Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə23/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 89 –––  

oxuduğu mühazirələr çox böyük praktiki əhəmiyyəti 

olan çətin məsələləri həll etməkdə bizə kömək edəcək. 

Rəsulovun bizə göstərdiyi köməyi çox yüksək qiymət-

ləndiririk və ümidvarıq ki, bu əlaqə bizim institutun mü-

təxəssislərinin gələcək işlərinə istiqamət verəcəkdir”

1



Bu gün çox istərdik ki, bizim radio və televiziyalar 



elə layihələr hazırlasınlar ki, orada elmin sahələri üzrə 

mühazirələr hazırlansın. Mühazirələri hər alim öz 

məşğul olduğu sahə ilə bağlı, o sahənin yenilikləri ilə 

bağlı söyləsin. Bu həm də elmi yeniliklərin cəmiyyətə

ən azı elm adamlarına çatdırılmasıdır. Yaxşı olmazdımı, 

bu gün Məcid Rəsulovun və bu qəbildən olan alimlərin 

mühazirələri televiziyaların və radioların fondunda 

qorunaydı?! Axı bu cür alimlər elə-belə yetişmir. 

Belələri öz sahələri ilə nəfəs alır.  

Bəxtiyar Vahabzadə  Məcid Rəsulovla olan müsa-

hibəsini xatırlayırdı. O yazırdı ki, mən ondan bir dəfə 

xəbər aldım ki, qəribə görünməsin, riyaziyyatçı ol-

mağınızın səbəbini deyə bilərsinizmi? Məcid Rəsulov:  

“- Bunun iki səbəbi var, - deyə professor sözə baş-

ladı: - Orta məktəbdə oxuduğum zaman riyaziyyat mənə 

bütün fənlərdən asan görünürdü”. Bəxtiyar Vahabzadə 

təəccüblənir ki, çox qəribədir ki, riyaziyyat asan ola 

bilərmi? Məcid Rəsulov Bəxtiyar Vahabzadəyə inan-

dırır ki, sizə  ədəbiyyat asan gəldiyi kimi, mənə  də ri-

yaziyyat asan gəlir. Sən uşaqlıqdan şeirlə  nəfəs aldığın 

kimi, mən də  rəqəmlərlə, düsturlarla nəfəs almışam. 

Məcid Rəsulov Bəxtiyar Vahabzadəyə bunu da deyir: 

“...mənim riyaziyyat aləminə  gəlməyimin ikinci səbə-

                                                            

1

 Rəqəmlərdə poeziya. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. 



Bakı, Gənclik, 1976, s.222 


BULUDXAN  XƏLİLOV 

 

––– 90 –––

  

bini də demək istəyirəm. Məşhur riyaziyyatçı 

İ.V.Veyerştras deyir ki, “Qəlbən  şair olmadan, riyaziy-

yatçı olmaq mümkün deyil”. Bu, sizə  qəribə  gəlməsin. 

Riyaziyyatçı mürəkkəb bir məsələni tamamilə yeni bir 

düstur açanda ona elə  gəlir ki, insan ayağı  dəyməyən 

qaranlıq bir meşədə  təzə bir cığır açır. Sirlər aləminə 

gedir, planetdən-planetə körpü salır. Onun qəlbi fərəh 

və sevinclə dolur. Bəlkə  də, bu hissi riyaziyyatçı 

olmayan duya bilməz”

1



Bəxtiyar Vahabzadə öz gözləri ilə gördüyü elə 



hadisələri izah edirdi ki, hər bir şagird, eləcə də hər bir 

tələbə belə müəllimləri görübdür. Məsələn, M.Ə.Sabiri 

tədris edən bir müəllimin qüsurlarını belə sadalayırdı: 

Sabirin  şeirlərini oxuyanda vəzn qaydalarına  əməl 

etmədi və şeiri qırıb tökdü, şeirlərin hikmətini uşaqlara 

başa salmadı, tutuquşu kimi kitabda yazılanları 

əzbərdən söylədi və s

2

. Hər birimiz bizə dərs deyən bu 



qəbildən olan müəllimləri görmüşük. Belə müəllimlərin 

dərsində uşaqlar dərs zamanı bir-biri ilə danışır, tez-tez 

biri digərindən saatı soruşur və  zəngin nə vaxt 

çalınacağını gözləyirlər.  

Bəxtiyar Vahabzadə  hər bir şagirdin və  tələbənin 

qarşılaşdığı bir məsələ ilə bağlı da öz münasibətini 

bildirir: “Sinifdə şagirdlərin şuluqluğundan məktəb mü-

dirinə  və sinif rəhbərinə  şikayət edən müəllim heç 

kəsdən inciməsin. Öz istedadsızlığından, öz ürəksizli-

yindən küssün! Müəllim “səs salmayın” deyə şagirdlərin 

                                                            

1

 Rəqəmlərdə poeziya. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. 



Bakı, Gənclik, 1976, s.222-223 

2

 Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.198 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 91 –––  

üstünə qışqırmamalıdır. Öz fənnini və bir müəllim kimi 

özünü  şagirdlərinə sevdirə bilmirsə, o, sadəcə olaraq

peşəkardır, sənətkar müəllim deyil”

1

. Bir sözlə, müəllim 



fənnini və  tədris etdiyi mövzunu sevməlidir, sonra isə 

şagirdlərə sevdirməlidir. Müəllim fənni və mövzunu 

sevməsə, sevdirə də bilməz.  

Bəxtiyar Vahabzadə fənnini, qarşısında oturan uşaq-

ları sevməyən müəllimlərə barışmaz idi. Onları 

cəmiyyətə fayda verməyən müəllimlər hesab edirdi. O 

yazırdı: “Təəssüf ki, bizdə elə müəllimlər var ki, nə öz 

fənnini sevir, nə  də qarşısında oturan körpə balaları. O 

öz peşəsinin fəlsəfi mənasını, xidmətinin böyüklüyünü 

dərk edə bilmir. 45 dəqiqə dərs müddətində gözü saatda, 

fikri maaş  cədvəlində olan müəllim, mənasız ötürdüyü 

dəqiqələrin ictimai mənasını, cəmiyyət üçün nə  qədər 

böyük faydalar verə biləcəyini dərk edə bilmir”

2

.  



Bəxtiyar Vahabzadə o tələbələri xoşbəxt hesab edir-

di ki, onların ağıllı  rəftarı, insanlığı yüksək səviyyədə 

olan müəllimləri olsun. İdealı olan uşaqlar xoşbəxtdir. 

Onlar böyüdükdən sonra öz müəllimlərinin gözəl əməl-

lərini gözlərinin önünə  gətirir, onları  təqlid etməyə 

çalışırlar.  

Bəxtiyar Vahabzadə  şair və müəllim ömrünü yaşa-

mış bir insan olmaqla o, hər iki sahədəki fəaliyyəti ilə 

bağlı açıq fikir söyləyirdi və yazırdı: “Mən həm şairəm, 

həm də müəllim!  Şairlikdəki qüsurlarımı  tənqidçilər 

deyir. Bu qüsurların bir çoxu mənim üzərimdə az işlə-

məyimdən, öz sənətimə lazımınca can yandırmağımdan 

                                                            

1

 Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.199 

2

 Yenə orada. s.202 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə