Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə15/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 62 –––

  

təqdim edir. Bu sınma  şüanın mənbəyinə uyğun gəl-

mədiyindən pedant müəllim abituriyentin cavabını səhv 

kimi başa düşür.  İmtahan götürən müəllim bu incə 

nöqtəyə xüsusi diqqət yetirməlidir”

1



İmtahan qaydalarının necə olması  məsələsi bütün 

zamanlarda ziyalıları düşündürmüşdür. Bütün zaman-

larda imtahan qaydaları ziyalıları razı salmamışdır. Bu 

mənada Bəxtiyar Vahabzadəni də imtahan qaydalarının 

bəzi məqamları qane etməmişdir. Məsələn, texniki  

fakültələrə ərizə verən abituriyentlər ixtisas fənlərindən 

yüksək qiymət alsalar da, bəzən o vaxt yazı işindən kə-

silir və ali məktəbə  qəbul olunmurdu. Bəxtiyar Vahab-

zadənin fikrincə, “Belələri haqqında ayrıca düşünmək 

lazımdır. Əks halda biz ali məktəbin qapılarını istedad-

ların üzünə qapamış olarıq. Çünki istedad norma tanı-

mır. O, ütülənmiş cümlələrlə fikrini ifadə etmir. Biz onu 

qrammatik normalar qəlibinə sala bilmərik. Çünki onun 

öz istedadına münasib öz üslubu var. Çünki o, isteda-

dının dili ilə danışır. Bunu təyin etmək isə müəllimdən 

son dərəcə həssaslıq, vaxt, səbir və hövsələ tələb edir”

2



Bəxtiyar Vahabzadə müəllimin həssaslığını  ən mü-



hüm keyfiyyət kimi, vəzifə borcu kimi dəyərləndirir. 

Doğrudan da, tələbəni bir-birindən ayırmaq, seçmək, 

fərqləndirmək üçün müəllimin məsuliyyəti böyükdür. 

Bəxtiyar Vahabzadə bu məsuliyyətdən çıxış edən bir 

müəllim kimi deyirdi: “İmtahan qəbul edən müəllim

birinci növbədə cəmiyyət qarşısında boynuna götürdüyü 

                                                            

1

  Qəbul imtahanları barədə. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s.238 

2

 Yenə orada. s.239 




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 63 –––  

vəzifənin çətinliyini dərk etməlidir”

1

. Yaxud: “Müəllim 



pedant olduqca, ali məktəb üçün seçdiyi gənclər də pe-

dant olacaq. Mən imtahan qaydalarındakı bu pedan-

tizmin əleyhinəyəm”

2



 

                                                            

1

  Qəbul imtahanları barədə. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s.237 

2

 Yenə orada. s.236 




BULUDXAN  XƏLİLOV 

 

––– 64 –––

  

 

ƏDƏBİYYATIN TƏDRİSİNƏ 

DAİR 

 

Tədris məsələsi həmişə cəmiyyətin diqqət mərkəzin-

də olmuşdur. Tədris olunan fənlərə  gəldikdə isə onlar 

müxtəlifdir. Hər bir fənnin özünəməxsusluğu vardır. 

Hər bir fənnin fərdi xüsusiyyətləri vardır. Tədris prose-

sində bunu nəzərə almaq mütləq lazımdır. Ona görə də 

fənn müəllimləri fənnin spesifik xüsusiyyətlərini duy-

maqla, hiss etməklə  tədris prosesini aparmalıdırlar. 

Konkret olaraq ədəbiyyat fənninin tədrisində  də  fənnin 

spesifik xüsusiyyətlərini nəzərə almaq vacibdir. Bəxti-

yar Vahabzadə uzun müddət Azərbaycan Dövlət 

Universitetində (indiki BDU-da) müəllim kimi fəaliyyət 

göstərdiyindən öz təcrübəsindən istifadə edərək ədəbiy-

yatın tədrisi ilə bağlı bir çox məqamları tədrislə məşğul 

olanların nəzərinə çatdırırdı. O, ədəbiyyatın tədrisi mə-

sələsində bu fənnin xalqın həyatı, mənəviyyatı  və 

ictimai varlığı ilə bağlı olduğunu qeyd edirdi. Ədəbiyyat 

elə bir fəndir ki, bu fənn gənclərimizin tərbiyəsinin və 

dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. 

Bəlkə  də  ədəbiyyat qədər gənc nəslin formalaşmasında 

təsir qüvvəsi olan ikinci bir fənn yoxdur. Bu da o səbəb-

lə bağlıdır ki, ədəbiyyatın başqasına çatma və təsiretmə 

imkanları genişdir. Uşaq dünyaya gəldiyi gündən eşitdi-

yi laylaların, nəğmələrin təsiri altında böyüyür. Sonralar 

oxuduğu bədii  əsərlərin təsiri altına düşür. Bununla da 

uşaqlıqdan başlayaraq  şagird mənsub olduğu xalqın 

ruhuna, mənəviyyatına bələd olmağa başlayır. Həmin 

ruhda və mənəviyyatda böyüyür, vətəndaş kimi yetişir. 




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 65 –––  

 Bəxtiyar Vahabzadə  ədəbiyyat fənnini xarakterizə 

etmək üçün onu digər fənlərlə müqayisə edir və  fənlə-

rin, xüsusilə ədəbiyyat fənninin fərdi cəhətlərini ədəbiy-

yat müəllimlərinə təcrübəli bir müəllim kimi izah edirdi. 

Məsələn, o yazırdı: “Şagird qrammatika fənni ilə dilin 

qanun-qaydalarını öyrənirsə,  ədəbiyyat vasitəsilə bu 

dilin nələrə qadir olduğunu, bu dilin əzəmət və böyük-

lüyünü görür, incəlik və gözəlliyinə heyran qalır”

1



Yaxud tarix və coğrafiya elmləri ilə müqayisələr 

aparmaqla  ədəbiyyat fənnini inandırıcı  şəkildə,  əyani 

olaraq xarakterizə edirdi. Məsələn, “Şagird tarix elmi va-

sitəsilə  əcdadının keçdiyi şərəfli yolları, xalqın apardığı 

mübarizəni faktlarla öyrənirsə, ədəbiyyat vasitəsilə əcda-

dının şanlı tarixini bədii lövhələrdə görür, onun keçmişi 

ilə yaşayır, bugünkü qələbələri ilə  fəxr edir. Coğrafiya 

elmi  şagirdə  Vətəninin qüdrətini, iqlimini, təbii 

sərvətlərini, iqtisadi qüdrətini rəqəmlərlə öyrədirsə,  ədə-

biyyat Vətənin mənəvi qüdrətini, mənəvi böyüklüyünü 

bədii lövhələrlə göstərir”

2

. Hər bir fənni tədris edən 



müəllim o fənnin spesifik xüsusiyyətlərini bilməklə yana-

şı, tədris prosesində onları nəzərə almağı da unutmamalı-

dır. Bu mənada ədəbiyyat fənnini tədris edən müəllimin 

də qarşısında mühüm vəzifə borcları dayanır. Həmin 

borcları dərindən dərk etməklə ədəbiyyatın tədrisini təşkil 

etmək lazımdır. Ona görə də Bəxtiyar Vahabzadə ədəbiy-

yat müəllimi necə olmalıdır, hansı keyfiyyətləri özündə 

daşımalıdır, hansı  mənəvi keyfiyyətlərə malik olmalıdır 

məsələlərinə öz mövqeyini bildirirdi. O, 1960-cı ildə 

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 190 

2

 Yenə orada.  




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə