Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə6/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   2   3   4   5   6   7   8   9   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 20 –––

  

faktlarla izah edirdi

1

. Qeyd edirdi ki, gənclərlə söhbət 



zamanı  məlum olur ki, dünyadakı kino ulduzlarını, 

rejissorları, müğənniləri, futbolçuları tanıyırlar, hətta 

onların tərcümeyi-hallarını da bilirlər. Ancaq dünyadakı 

siyasi, ictimai hadisələrə biganədirlər. Belə cavanlar 

bunu mədəniyyət sayırlar.  Əslində isə bu, mədəniyyət 

deyil. Bəxtiyar Vahabzadə uzaq qohumlarının birinin 

evində müşahidə etdiyi bir hadisədən çıxış edirdi. Belə 

ki, uzaq qohumu – ev sahibəsi evində Heminqueyin şə-

killərini açsa da, onun əsərlərini oxusa da, onun evində 

bir dənə də olsun Azərbaycan ədibinin, yaxud aliminin 

kitabı yoxdur. Bəxtiyar Vahabzadə yazırdı: “Burda 

N.Nərimanovun “Bahadır və Sona” povestindəki bir 

obraz yadıma düşür. Bu qız xarici ölkədə təhsil alıb bir 

neçə  əcnəbi dil bilməsi və öz dilini bilməməsi ilə  fəxr 

edir. Bu, mədəniyyətdirmi? Qətiyyən! Bu, təqliddir, bu 

mədəniyyətsizliyin ən bariz nümunəsidir.  

Belə adamlar mədəniyyəti zahirdə görürlər.  Əgər o 

qadın özünü dərk eləsəydi, onun evində Nizaminin də, 

M.F.Axundovun, C.Cabbarlının da kitabları olardı. Hö-

teni oxuyan və sevən bu qadın bilmir ki, onun pərəstiş 

etdiyi Höte Nizamini özündən qat-qat yüksək sənətkar 

hesab etmişdir”

2



Bəxtiyar Vahabzadə öyrətmək üçün sadə yollardan, 



üsullardan istifadə etməyi məqbul sayırdı. O, sadə yolla 

öyrətməyin faydasına inanır və bu yolu təbliğ edirdi. 

Görünür ki, bu da onun müəllimlik təcrübəsindən irəli 

gəlirdi.  

                                                            

1

 Borc hissi. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, Gənc-



lik, 1976,  s.294 

2

 Yenə orada. s.295 




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 21 –––  

 

Anası və bacısı Ruziyyə ilə. 1938 

 

 

X sinif şagirdi Bəxtiyar (2-ci sırada soldan 1-ci) 

məktəb yoldaşları ilə. 1942 


BULUDXAN  XƏLİLOV 

 

––– 22 –––

  

 

 

ÖYRƏTMƏYİN SADƏ YOLU 

 

İstənilən bir bilgi də, məlumat da, fikir də insan 

üçündür. Bunların hamısı insana lazımdır. Ona görə də 

insana bilgi verəndə də, məlumat verəndə də, fikir söy-

ləyəndə də sadə bir yolla, anlaşıqlı dildə, qəliz və dola-

şıq düşüncədən uzaq olmaqla işi qurmaq lazımdır. Belə 

ki, simvollarla, işarələrlə, kəsik-kəsik fikirlərlə, dolaşıq 

məntiqlə insan özünü gülünc vəziyyətə qoya  bilər. Bu 

yolla insan özü haqqında, düşüncəsi və  məntiqi barədə 

yaxşı  təsəvvür yarada bilməz. Müəllimlər, natiqlər, o 

cümlədən sənətkarlar (şairlər, yazıçılar, bəstəkarlar, 

rəssamlar və s.) məsələyə bu mövqedən yanaşmalıdırlar. 

Bəxtiyar Vahabzadə uşaqlara mətləbi anlatmaqla qə-

liz simvolların, mürəkkəb təşbehlərin  əleyhinə olmaqla 

yazır: “Biz uşağa bir mətləbi anlatmaq istəyiriksə, 

onunla qəliz simvollarla, mürəkkəb təşbehlərlə danış-

mağın nə  mənası var? Biz gərək uşaqla öz dilində, öz 

təfəkkür tərzində danışmağı bacaraq. Yalnız o zaman bi-

zim sözümüzün faydası ola bilər”

1

. Deməli, Bəxtiyar 



Vahabzadə simvolların  əleyhinə olmaqla çox haqlı idi. 

Eyni zamanda başqasını təqlid etməyi də qəbul etmirdi. 

Bununla da o, insanın fikrində, mövqeyində, idrakında 

özü olmasının tərəfdarı idi: “... biz formanı çəkmə kimi 

kənardan niyə almalıyıq? Niyə biz öz bağımızı başqa 

                                                            

1

 Adidə qeyri-adi. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.150 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 23 –––  

çayların suyu ilə sulamalıyıq? Məgər öz çaylarımızın 

suyu quruyubmu? Niyə biz başqalarını təqlid etməliyik? 

Nə həyatda, nə də sənətdə təqlid heç kəsə xeyir vermə-

mişdir. Təqlid adamı yalnız gülünc vəziyyətdə qoya 

bilər. Adam nə  qədər mahir təqlidçi olsa da, yenə bir 

yerdə  səhvə yol verəcək”

1

. Öz yolu, amalı olan müəl-



limlər həmişə xalq tərəfindən sevilib və xalqın arasında 

hörmət, nüfuz sahibi olubdur. Əsl müəllimlər sadəliyi, 

səmimiliyi və biliyi ilə xalqın qəlbində də tarixin özün-

də də yaşamışdır. Belə müəllimlər hər bir kəsin taleyin-

də olub və onun həyatının formalaşmasında mühüm rol 

oynayıbdır. Adətən  əsl müəllimlərin fikri aydın, elmi 

dərin, vicdanı isə təmiz olubdur. 

Peşəkarlara və peşəkarların fəaliyyətinə tələblər hə-

mişə yüksək səviyyədə olur. Bəziləri, o cümlədən bəzi 

müəllimlər qəsdən fikirlərini qəliz, dolaşıq ifadə etmək-

lə özü barədə yüksək rəy yaratmaq istəyir. Lakin belə-

lərinin əməli tez açıqlanır, əsl həqiqət üzə çıxır, onlar nə 

tələbələri, nə  də xalq tərəfindən sevilmir. Əsl müəllim 

odur ki, o, ən mürəkkəb anlayışları sadə bir şəkildə izah 

etsin, tələbələrinə başa salsın. Sadə bir şəkildə izah 

etməni tapmaq müəllimin əsas keyfiyyətlərindən biridir. 

Bu keyfiyyəti öz fəaliyyətində yaşadan müəllim elmdə 

olan ən böyük kəşfləri də, ixtiraları da sadə bir formada 

tələbələrinə çatdırır. Bunu bədii  şəkildə  Bəxtiyar 

Vahabzadə belə izah edir: “Elm aləmində olan kəşflər, 

ixtiralar elmi mürəkkəbləşdirir, lakin uzun axtarışlardan 

sonra tanıdığımız  şeylərin nə  qədər adi və sadə oldu-

                                                            

1

 Adidə qeyri-adi. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.150 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə