Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə12/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 44 –––

  

“qan  tutan kimi”  tutdu. Şeirlərdəki  bədii-fəlsəfi  ümu-

miləşdirmə  bütün  ruhumu  titrətdi. Dərsim qurtaran-

dan  sonra  evimizə  getdim, çörək  yeməmiş  stolumu-

zun  arxasında  əyləşib  Bəxtiyar  müəllimə  məhəbbət, 

heyranlıq  və  hətta  pərəstişkarlıqla  dolu bir  məktub  

yazdım, onun  gözəl  şeirləri  haqqında  dərin  oxucu  

təəssüratlarımı  bildirdim. Təbii  ki, bu  məktubda  hər  

bir  söz  ürəyimin, ruhumun, estetik  zövqümün, canlı, 

təmənnasız, son  dərəcə  emosional  təəssüratları  ilə  

yoğrulmuşdu. Mən  şairin  ev  ünvanını da  bilmirdim. 

Məktubda  öz  şeirlərimdən  bir  neçəsini  də  yazmışdım  

və  pərəstiş  etdiyim  bu  şairdən  xahiş  edirdim  ki, bu  

yazılarım  haqqında  öz  fikrini  bildirsin. Məktubu  

birbaşa  Yazıçılar  İttifaqının ünvanına  göndərdim, çox  

çəkmədi  ki,böyük  şairimizdən cavab  məktubu  gəldi. 

Məktubu təbii ki, acgözlüklə  oxudum. Etiraf  edirəm  ki, 

şairin  mənim  yazılarım  haqqında  müsbət  fikrini  

oxuyanda  sevincim  yerə-göyə    sığmadı...  Məktubun  

sonunda  Bəxtiyar  müəllim  bu  sözləri də  yazmışdı ki, 

“Bakıya gələndə  məni  görərsən”. O,  öz  ev  ünvanını 

da  yazmışdı. Mən  həmin  il  universitetə  imtahan  ver-

məyə  hazırlaşırdım  və  söz  vermişdim  ki,  qəbul  ol-

masam, Bəxtiyar  müəllimlə  görüşməyəcəyəm... Həmin  

il  universitetə    qəbul  oldum  və  bir  neçə  gündən  

sonra  qərara  gəldim  ki, Bəxtiyar  müəllimgilə  gedim. 

Mən  artıq  onun  ünvanını  bilirdim (Bəxtiyar  müəllim  

o  vaxt  Hüsü  Hacıyev  küçəsindəki mənzilində  yaşa-

yırdı). Bəxtiyar  müəllim  məni  hörmətlə  qarşıladı.  

Mən  onun  üzündə  heç  bir rəsmiyyət, təkəbbür, özün-

dən  razılıq  ifadəsi  hiss etmədim. Yoldaşı  Dilarə  xa-

nım  da  böyük alicənablıq  göstərdi. Mən  bu  hörmət  

qarşısında  xəcalət  çəkirdim  və    tər  tökürdüm.  On-


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 45 –––  

ların  təbii  insanlıq  münasibətləri  məni  bir  qədər   sı-

xıntıdan  xilas  etdi. O,  mənimlə  bir  qədər  söhbət  elə-

di  və  sonra  soruşdu: Sən  Bakıya  ancaq  məni  gör-

mək  üçünmü  gəlmişdin? Cavab  verdim ki, “Xeyr,  mən  

Universitetə imtahan  vermək  üçün  gəlmişdim  və  qə-

bul  oldum”.  O,  gülümsündü  və  soruşdu: Bəs  nə  

əcəb  əvvəlcə  mənim  yanıma  gəlmədin? Mən  ona  bil-

dirdim  ki, əgər  Universitetə  qəbul  olmasaydım  Sizin-

lə  görüşməyəcəkdim. O  soruşdu: “Niyə?” Mən  də  ca-

vab  verdim  ki, elə  olsaydı, mənim  Sizə  kənddən  yaz-

dığım  məktubun  səmimiyyətinə  heç  kim  inanmazdı. 

Hiss  elədim  ki, mənim  bu  hərəkətim  onun  xoşuna  

gəlib. O,  gülümsündü  və  belə  bir  əhvalat  danışdı: 

“Günlərin  bir  günü, rayonların birindən  bizə  bir  

cavan  oğlan gəldi. O,  dibçəkdə  yetişən  bir  limon  gə-

tirmişdi. Limon  meyvə  ilə  dolu  idi. Mən  bu “hədiyyə-

dən” imtina  etmək  istədim, lakin  bu  oğlan  məni  

inandırmağa  çalışdı  ki, mən  sizin  bir  pərəstişkarınız  

kimi  gəlmişəm. Mən  ona  inandım. Bundan  təqribən  

beş-altı  gün  keçəndən  sonra  həmin  oğlan  yenə  bizə  

gəldi  və məndən  xahiş  etdi  ki, mən  bir  neçə  gündən  

sonra  Universitetə  imtahan  verəcəyəm,  çox  xahiş  

edirəm, mənə  kömək  edəsiniz. Təbii  ki,  mən  hirslən-

dim və  onun  gətirdiyi  limon  ağacını  geri  qaytardım!   

İndi, bala,  mən  sənin  səmimiyyətinə  inandım!”   

Universitetin  filologiya  fakültəsində    Bəxtiyar  

müəllim  bizə  dərs  deyirdi. Biz  fəxr  edirdik  ki, o döv-

rün  görkəmli  alimləri, o  cümlədən  Bəxtiyar  müəllim  

bizə  dərs  deyir. Onun  mühazirələri  şablon  və  trafa-

retdən, rezenyorluqdan, soyuq  pedomtizmdən, süni  

professor  ədalarından, diletantlıqdan,  əzbərçilikdən, 

soyuq  konyunkturluqdan çox-çox  uzaq  idi. Biz  onun  


BULUDXAN  XƏLİLOV 

 

––– 46 –––

  

dedikləri  həqiqətləri  udub, həzm  edə  bilirdik. O,  həm  

ürəyimizi,  həm  də beynimizi  hərəkətə  gətirir, təfəkkü-

rümüzdə, təəssüratlarımızda  ciddi  intibah  yaradır  və  

bizi boş, mənasız, çılpaq  fikir  səltənətindən  uzaqlaşdı-

rırdı.  Onun  mühazirələrini  dinləməyə  başqa  institut-

lardan  da  azad dinləyicilər  gəlirdi. Onun  fikirləri bi-

zim  beynimizə  sanki  mismarlanırdı.  Çünki o, ancaq 

həqiqəti    deyirdi. Tələbəlik illərində  Bəxtiyar  müəllim  

mənim  şeirlərimdən  xoşuna  gələnləri  çap  olunma-

sına  kömək  edirdi. 1968-ildə isə “Ulduz” jurnalında  

mənim  şeirlərim  haqqında “Uğurlu yol” da  yazdı  və  

təbii  ki,  mən  buna  çox  sevindim. O,  zaman  televizi-

yada  “Şeir  sevənlər  məclisi”  adlı  bir  veriliş  gedir-

di. O,  məni  bir  gənc  şair  kimi  televiziyaya  apardı  

və  mən  orada  bir  neçə  şeir  oxudum. Mən gizlində  

də  olsa,  fəxr  edirdim ki, həmin  məclisdə  bizim böyük  

sənətkarlarımız  Osman  Sarıvəlli, Mikayıl  Rzaquluzadə  

və  istedadlı  şairimiz  Bəxtiyar  Vahabzadənin    yanın-

da şeir  oxumuşdum. Günlər, illər  keçdi.  Mən  1969-cu  

ildə  Universiteti  bitirdim  və  təyinatla  öz  doğma  ra-

yonumuza – İsmayıllıya  təyinat  aldım.  Rayonun  Bas-

qal  kəndində  Azərbaycan  dili  və  ədəbiyyatından  dərs  

dedim. Bir  gün  B.Vahabzadədən  mənə    bir    məktub  

gəldi. O, məsləhət  görürdü ki,  mən  Bakıya gəlim  və  

aspiranturaya  imtahan  verim. Bu böyük  alicənablıq, 

qayğıkeşlik  və  humanizm  idi. Mən  Bakıya gəldim, 

aspiranturanın  qiyabi  şöbəsinə  imtahan  verib  qəbul  

oldum. Mövzu  götürdüm, işlədim, müdafiə    etdim. 

1978-ci  ildə    Bəxtiyar  müəllim  şəxsən  özü mənim  

şeirlərimdən seçib  götürdüyü  bir  balaca  kitabçalıq  

şeirləri  qovluğa  qoyub  “Gənclik”  nəşriyyatına  apar-

dı, plana  saldırdı. ... 1978-ci  ildə    mənim  kiçik  bir  


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə