Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə18/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 72 –––

  

dir və müəllim bu dil ilə uşağa istədiyi fikri, riyazi həlli 

başa sala bilməz. Bunun üçün “mənim iki karandaşım 

var, sənin də iki karandaşın var, mən öz karandaşlarımı 

sənə bağışlayıram”, - deyə müəllim öz karandaşlarını 

şagirdin karandaşlarının üstünə qoyur və sözünə davam 

edir: - İndi say görək sənin neçə karandaşın oldu? 

Bu, tədrisdə tamamilə doğru yoldur”

1

. Bəxtiyar Va-



habzadə təkcə dərsliyin əlində aciz qalmağın əleyhinə ol-

muşdur. Hər  şeydən  əvvəl, müəllim dərsliyin qulu 

olmamalıdır.  

Məsələn,  ədəbiyyat müəllimləri  şair və yazıçının 

yaradıcılığı ilə bağlı əlavə kitablardan istifadə etməlidir. 

Bəxtiyar Vahabzadə Zakirin lirikasını keçən müəllimin 

simasında qeyd edirdi ki, müəllim dərslikdən  əlavə 

şairin kitabını alıb mütaliə etsəydi, onda Zakirin böyük-

lüyünü dərslikdəki bir-iki cümlə ilə deyil, geniş  və 

maraqlı izah edə bilərdi. “Məgər pismi olardı ki, 

əyanilik üçün müəllim Zakirin “Müntəxəbat” kitabında 

olmayan və özünün ən gözəl hesab etdiyi şeirlərdən biri-

sini oxuyaydı, onu misra-misra uşaqlara izah edəydi, 

klassik şeirimizin gözəlliyini açıb göstərəydi”

2

.  


Bəxtiyar Vahabzadə dərsliklərdəki nöqsanlara da bi-

ganə qalmırdı. Belə hesab edirdi ki, yaradıcılığın ma-

hiyyəti duyğuların, hisslərin həyatiliyində, incəliyində 

və yazıçının,  şairin sənətkarlığındadır. Odur ki, sənət-

karlıq məsələlərinin dərsliklərdə nöqsanlı olmasını qeyd 

edirdi. Və ümumiyyətlə, dərslikdəki nöqsanları, dərslik 

müəlliflərinin bu işi hələ  də  həll etməmələrini tənqid 

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 192 

2

 Yenə orada. s. 193 




BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 73 –––  

edirdi. O yazırdı: “Bu işdə müəllimlərimizdən ən əvvəl, 

günahkar dərslik yazan müəlliflərdir. Demək lazımdır 

ki, bizim ədəbiyyat dərsliklərimiz çox cansıxıcıdır. Biz-

cə, ədəbiyyat dərsliklərindəki nöqsanlardan geniş şəkil-

də danışıb bunu birdəfəlik həll etməyin vaxtı çoxdan gə-

lib çatmışdır. Ədəbiyyat dərsliklərində klassik sənətkar-

larımızın yaradıcılığı  əsasən birtərəfli, yalnız sosioloji 

baxımdan izah olunur. Şairin sənətkarlığından, onun 

bədii sözdən istifadə etmək bacarığından, ümumən bədii 

sözün nələrə qadir olduğundan qətiyyən danışılımır”

1



Bəxtiyar Vahabzadənin bu mövqeyi indi də dərslik-

lərimizdə, təbii ki, ədəbiyyat dərsliklərində hökm sür-

məkdədir. Bu qüsurlar indiyə  qədər dərslik müəllifləri 

tərəfindən nədən qaldırılmır. Görünür ki, ədəbiyyat 

dərsliklərindəki belə qüsurlar dərsliklərimizdə tarixən 

dərin kök salmışdır. Ona görə  də az qala ənənə halını 

almış bu qüsurlardan yaxa qurtarmaq olmur. Təsadüfi 

deyil ki, Bəxtiyar Vahabzadə belə qüsurların vaxtilə 

Səməd Vurğun tərəfindən tənqid olunduğunu da qeyd 

etməklə həqiqəti bir daha təsdiqləyirdi. O yazırdı: “Hələ 

1944-cü ildə  mərhum  şairimiz Səməd Vurğun “Balala-

rımız üçün gözəl  əsərlər yaradaq”adlı  məqaləsində bu 

məsələyə çox ciddi toxunmuş, uşaqlar üçün yazılan 

əsərlərin bədii cəhətdən çox sönük olduğunu ürək ağrısı 

ilə qeyd etmişdi. Məsələn, Səməd Vurğun dərsliyə 

salınan aşağıdakı şeiri misal gətirmişdi: 

 

 

 



 

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 193 


BULUDXAN  XƏLİLOV 

 

––– 74 –––

  

Neftdən olur yağ, benzin,  

Neftdən olur kerosin, 

Bütün avtomobillər  

Benzinlə yol gedirlər. 

Traktor kerosindən, 

Təyyarə də benzindən  

Qüvvət alır, güc alır.  

 

Bu misaldan sonra şair göstərirdi ki, bunu yazan 



şairdə  və  dərsliyə salan müəllifdə insaf yoxdur. Onlar 

cansız və qansız rəqəmləri, zövqsüz, quru nəzmləri 

uşaqlarımıza əzbərlədirlər”

1



Dərsliklərə salınan bədii əsərlərin ideyası, qayəsi və 

məfkurəsi ilə yanaşı, bədii cəhətləri də  nəzərə alınma-

lıdır. Bədii cəhətdən  əsrlər elə olmalıdır ki, onlar 

uşaqlarda  ən gözəl duyğular, hisslər yaratmalıdır. Eyni 

zamanda uşaqlarda bədii zövqü formalaşdırmalıdır. Bu, 

vacib bir məsələdir. Ona görə vacibdir ki, biz vətəndaş 

hazırlayırıq. Vətəndaşın isə  təmiz hissləri, duyğuları 

olmalı və onlarda bədii təfəkkür tərbiyə edilməlidir. Be-

lə ki, vətəndaş  təmiz hisslərə, duyğulara malik olma-

yanda, bədii zövqü formalaşmayanda quru, rəsmi olur

onunla söhbət cansıxıcı və yorucu təsir bağışlayır. Məhz 

Bəxtiyar Vahabzadə  məsələlərə metodist kimi yanaşır, 

hətta bu istiqamətdə çap olunmuş  məqalələrə istinad 

edirdi. Fikir verin: “Bizcə, dərsliklərə salınan  əsərlər 

yalnız məfkurəvi baxımdan deyil, bədii cəhətdən də 

düşünülməli,  ən gözəl,  ən təmiz duyğular tərənnüm 

edən, özü də yaxşı  tərənnüm edən  əsərləri dərsliyə 

                                                            

1

  Ədəbiyyatın tədrisinə dair. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s. 193 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə