Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə11/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 41 –––  

Pənah  Xəlilov  da  söhbətə  müdaxilə  edərək:  

-Firudin  müəllim, doğurdan  belədir.    Bu    uşaq  

sərbəst  mövzuda  aləm  bir  inşa  yazıbdır.  

Hər  üçünün  iştirakı  ilə  (Bəxtiyar  Vahabzadənin, 

Pənah  Xəlilovun, Firudin  Hüseynovun) Rövşəndən  

ədəbiyyat fənnindən  şifahi   imtahan  götürülür.  Yenə  

də  Rövşənə  “beş”  yazırlar.  

Növbəti  imtahan  tarix  fənnindən  olur. Rövşən  ta-

rix   fənninə    də  yaxşı  hazırlaşmasına  baxmayaraq  

qorxur  ki, birdən  aşağı  qiymət  alar,  müsabiqədən  ke-

çə  bilməz.  Yaxşı  deyiblər  ki, sən  saydığını  say,  gör  

fələk nə  sayır.  Tarix  fənnindan  olan  imtahanı – üçün-

cü  imtahanı  Xəlil  Əlimirzəyev  aparır.  Yenə  də  eyni  

qaydada  Bəxtiyar  müəllim, Pənah  müəllim  və  özlə-

rinə Firudin  müəllimi də  qoşaraq  birgə  auditoriyaya  

daxil  olurlar. Bəxtiyar  müəllim  Xəlil  Əlimirzəyevə  

ərkyana  deyir:  

-Xəlil, bu  uşaq  iki  imtahandan  “ beş ”  alıb. Sən  

də  soruş. Tarixi  yaxşı  bilir.  

 Rövşən  bilet çəkir və biletdəki  suallara  cavab  ve-

rir. Bəxtiyar  müəllim, Pənah  müəllim  və  Firudin  mü-

əllim  Xəlil  müəllimə  deyirlər  ki, di  uşağın   “beş”ini  

yaz. Beləliklə, Rövşən  üçüncü  beşi  də  alır. Dördüncü  

imtahan – xarici  dildən (ingilis dilindən) olur. Xarici  

dildən imtahanı Abdulla Qarayev aparır. Açığı Rövşə-

nin  xarici  dildən  biliyi  elə  “üç”lük  olur. Onun  xarici  

dildən “dörd”, “beş” alacaq biliyi olmur. Təbii ki, bu 

imtahan  onu  daha  çox  narahat  edir. İmtahan  başla-

yanda  Bəxtiyar   müəllim  ənənəyə  sadiq  qalaraq  

Pənah  müəllimi, Firudin  müəllimi  və  Xəlil  müəllimi  

imtahan  auditoriyasına  gətirir. Abdulla  Qarayev  nəm-




BULUDXAN  XƏLİLOV 

 

––– 42 –––

  

nüm  edir. Rövşənə yuxarı  qiymət  yazmaq  istəmir. 

Rövşənə  suallar  verir. Bəxtiyar  müəllim:  

-

 



Görürsən, uşaq bilir, nə istəyirsən? Yaz  dördünü.  

Rövşən  xarici  dil  imtahanından  “dörd”  alır. Belə-

liklə, üç  fəndən  “beş”, bir  fəndən  “dörd”  almaqla  

universitetə  daxil  olur.        



Bəxtiyar Vahabzadənin bir tələbəsinin – Ağasən 

Bədəlzadənin ürək sözlərini olduğu kimi təqdim edirik: 

“Mən  böyük  insan, böyük  şair, misilsiz  vətəndaş, 

sözün  ən  dürüst  mənasında xalq  şairi  kimi  könüllərə, 

xatirələrə, damarlarımızda  axan  qanımıza  hopan  Sə-

məd  Vurğunu  görməmişəm. Amma  şairi  Xıdır  İlyas  

kimi  insanların  dadına  çatan  bir  insan  olduğunu  

xatirələrdən  eşidəndən  sonra  ona  büt  kimi  pərəstiş  

etmişəm.  Mənim  həyatda  bu  dərəcədə sevdiyim, min-

nətdar olduğum  ikinci  şair, unudulmaz  müəllimim, us-

tadım,  ən  böyük  xeyirxahım, xalq  şairimiz  Bəxtiyar  

Vahabzadədir. Qədim  Çin  filosofu  Konfutsinin  belə  

bir  sözü var: “Dərindən  fikirləş, gör  sən  vəd  etdiklə-

rinə    əməl  edə  biləcəksənmi? Axı    vəd  eləmək  borc  

deməkdir!”  

Bu  mənada  mən  Bəxtiyar  müəllimə  bərabər  ikin-

ci  yazıçını  görməmişəm. Bu böyük  şairin, sözün  həqi-

qi  mənasında  xalq  üçün, Vətənimiz  üçün, dilimiz  

üçün  od  tutub  yanan  və  öz  idealları  haqqında  danı-

şarkən  necə  əsib-titrədiyinin də  dəfələrlə şahidi  olmu-

şam. O,  vəd  vermirdi, o, iş  görürdü. Özü demişkən  

onun yaşamağı,  həyatı  yalnız  yanmaqdan  ibarət  idi. 

Bu  şairin  yanğısı  tez alışıb,  tez  də    sönən  Benqal  

alovu  deyildi, həqiqi  Prometey  alovu idi. Televiziya  

kanallarında  Vətən, xalq  haqqında boğazından  yuxarı  

danışanların sayı-hesabı  yoxdur.  Onların  çoxunun  


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 43 –––  

“yanğısı”  efirdən  çıxana  qədərdir. Mən  fəxr  edirəm 

ki, bu  böyük  vətəndaş    şairimiz  mənim  müəllimim  

olub  və  elə  indi də  müəllimim  və  ustadımdır! Onun 

poeziyası,  əziz  xatirəsi, mənə    göstərdiyi  qayğıları, 

zəngin  olmayan  tərcümeyi-halımın  mənzərəsi  içəri-

sində  ən  gözəl, ibrətamiz  lövhələr, ən  unudulmaz  epi-

zodlardır. Sözlərim  predmetsiz  olmasın  deyə,  konkret  

faktlara  keçirəm. Mən  1960-cı illəri  həyatın, mədəniy-

yətin, poeziyanın, ümumən  insan  fəaliyyətinin  bütün  

sferalarında ən  böyük  intibah  dövrü  hesab  edirəm. 

Mən  poeziyanı  acgözlüklə oxuyurdum. Amma daha  

çox  Səməd Vurğunu  və  onunla  bir  dövrdə  yaşamış 

şair  və  nasirlərin  əsərlərini  mütaliə  edirdim. Etiraf  

edirəm  ki, Bəxtiyar  Vahabzadənin poeziyasından  az  

qala  xəbərsiz  idim.  Mən  1961-ci  ildən  1964-cü  ilin  

iyun  ayına  qədər  İsmayıllı  rayonunun  (öz  rayonu-

muzun)  Pirəbilqasım  kəndində  rus  dili  müəllimi  işlə-

mişəm (əvvəlcə    Şamaxıdakı    M.Ə.Sabir  adına  peda-

qoji  texnikumun  rus  bölməsini  bitirmişəm). Bir  gün  

müəllimlər  otağında  müasir  ədəbiyyatımızdan, poezi-

yamızdan  söz  düşdü. Məktəbimizin  direktoru,  yaxın 

qohumum  İbad  müəllim  qətiyyətlə  dedi  ki, indi  o  

şəkili  balasından  gözəl  şeir  yazan  yoxdur vəssalam! 

Mən  söhbətin  kimdən  getdiyini  soruşanda  o, təəc-

cüblə, özü də  məzəmmətedici  bir  nəzərlə  mənə  baxdı 

və  dedi: “Bəs  sən  necə  şairsən ki, o  böyük  şairi  ta-

nımırsan!”  Bu  söz  mənə  o  qədər  təsir  elədi  ki, bö-

yük  tənəffüsdə  məktəbin  kitabxanasına  qaçdım, mər-

hum  kitabxanaçımız  Məmmədşah  əmidən  B.Vahab-

zadənin kitablarından  olub-olmadığını  soruşdum. O,  

şairin  “Ceyran”  kitabını gətirdi. Kitabı  oradaca  lap  

bir  nəfəsə oxudum, Füzuli  demişkən  bu  şeirlər  məni 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə