Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə17/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 69 –––  

birində (IX sinifdə)  ədəbiyyat dərsinə qulaq asmışdır. 

Mövzu Zakirin həyatı ilə bağlı olmuşdur. Bu mövzunu 

şagirdlər elə cansız danışırlarmış ki, elə bil qrammafon 

danışır. Bəxtiyar Vahabzadə onu da qeyd edirdi ki, şagird 

mövzunu kitabdan əzbərləyib danışır, lakin danışdıq-

larından sual verdikdə cavab verə bilmirdi. Deməli, 

şagird mövzunu mənimsəməmiş, başa düşməmişdir. Belə 

şagirdlər indi də az deyil, onlar kitabın  əsiri olmaqla 

əzbərçiliyə üstünlük verir, lakin mövzunun mahiyyətinə

məzmununa vara bilmirlər.  

Bəxtiyar Vahabzadə Ağdam rayonunda (IX sinifdə) 

ədəbiyyat dərsini dinlədikdən sonra öz təəssüratını belə 

bölüşürdü: “Doğrusu, sinifdən çox bədbin çıxdım.  Şa-

girdlər Zakirin həyatını danışırdılar. Lakin necə? Şagird 

danışdıqca adama elə  gəlirdi ki, canlı insan deyil, 

qrammafon danışır. Şagirdlər dediklərini hiss etmir, əz-

bərlədiklərini tutuquşu kimi söyləyirlər. Burada çox 

qəribə bir əhvalatın da şahidi oldum. Müəllim kitab 

cümlələrini eyni ilə  əzbər deyən  şagirdi saxlayıb, ona 

belə bir sual verdi: - Zakir M.F.Axundova nə yazmışdı? 

Şagird nə qədər düşündüsə cavab verə bilmədi. Müəllim 

uşağa davam etməsini tapşırdı.  Şagird yenə  də eyni 

qayda ilə cümlə-cümlə kitabda yazılanları  təkrar etdi. 

Nəhayət, Zakirin M.F.Axundova yazdığı məktubdan da 

danışdı. Çox qəribədir. Bəs nə üçün sual veriləndə uşaq 

buna cavab verə bilmədi?!”

1

 Bəxtiyar Vahabzadə sonra 



öz sualına cavab axtarır və verdiyi cavab da çox dəqiq 

olur. Ona görə ki, onun özü də ali təhsil müəssisəsində 

uzun müddət Azərbaycan  ədəbiyyatı tarixini tədris et-

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 191 


BULUDXAN  XƏLİLOV 

 

––– 70 –––

  

mişdir. Həm də  təcrübə öz sözünü deyir. Bəxtiyar 

müəllimin də müəllimlik təcrübəsi onu deyir ki, əzbər-

çilik  şagirdi kitabdan asılı saxlamaqla yanaşı,  şagirdin 

müstəqilliyini də əlindən alır. Ədəbiyyat müəllimləri şa-

girdlərin əzbərçiliyinin qarşısını almaq üçün hər sözün, 

ifadənin, kəlmənin mənasını öyrətməyə çalışmalıdırlar. 

Xüsusilə  çətin sözlərin lüğətini  şagirdlərə  tərtib etdir-

məli və şagirdlərin bu yolla fəallığına nail olmalıdırlar. 

Əksər vaxtlar ədəbi-bədii  əsərlərdəki mənası  şagird 

üçün anlaşıqlı olmayan sözlər izah  olunmur, həmin söz-

lərin mətndəki mövqeyi və rolu izah olunmur. Son dövr-

lərdə klassik ədəbiyyatın tədrisində bu cür yanaşmalar, 

demək olar ki, unudulubdur. Təcrübə onu göstərir ki, 

kortəbii  şəkildə  əzbərlənmiş  şeir parçası, ya da ki 

içərisindəki çətin sözlər izah olunmamış  bədii mətnlər 

şagirdlər tərəfindən tez bir zamanda unudulur. Çünki 

kortəbii və  şüursuzluqla  əzbərlənmiş  şeir parçalarının, 

məna və  məzmunu tam anlaşılmamış  bədii mətnlərin 

içərisindən suallar verildikdə  şagird cavab verə bilmir. 

Bu mənada “Bəs nə üçün sual veriləndə  uşaq buna 

cavab verə bilmədi?! Sualına Bəxtiyar Vahabzadə belə 

bir aydınlıq gətirirdi: “Demək, əgər şagird öz dediklərini 

başa düşsəydi, əzbərləməsəydi, müəllimin sualına cavab 

verə bilərdi.  Əzbərçilik bizim şagirdlərimizi  şüursuz-

luğa, fikirsizliyə  gətirib çıxarır, bu isə çox qorxulu 

haldır.  Ədəbiyyat müəllimlərimizin birinci vəzifəsi 

əzbərçiliyə qarşı mübarizə olmalıdır”

1



Ümumiyyətlə, canlı, diri dil həmişə insanların qəlbi-



nə tez yol tapır. Standart cümlələr, quru, rəsmi sözlər, 

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 191-192 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 71 –––  

ifadələr hər bir dinləyiciyə yorucu gəlir. Ona görə də in-

san öz nitqini canlı  və diri etməlidir. Müəllim olan 

kəsdə bu keyfiyyət daha yüksək səviyyədə özünü gös-

tərməlidir.  

Bəxtiyar Vahabzadə  təcrübəli bir müəllim kimi 

müəllimin nitqinə, izahına, davranışına,  şagirddə  fənnə 

və mövzuya məhəbbət yaratmasına tələbkarlıqla yana-

şırdı. O qeyd edirdi ki, ədəbiyyat müəllimi Qasım bəy 

Zakirin lirikasını tədris edirdi. Ancaq müəllimin danışı-

ğında Zakir şeirinə məhəbbət hiss olunmurdu. O, müəl-

limin dilinə  və  işlətdiyi ifadələrə biganə qalmadan ya-

zırdı: “Müəllimin dilində də quru kitab cümlələri, rəsmi 

ibarələr bol-bol idi (“ifşa etmişdir”, “zəmanəsini satira 

atəşinə tutmuşdur”, “öz əksini tapmışdı”, “ifadə etmiş-

dir” və s. kimi). Ədəbiyyat müəllimləri birdəfəlik başa 

düşməlidirlər ki, cansız, standart, quru, rəsmi ifadə tərz-

ləri, oynaq təbiətə malik olan, varlığı həyat eşqi ilə çır-

pınan aşıqların beynini yorur. Onlara canlı həyat və can-

lı dil lazımdır!”

1

 O, mövzunun tədrisi ilə bağlı müəlli-



min qabaqcadan görəcəyi işləri də bir metodist kimi sa-

dalayırdı. Düzgün hesab edirdi ki, müəllimin özü ma-

hiyyəti dərk etməyibsə,  şagirdi necə başa sala bilər? 

İkinci bir tərəfdən sənətini və  tədris etdiyi mövzuları 

sevməyən, məhəbbətlə yanaşmayan müəllim  şagirddə 

də  məhəbbət yarada bilməz. O, tədris zamanı müxtəlif 

yollardan istifadəni məqbul sayırdı. Məsələn, o yazırdı: 

“Məlumdur ki, hələ ibtidai məktəbdə ən adi riyazi məsə-

lələri uşaqlara əyanilik prinsipi ilə öyrədirlər. “İkinin üs-

tünə iki gələndə dörd eylər” ifadəsi ayrılıqda mücərrəd-

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 192 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə