Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə22/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 85 –––  

 

 



(Soldan sağa: M.Həyatzadə, İ.Əliyeva,  

B.Vahabzadə, Z.Əlizadə, C.Abdullayev) 

 

 

 

 



BDU-nun filologiya fakültəsində görüş. 

B.Vahabzadə, professorlar A.Axundov, 

C.Abdullayev, F.Qasımzadə. 1995 

 


BULUDXAN  XƏLİLOV 

 

––– 86 –––

  

Düzdür, dərs deyən müəllimlərin hamısı əsl müəllim 

kimi özünü sevdirə bilmir, bu şərəfli adı qoruya bilmir. 

Belələri  şagirdlərin də, tələbələrin də yaddaşında pis 

qalır. Bəxtiyar Vahabzadə belələrini də tənqid edirdi. O, 

Hötenin belə bir fikrinə istinad edərdi: “Dərs aldığımız 

adamları haqlı olaraq müəllim adlandırırlar. Ancaq bizə 

dərs deyənlərin hamısı bu şərəfli ada layiq deyil”. Daha 

sonra davam edərək yazırdı: “Bəli, hayıf ki, müəllim 

adındakı  nəcabəti, böyüklüyü, ucalıq və  şərafəti tam 

mənada başa düşməyən,  bu sənətin mənasını tam dərk 

etməyən müəllimlər də var”

1

. Bəxtiyar Vahabzadə tanı-



dığı, bildiyi, şəxsən gördüyü müəllimlərdən yazmaqdan

onları respublika mətbuatında işıqlandırmaqdan heç 

zaman yorulmamış,  əksinə, bunu bir vətəndaşlıq 

missiyası kimi özünə borc hesab etmişdir. Bu mənada 

1967-ci ildə yazdığı “Rəqəmlərdə poeziya” məqaləsində 

riyaziyyat aləmində görkəmli alimlərdən biri olan 

Məcid Rəsulovdan bəhs etmişdir

2

. Onun kimliyini, el-



mi-pedaqoji fəaliyyətini geniş ictimaiyyətə çatdırır, 

örnək olan bu cür müəllim ömrünü və fəaliyyətini təbliğ 

edirdi. Yazdığı məqalədə Məcid Rəsulovun həyatından, 

fəaliyyətindən verdiyi fraqmentlər  əsasında oxucuda 

böyük bir təəssürat yaradırdı. Oxucu Məcid Rəsulovun 

həyat yolundan yaxşı mənada öyrənirdi. Belə ki, o, beş 

illik orduda xidmətindən sonra – 1948-ci ildə Lvova 

getmiş, professor Y.B.Lopatinskinin rəhbərliyi altında 

“Çıxıqlar üsulunun bəzi tədqiqləri” mövzusunda disser-

                                                            

1

 Mir Cəlal. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.198 

2

 Rəqəmlərdə poeziya. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. 



Bakı, Gənclik, 1976, s.219-223 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 87 –––  

tasiya müdafiə etmişdir. Müdafiədən sonra Bakıya 

qayıtmış, beş il o vaxtkı S.M.Kirov adına Azərbaycan 

Dövlət Universitetinin (indiki BDU-nun) Riyazi analiz 

kafedrasının dosenti olmuşdur. 1953-cü ildə yenidən 

Lvova getmiş  və 1960-cı ilə  qədər orada diferensial 

tənliklər kafedrasında dosent vəzifəsində  işləmişdir. 

1960-cı ildə Moskvada Steklov adına Riyaziyyat 

İnstitutunun elmi şurasında “Qarışıq məsələlərin həlli 

üçün çıxıqlar üsulu” mövzusunda doktorluq disserta-

siyası müdafiə etmişdir. Müdafiədən sonra Azərbaycan 

Dövlət Universitetinə (indiki BDU-ya) qayıtmış  və o 

vaxtdan burada “Riyazi fizika tənlikləri” kafedrasına 

rəhbərlik etmişdir. Yaxşı deyiblər ki, elm Çində olsa da, 

onun arxasına düşüb getmək lazımdır. Məcid Rəsulov 

da elmin arxasınca getmiş, onun dərinliklərini öyrən-

mişdir. O, professor kimi pedaqoji fəaliyyəti ilə yanaşı 

gənc riyaziyyatçıların hazırlanmasında da böyük 

xidmətləri olmuşdur. O, istedadlı riyaziyyatçılar yetir-

mişdir. Onlardan biri AMEA-nın müxbir üzvü, əməkdar 

elm xadimi, fizika-riyaziyyat üzrə elmlər doktoru Yusif 

Məmmədovdur. O, Azərbaycan Dövlət Pedaqoji Uni-

versitetinin rektorudur. Söhbət ondan gedir ki, Məcid 

müəllim bu kimi adamları elmə gətirməklə yenə də elmə 

xidmət etmişdir. Onun onlarla belə tələbələri olmuşdur. 

Yadımdadır, Yusif Məmmədov Məcid müəllimdən hə-

mişə ağızdolusu danışır, onu təkcə görkəmli riyaziyyatçı 

kimi deyil, həm də  tələbənin, gənclərin, istedadlı 

adamların himayəçisi kimi xatırlayır.  Şirin xatirələr 

kimi qeyd edir ki, o, universiteti bitirdikdən sonra 

Məcid müəllim onu yanına salıb rektorun yanına aparıb. 

Bir müddət söhbətdən sonra Məcid müəllim rektorun 

otağında qalıb, o, otaqdan çıxıb Məcid müəllimi gözlə-

məli olub. Məcid müəllim çox əsəbi halda rektorun 




BULUDXAN  XƏLİLOV 

 

––– 88 –––

  

otağından çıxıb. Ümumiyyətlə, Məcid müəllim xarak-

tercə qaraqabaq, sərt bir adam olub. Bunun müqabilində 

çox xeyirxah və qayğıkeşliyi ilə çoxlarından fərqlə-

nibdir. Nə isə...Yusif  müəllim ürək eləməyib Məcid 

müəllimə yaxınlaşmağı. Səhəri gün bilib ki, Məcid 

müəllim onun universitetdə  gənc mütəxəssis kimi 

saxlanılmasına nail olubdur.  

Məcid müəllimin onlarla tələbəsi də bu cür qayğını 

və xeyirxahlığı görmüşdür.  

İndi dövr də  dəyişibdir. Belə ki, istedadlı  tələbəni 

seçib götürmək işində müəyyən çətinliklər var. İstedadlı 

bir tələbə magistraturaya sənəd verməlidir. Bu zaman o, 

ayrı bir ali məktəbin magistraturasına qəbul ola bilər. 

Bununla da onun istedadını qiymətləndirmək istəyən, 

müəllimdən ayrı düşə bilər Tamam yeni bir rəhbərlə 

qarşılaşa bilər. Bu da istedadın yetişməsi işində xeyli 

maneədir. Hələ onu da qeyd edək ki, sonradan dokto-

rantura pilləsi, ora qəbul, qarşıya çıxan maneələr, bəzən 

istəmədiyi elmi rəhbərin doktoranta rəhbər təyin 

olunması və sair, və ilaxır.  

Keçmişdə “Bilik” cəmiyyətinin xətti ilə alimlər mü-

hazirələr oxuyur, elm aləminin yenilikləri ilə dinlə-

yiciləri maarifləndirirdilər. Belə ki mühazirələri Ümum-

ittifaq “Bilik” cəmiyyətinin salonunda dəfələrlə  Məcid 

Rəsulov da oxumuşdur. O, “Riyazi fizika məsələlərinin 

çıxıqlar üsulu ilə həlli” mövusunda söylədiyi mühazirə-

lərlə  ağsaçlı alimləri, təcrübəli mühəndisləri, texnikləri 

heyran etmişdir. Onun Ümumittifaq Cərəyan Mənbələri 

Elmi-Tədqiqat  İnstitutunda oxuduğu mühazirəni həmin 

institutun direktoru M.S.Liderenko belə qiymətlən-

dirmişdir: “Bizim institut professor Rəsulova və Azər-

baycan Universitetinə öz dərin minnətdarlığını bildi-

rərək qeyd edirdi: yaratdığı üsullar haqqında Rəsulovun 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə