Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə3/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   2   3   4   5   6   7   8   9   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 8 –––

  

Biz Aşıq Ələsgərin şeirindən həm fikir, həm də şəkil 

gözəlliyini öyrənə bilərik”

1



Biz bəzən müasirlik pərdəsi altında ulularımızdan 

bizə miras qalmış dəyərləri öyrənmək istəmirik. Unudu-

ruq ki, xalqın ruhunu, mənəviyyatını, hikmətini öyrən-

mək onun səviyyəsini açır, kimliyini üzə  çıxarır. Həm 

də dədə- baba ənənələrini öyrənmək xalqı öyrənməkdir. 

Xalqın yaratdıqları, təcrübədən üzüağ  çıxan dəyərlər 

insana çox şey verir. Bir sözlə, xalqdan böyük müəllim 

və ustad ola bilməz. Uşaqlıqdan indiyə  qədər babaları-

mızdan, nənələrimizdən, ağsaqqallardan, ağbirçəklərdən 

eşitdiklərimizi, onların danışdıqlarını, təcrübədən çıxmış 

fikirlərini, məntiqlərini yaddaşımıza yazsaydıq, nələr 

öyrənmiş olardıq. İnsan yaşının müəyyən mərhələsində 

dərk edir ki, o, öyrənməli olacağı bir çox məsələlərdən 

heç özü də bilmədən imtina etmişdir. Uzun illər boyu 

dədə- babalarımızın öyrəndiklərini öyrənməkdən imtina 

etmək insanları doğma kökə, milli dəyərlərə sadiqlikdən 

uzaqlaşdırmışdır. Bu mənada Bəxtiyar Vahabzadə baba-

sından, nənəsindən öyrəndiklərini etiraf edir, bununla da 

gənc nəslə çatdırır ki, biz onlardan öyrənməliyik. On-

ların söylədiyi  şeirləri də, fikirləri də, hadisələri də 

uşaqlıqdan beynimizə  həkk etməliyik və bu təməl üzə-

rində inkişafımızı tapmalıyıq. 1972-ci ildə yenə də Aşıq 

Ələsgərə  həsr etdiyi “Mən aşiqəm, yasaq yoxdur dili-

mə” məqaləsində  Aşıq  Ələsgərin yaradıcılığının xalq 

ruhuna, xalq mənəviyyatına söykəndiyi və buna görə də 

ondakı hikmətin dərinliyinə  səcdə etdiyini etiraf etmiş-

                                                            

1

  Aşıq  Ələsgər. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.77 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 9 –––  

dir. Onun şeirlərindəki doğmalığı, təmizliyi xalqa bağlı-

lıqla əlaqələndirmişdir. Ona görə də xalq Aşıq Ələsgərin 

şeirlərini  əzbərdən bilmişdir. Bəxtiyar Vahabzadənin 

fikrincə, biz Aşıq Ələsgəri və eləcə də digər klassikləri 

onların yaradıcılığını  dərindən oxuyub öyrənməklə ya-

naşı, həm də xalqın dilindən ata-babalarımızın bildik-

lərindən öyrənməliyik. Çünki onlar xalqa o qədər yaxın 

ruhda yazıb-yaradıblar ki, elə bil ki, onların  şeirlərini 

xalq özü yaradıbdır. Beləliklə, Bəxtiyar Vahabzadə 

babasından öyrəndiklərini də yüksək qiymətləndirirdi. O 

yazırdı: “Bizim evimiz Şəkinin “Yuxarı – baş” məhəl-

ləsində idi. Şəhərin qurtaracağındakı ən axırıncı evlər bu 

məhəllədədir. Bizim məhəllədən sonra dağlar başlayır. 

Evimiz dağ yolunun kənarında, bir təpənin üstündədir. 

Yazbaşı qoyun sürüləri bizim evin yanından keçib dağa 

gedərdi.  İldə iki dəfə, qoyun dağa çıxanda və düşəndə 

bu yolda mərəkə qopardı. Birdən yarım saat dayanıb 

mələşə -mələşə ötən qoyun sürüsünə tamaşa edər, ləzzət 

alardıq. O zaman babamın dilindən bir bənd  şeir 

eşidərdim:  

 

Kəkotu, qırxbuğum, qaymaqçiçəyi, 



Bənövşə, qantəpər, qızlar örpəyi, 

Qoyun mələşməsi, çoban tütəyi

Çəkir uzaqlara xəyalı, yaylaq! 

 

Əlbəttə, bu bənddəki bütün sözləri başa düşürdüm. 



Kəkotunu, qırxbuğumu, qaymaqçiçəyini, bənövşəni 

görmüşdüm”

1

. Görəsən indiki uşaqlar bu sözlərin 



                                                            

1

 Mən aşiqəm, yasaq yoxdur dilimə. – Bəxtiyar Vahabzadə. Sənət-



kar və zaman. Bakı, Gənclik, 1976, s.77-78 


BULUDXAN  XƏLİLOV 

 

––– 10 –––

  

mənasını başa düşürmü?! Dilimizdə bu qəbildən olan 

yüzlərlə, minlərlə belə sözlər vardır ki, uşaqlar o söz-

lərin mənasını başa düşmürlər. Bunun bir səbəbi odur 

ki, bəzi uşaqlar xalqımızın həyat tərzindən, məişətindən, 

Azərbaycanımızın təbiətindən uzaq olduqları üçün belə 

sözləri başa düşmürlər. Bunun gələcəkdə çox böyük acı 

fəsadları ola bilər və olur da. Belə ki, bəzi uşaqlar xalq-

dan, onun mənəviyyatından, ruhundan, həyat tərzindən 

bixəbər olurlar. Belə olanda onlar klassiklərin yaradı-

cılığından, eləcə də xalq yaradıcılığından uzaq düşürlər. 

Nizamini, Nəsimini, Füzulini, Xətaini, Aşıq Ələsgəri və 

eləcə  də digərlərini, daha doğrusu, onların yaradıcılıq-

larını sevə bilmirlər. Ən başlıcası Azərbaycan təbiətini, 

onun bitkilərini, gül-çiçəyini tanımırlar. Təbiətə olan 

yadlaşmanın özü də uşaqların təbiətini dəyişir. Halbuki 

Bəxtiyar Vahabzadə deyirdi ki, o, babasının dilindən 

eşitdiyi bir bənddəki  şeirdə adı  çəkilən bütün bitkiləri 

gözləri ilə gördüyü üçün onları – sözlərin mənasını başa 

düşürdü. Ancaq bu bir bənddəki şeirdə “Xəyal” sözünü 

başa düşə bilmirmiş. O yazırdı: “Amma bu bənddəki 

“Xəyal” sözünü heç cür başa düşə bilmirdim. Maraqlı 

burasıdır ki, babamdan soruşardım, o da məni başa sala 

bilməzdi. O zaman təəccüb eləyərdim: “Kişi söz 

oxuyur, amma oxuduğu sözün mənasını özü başa 

düşmür”.  Əslində babam bu sözün mənasını başa 

düşürdü, daha doğrusu, fəhm eləyirdi, amma altı-yeddi 

yaşlı uşağa “Xəyal” sözünü başa sala bilmirdi.  

 

 

 



 

 



BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 11 –––  

 

 



 

Anası Gülzar xanım, atası Mahmud və 

dayısı Qara ilə 

 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə