Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə9/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 31 –––  

hamıdan yaxşısan, qəşəngsən, ağıllısan. Bununla da 

yəhudi valideyn öz övladında inam yaradır.  

Bəxtiyar Vahabzadə öz hissi, qəlbi, fikri, yaradıcı 

münasibəti olan gənclərə  həmişə üstünlük vermişdir. 

Hətta o vaxt qəbul imtahanları zamanı belə  gənclərin 

üzünə ali məktəblərin qapılarını açmağı tövsiyə edirdi. 

1971-ci ildə yazdığı “Qəbul imtahanları barədə” məqa-

ləsində  qəbulla bağlı bir sıra ciddi məsələləri qaldır-

maqla yanaşı, seçim prosesində kimlərə üstünlük veril-

məsini də diqqətlə yanaşırdı. O yazırdı: “...sərbəst möv-

zuda yazan, xırda-para səhvi də olsa, dörd səhifəlik 

vərəqə öz qəlbini qoyan, öz hisslərinin tərcümanına çe-

vrilən abituriyentlərə üstünlük verilsin. Qoy onun cüm-

lələri ütülü olmasın, hamar olmasın, məlum fikirləri 

belə  öz  sözü  ilə desin. Öz sözünü demək istedadın ilk 

əlamətləridir. Biz ali məktəbə belələrini seçməliyik”

1



Seçim prosesində öz sözü olan abituriyentlərə üstünlü-

yün verilməsini Bəxtiyar Vahabzadə  təsadüfi bir fikir 

kimi söyləmirdi. Ona görə ki, vaxtilə onun da özünə, is-

tedadına, öz fikri olmasına görə qayğı göstərilmişdi. 

Məhz o, gördüyü bu münasibəti başqalarına da, başqa-

larının həyatda özlərini təsdiq etmələrinə də əsirgəmirdi. 

O, belə hesab edirdi ki, qəbul zamanı konkret mövzuları 

yazanlara, durğu işarələrini yerli-yerində qoyanlara, or-

foqrafik səhvlər buraxmayanlara “əla” qiymət verilməsi 

düzgün deyil. Onun fikirincə, belə abituriyentlər 

oxuduqlarının əsiridirlər, onlarda yaradıcılıq qabiliyyəti 

yoxdur. Onlar oxuduqlarını dərk etmirlər, sadəcə olaraq, 

                                                            

1

  Qəbul imtahanları barədə. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s.235 


BULUDXAN  XƏLİLOV 

 

––– 32 –––

  

bir icraçı kimi öyrəndiklərini yazırlar. Bəxtiyar Vahab-

zadə belələrinin ali məktəbi qurtardıqdan sonra ən uzağı 

“pedant müəllim” olacaqlarını deyir, hətta onlar elm alə-

minə gələrsə, elmə heç bir şey əlavə edə bilməyəcəklə-

rini söyləyirdi. Ona görə ki, onlarda yaradıcılıq qabiliy-

yəti olmadığı üçün məlum olanları təkrarlamaqdan baş-

qa, bir şey görməyəcəklər. Bəxtiyar Vahabzadənin fik-

rincə, quru faktları sadalayanlar təzkirəçilərdir, onlar 

fakta yaradıcı münasibətdə ola bilmirlər, belələri öz 

sözünü deyən alimlər də olmur. 

 

 



 

 

 



Anası, atası, bacısı Ruziyyə (2-ci sırada ortada), 

xalaoğlusu Sadiq (1-ci sırada sağdan 1-ci) və 

əmioğlusu Hikmətlə (2-ci sırada soldan 1-ci). 1944 

 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 33 –––  

 

 

 

Doqquz yaşlı Bəxtıyar anası (sağdan 1-ci) və 

qohumları ilə. 1934 

 

 

 

Xalası Mina və rejissor Ə. Quliyevlə. 1970 


BULUDXAN  XƏLİLOV 

 

––– 34 –––

  

 

 

 

 

 

 

 

Qohumları ilə 

 

 

 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 35 –––  

 

 

 

 

Övladları Gülzar və İsfəndiyarla. 1964 

 

 

 

Nəvələri Bəxtiyar və Lalə ilə. 1987 

 


BULUDXAN  XƏLİLOV 

 

––– 36 –––

  

 

 

 

Dayınəvəsi Mirvari, nəvələri Adilə və  

Bəxtiyarla. 1986 

 



BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 37 –––  

Bəxtiyar Vahabzadə öz sözü olan gənclərə üstünlük 

verərək yazırdı:  “Mən Ermənistandan gələn Telli adlı 

bir gəncin sərbəst yazı  işindən danışmaq istəyirəm. 

Onun “Mənim Azərbaycanım” mövzusunda yazdığı  iş 

belə başlanır: “Mən doğma Bakımı birinci dəfə görü-

rəm. Mən bura təhsilə  gəlmişəm. Doğma vətənimdən 

qanad almağa gəlmişəm... Bizim evimiz dəmir yolunun 

kənarındadır. Vaqonlar bizim evin yanından ötüb keçir. 

Vaqonların üstünə yazılır: “Yerevan – Bakı”. Vaqonlar 

ötüb keçirdi, arxasınca baxardım. Relsləri, qollarını 

mənə doğru uzadan anamın qollarına bənzədirdim. 

Vaqonların dalınca anama doğru uçar, uçardım”

1



Bəxtiyar Vahabzadə qeyd edirdi ki, bu yazı  işinə 

qəbul zamanı dilçilərimiz aşağı qiymət vermək istəyir-

dilər. Ona görə ki, abituriyent “t” və “d” hərflərini qarışıq 

salmış (qanad əvəzinə qanat yazır), bir neçə yerdə vergül 

xətası buraxmışdı. Ancaq bu yazıda təmiz hisslər, obrazlı 

təfəkkür, ümumiləşdirmə qabiliyyəti, yaradıcılıq və s. 

vardır. Belə  gənclər gələcəkdə yaxşı  ədəbiyyatçı ola 

bilər. 


Doğrudan da, təcrübəli müəllimlərin seçimində heç 

bir yanlışlıq ola bilməz. Bəxtiyar Vahabzadənin seçimi 

də belə seçimlərdəndir. Onun haqqında söhbət açdığı 

Telli Əliyeva – Telli Pənahqızı Azərbaycan ədəbiyyatı-

nın, mədəniyyətinin təbliği sahəsində əvəzsiz xidmətləri 

olan jurnalist oldu. Telli xanım  şəxsən bu sətirlərin 

müəllifinə danışdı ki, o, abituriyent kimi ədəbiyyat fən-

nindən yazılı imtahan verərkən Bəxtiyar Vahabzadə 

                                                            

1

  Qəbul imtahanları barədə. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s.235-236 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə