Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə7/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   2   3   4   5   6   7   8   9   10   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 24 –––

  

ğunu görəndə bizi heyrət götürür. Alimlər çox uzaqlara 

gedir, uzun zəhmət və axtarışlardan sonra bilirlər ki, ax-

tardıqları lap yaxında, həm də ən adi bir şey imiş. Onlar 

yalnız qeyri-adinin ən adi olduğunu kəşf edə bilirlər”

1

.  



Bəxtiyar Vahabzadə fikrini dəqiq çatdırmaq üçün ki-

fayət qədər inandırıcı həyati misallara, izahlara üstünlük 

verirdi. Məsələn, o yazırdı: “Bir daş parçasında bütün 

dünyanın mahiyyətini və hikmətini görmək və  təsvir 

etmək mümkündür. Bizim alimlərdən biri uzun müddət 

köklə yarpağın  əlaqəsini öyrənmiş  və bu nəticəyə 

gəlmiş ki, yarpaqla kökün böyük əlaqəsi var. Gülməli 

deyilmi? Bu nəticənin bədii ifadəsini atalarımız bircə 

cümlə ilə demişdir: Ot kökü üstə bitər”

2

. Bununla da 



Bəxtiyar Vahabzadə istənilən bir elmi məlumatın, yaxud 

da həqiqətin adi, sadə formada çatdırılmasında bədii 

priyomlardan istifadəni, xalqın yaratdığı bədii ifadələrə 

istinad etməyi vacib saymışdır. Sadə, aydın, səlis bir 

dildə fikri çatdırmaq o demək deyildir ki, bu cür sadəlik 

bəsitlik və primitivlikdir. Əsla belə deyildir. Söhbət 

burada ondan gedir ki, fikirlər, o cümlədən elmi fikirlər 

sadə bir formada, aydın bir dildə izah olunmalıdır. Əgər 

istənilən bir bilik başqasına sadə  və aydın dildə 

çatdırılmırsa, onda o bilik ölü bilik sayılmalıdır. O 

biliyin daşıyıcısı olan insanın intellekt səviyyəsi, idrak 

səviyyəsi isə heç kəsə lazım deyildir. 



 

                                                            

1

 Adidə qeyri-adi. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.151 

2

 Yenə orada.  




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 25 –––  

 

 

 

ŞAGİRD, TƏLƏBƏ QÜRURU 

 

Özünə hörmət etməyənə başqası da hörmət etməz. 

Uşaqlıqdan özünə hörmət etməyi bacarmaq lazımdır. 

Bunun üçün qürurlu olmaq, başqasının sevincinə  şərik 

olmaq, gözütox olmaq və s. keyfiyyətlər mühümdür. Bu 

mənada Bəxtiyar Vahabzadə “Karusel” şeirinin yaran-

ması ilə bağlı olan hadisədə qeyd olunan keyfiyyətləri 

açıqlamağa çalışır. O yazır: “Qusarda dincəlirdik. Uşaq-

larımı  şəhər parkına aparmışdım. Onları karuselə min-

dirmişdim. Onlar sevinə-sevinə  fırlanır,  şadlanırdılar. 

Birdən kənarda dayanıb fırlanan uşaqlara baxan bir uşaq 

gördüm. O da hərlənən uşaqlarla bərabər sevinir, əl 

çalır, atılıb-düşürdü. Dərhal onun üçün də bilet aldım. 

Dedim “al bileti, get sən də karuselə min”. Aldı, sonra 

nə düşündüsə, bileti geri qaytarıb məndən uzaqlaşdı”

1



Deməli, başqasının sevincinə sevinən uşaq həm də 

başqasından faydalanmaq, istifadə etmək prinsipindən 

çox-çox uzaqdır. O, başqasının hesabına nəyisə  əldə 

etməyi öz qüruruna sığışdırmır, özünə yaraşdırmır. Bu-

nu elə incə, zərif nümayiş etdirir ki, qarşı  tərəf ona 

rəğbətlə, hörmətlə, məhəbbətlə yanaşmalı olur. Bundan 

başqa uşaqda, daha doğrusu, onun qəlbində döyünən 

ürək xeyirxah, yaxşı  işləri görəndə sevinmək,  şadlan-

maq stimulu verir. Bu, uşağa Allah tərəfindən verilmiş 

                                                            

1

  Mən necə yazıram. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. 



Bakı, Gənclik, 1976, s.173 


BULUDXAN  XƏLİLOV 

 

––– 26 –––

  

ən böyük mükafatdır. Bunun əksi olan, başqasının 

sevincinə paxıllıq edən uşaqlar da var. Onlar gələcəkdə 

böyüyəcək,  pis keyfiyyətlərini də özləri ilə böyüdəcək-

lər. Kimin gələcəkdə kim olacağı elə  uşaqlıqdan görü-

nür. Və yaxşı deyiblər ki, görünən dağa nə  bələdçi. 

Odur ki, qəlbi geniş olanlar başqalarına qibtə etmir, 

başqasının ona aldığı bileti, eləcə də digər şeyləri götür-

məyi özünə yaraşdırmır. Belə uşağın gələcəyi də mütləq 

və mütləq qürurlu olacaq, xarakterində  ağayanalıq və 

gözütoxluluq özünü göstərəcəkdir. Belələri hətta böyük-

ləri öz gözəl əməlləri ilə hələ uşaqlıqdan təəccübləndirə 

biləcəklər. Bəxtiyar Vahabzadənin daha sonra davam 

edərək yazdığı kimi: “Kənarda dayanıb uşaqlara baxma-

ğa, onlarla birgə sevinib-gülməyə başladı... Təəccüb 

etdim... Ancaq sonra başa düşdüm ki, mənim təəccübüm 

yersizdir. Bu uşağın qəlbi o qədər geniş və işıqlıdır ki, 

onda başqasına qibtə hissi yoxdur. Həm də qürurludur. 

Ona görə  də başqasının ona verdiyi hədiyyə onu 

sevindirə bilməz. Qəlbi genişdir. Ona görə də o, yalnız 

öz sevincindən deyil, başqasının sevincindən də həzz al-

mağı, sevinməyi bacarır. Eşq olsun belə böyük ürəklə-

rə!”

1

. Belə uşaqların qəlbi ilə yanaşı, ruhu da təmiz olur. 



Onların vicdanları da pak olur. Görünür ki, bu, südnən, 

sümüknən süzülüb gəlmişdir. Təbii ki, burada genetika-

nın rolu da danılmazdır. Uşaqlarda belə keyfiyyətlərin 

olması ailənin, nəslin  ənənəsindən gəlir, keçmişindən 

gəlir, kökündən və  əsil-nəcabətindən gəlir. Bizim hər 

birimizin ruhu ata-babalarımızdan gəlir. Bu mənada 

                                                            

1

  Mən necə yazıram. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. 



Bakı, Gənclik, 1976, s.173 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə