Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə10/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 38 –––

  

müəyyən sözlərin yazılışı barədə suallar verir. Bəxtiyar 

müəllim Telli xanımın bu cəsarətinə rəğbətlə yanaşır və 

ondan soruşur ki, sən hansı mövzunu yazırsan? Telli 

xanım deyir ki, sərbəst mövzunu. Bəxtiyar müəllim 

Tellinin yazdığı  sərbəst mövzunu başdan ayağa qədər 

oxuyur. Auditoriyadakı  uşaqlara üzünü tutub deyir ki, 

bir-birinizə  nə çox qısılmısınız? Baxın bu qara qız 

sərbəst mövzu yazır, özü də yaxşı yazır. Telli xanım onu 

da deyir ki, yazdığım inşada “Qara daşlar”ın adını 

işlətməliydim. Bəxtiyar müəllimdən soruşdum ki, “Qara 

daşlar” necə yazılır? O auditoriyada onunla birgə imta-

han götürən və nisbətən ondan cavan olan müəllimə 

dedi ki, eynəyimi mənə gətir. Stolun üstündəki eynəyini 

ona gətirəndən sonra, o, gözünə taxdı və mənim yazımı 

diqqətlə oxumağa başladı. Telli xanım mənə söhbət 

edəndə dedi ki, indiki kimi yadımdadır: “Bəxtiyar müəl-

lim yazımı oxuyub qurtarandan sonra yüksək qiymət 

alacağımı söylədi. Sonra növbəti imtahan gəldi. Bu 

imtahan ədəbiyyatdan şifahi imtahan idi. Onun dediyinə 

görə, Bəxtiyar müəllim yenə də bizim auditoriyaya gəl-

mişdi. Ancaq sonra məlum oldu ki, o, başqa bir audito-

riyada imtahan götürməlidir. Telli xanım dedi ki, Cəlal 

Abdullayev ona dedi ki, Bəxtiyar müəllim, imtahanı o 

biri  auditoriyada götürməlisiniz. Bəxtiyar müəllim isə 

Cəlal müəllimə  sərbəst mövzunu yazan Tellini göstərir 

və onun bilikli, savadlı olduğunu deyir. Bununla da o

bir istedadlı  qızı – Tellini yaxşı  mənada qoruyur. Telli 

xanım deyir ki, mən  ədəbiyyat proqramı üzrə bütün 

materialları bilirdim. Hardan nə sual versələr, cavab 

verirdim. Şeir parçalarını əzbərdən söyləyirdim. Ancaq, 

təbii ki, Bəxtiyar müəllimin bu jesti ona olan diqqəti 

xeyli artırmış  və Tellinin özünü də daha da ürəkli 



BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 39 –––  

etmişdi. Telli xanım bu sətirlərin müəllifi ilə söhbət za-

manı onu da dedi ki, sentyabr ayının 1- də dərsə gələndə 

o, universitetin həyətində  Bəxtiyar müəllimi görür və 

sevinə-sevinə ona qəbul olduğunu bildirir. Bəxtiyar 

müəllim isə cavab verir ki, bilirəm. Ancaq bu gün 

“Kommunist” qəzetində  səninlə bağlı bir yazı yazmı-

şam. Get, onu al, oxu. I kursun tələbəsinə – Telli xanıma 

bundan böyük nə  hədiyyə ola bilərdi?! Yeri gəlmişkən 

onu da qeyd edək ki, Bəxtiyar Vahabzadənin “Qəbul 

imtahanları barədə” məqaləsi o vaxt ilk dəfə 

“Kommunist” qəzetində çap olunmuşdur.  

   Bəxtiyar Vahabzadə    həmişə  istedadlı    gənclərə, 

yaradıcılıq  qabiliyyəti  olan  gənclərə  köməklik  göstə-

rib  və  onların  qayğısına   qalıbdır. O  vaxt  qəbul  im-

tahanını  müəllimlər  aparan  zaman  Bəxtiyar  müəllim  

xeyli  abituriyetin hazırlığından  razı  qaldığı  üçün  on-

ları  nəzarətə  götürmüş, qayğı  və  diqqətini  onlardan 

əsirgəməmişdir. Bəxtiyar  müəllim  həmin  abituriyent-

lərdən  o  vaxt  mətbuatda da bəhs  etmişdir, onların  

ümidverici  gələcəyinə    inam    bəsləmişdir.  Ədəbiyyat  

fənnindən  yazılı imtahan  zamanı  belə  qayğını  Röv-

şən  Novruzoğlu da  görmüşdür. Kənddən  gəlmiş  gənc  

Rövşən  Azərbaycan  Dövlət  Universitetinin  (indiki  

Bakı  Dövlət  Universiteti) jurnalistika  fakültəsinə  sə-

nədlərini  verir. Birinci  imtahana-ədəbiyyatdan  yazılı  

imtahana  gəlir. İstedadına  və  cəsarətinə  inandığından  

sərbəst  mövzuda  inşa  yazmağa  girişir. O, “Kəndimiz” 

mövzusunda  inşa  yazısını  yazır. Bəxtiyar  müəllim  

sərbəst  mövzuda  inşa  yazanları  nəzarətə  götürürmüş, 

hətta  yaxınlaşıb  onların  yazısını da   oxuyurmuş. Xoşu  

gəldikdə  elə  yerindəcə, hamının  yanında  abituriyent-




BULUDXAN  XƏLİLOV 

 

––– 40 –––

  

ləri  tərif  edir, sonrakı  imtahanları  isə  nəzarətə  götü-

rürmüş.   

Bəxtiyar  müəllim  görür ki, abituriyentlərdən  birisi  

sərbəst  mövzuda  inşa  yazır. Ona  yaxınlaşır. Abituri-

yentin  yazdığı  inşanı  oxuyur. Xoşu  gəlir. Bu, Röv-

şənin  yazdığı  inşaymış.   

Bəxtiyar  müəllim  üzünü  Rövşənə  tutub  deyir:  

-Bala, yazdığın  kifayətdir. Mən  sənə  “beş” 

yazıram. İmtahandan  gedə  bilərsən.  

Təcrübəsiz, kənddən  gəlmiş  Rövşən  bir  az  qorxu-

ya  düşür, xoflanır. Yerindən  durmaq  istəmir. Həm  də  

bilmir ki, Bəxtiyar  müəllimə  nə  desin.   

Bəxtiyar  müəllim:  

-Bala, sənə  dedim ki,  “beş” yazıram.  İmtahandan 

çıxa  bilərsən.  

Elə  bu  dəmdə    Bəxtiyar  müəllim  onunla  birgə  

imtahan  götürən   Pənah  Xəlilovu  da  tələbənin  yanı-

na  çağırır. Hər  ikisi  Rövşənin  başı  üstündə  dayanır-

lar. Onun  yazısına  bir  daha  diqqət  yetirirlər. Yəni  

Pənah  Xəlilov  da  yazıya nəzər salır.  Hər  ikisi  məm-

nun  bir  vəziyyətdə  Rövşənin  yazısını  abituriyentlərin  

içərisində  tərif  edirlər.  

Rövşən  imtahandan  çıxır, ancaq  hələ  də  nəticənin  

necə  olacağına  inana  bilmir. Əlqərəz... İmtahanın  nəti-

cəsi  elan  olunanda  görür  ki, doğrudan da  “beş” alıbdır.  

Rövşən  növbəti  imtahanını    ədəbiyyatdan  şifahi  

verir.  İmtahanı  Firudin  Hüseynov  götürürmüş. İmta-

han gedən otağa  Bəxtiyar  Vahabzadə  və  Pənah  Xəli-

lov  daxil  olur. Bəxtiyar  müəllim  üzünü  Firudin  

müəllimə  tutur:  

Ay Firudin  müəllim,  burada Rövşən  adlı  oğlan  var. 

Onun istedadı və  yaradıcı  qabiliyyəti  bizi  valeh  edibdir.   



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə