərməklə öyrədir.  

Uşaq ikinin üstünə iki gələndə dörd alındığını say-

ğacda öz gözlərilə gördüyü kimi, təbliğ olunan ideyanın 

faydalılığını, yaxud pis əməlin faydasız olduğunu da 

konkret həyat lövhələrində görməlidir. Bunun üçün isə 

şair quru nəsihətçiliyə, ümumi sözçülüyə getməməli, 

aşılamaq  istədiyi fikri canlı boyalarla göstərməlidir”

2



Konkret olaraq həyat lövhələri əsasında öyrənmək, quru 



nəsihətçilikdən, sözçülükdən uzaq olaraq canlı boyalarla 

öyrənmək uşağın yaddaşına biliyi əbədi  həkk etdirir. 

Hazırda tədris prosesində  tədrisin  əyanilik prinsipi ilə 

aparılmasına daha çox üstünlük verilir. Deməli, təcrübə 

göstərir ki, əyanilik üzərində qurulmuş  tədris prosesi 

mücərrədlikdən uzaq olmaqla, daha canlı  və inandırıcı 

olur. Ümumiyyətlə, öz sənəti, öz sözü, öz nəfəsi olanlar 

başqalarından seçilir, hətta yadda qalırlar. Bəlkə, heç 

bəlkəsiz də, bütün sənət sahələrində o adamlar sevilir ki

                                                            

1

 Hiss etmək, yaşamaq, duymaq. – Bəxtiyar Vahabzadə. Sənətkar 



və zaman. Bakı, Gənclik, 1976, s.107 

2

 Yenə orada.  




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə