Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə21/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

BULUDXAN  XƏLİLOV 

 

––– 82 –––

  

məhəbbətdən irəli gələrək onun tədris etdiyi fənni daha 

mükəmməl öyrənir. Belə olanda bəzən insan tərəddüddə 

olur ki, görəsən fənni özü sevmiş, yoxsa fənn müəllimi 

sevdirmişdir. Necə ki Bəxtiyar Vahabzadə düşünürdü. O 

qeyd edirdi ki, uşaqlıqdan musiqini, şeiri sevmişdir. 

Ancaq o hələ  də bilmir ki, ədəbiyyata olan sevgi onun 

üzündəndir, yoxsa müəllimi sevdirmişdir? Xüsusilə o, 

ədəbiyyat müəllimi  İbrahim Cəfərdən (filoloq Əkrəm 

Cəfərin qardaşı) o qədər ürəkdolusu bəhs edirdi ki, 

şagirdin müəllimə olan məhəbbətinin ən bariz nümunəsi 

kimi buna heç cür adi yanaşmaq olmur. Bəxtiyar 

Vahabzadə İbrahim Cəfər müəllimin xatirəsinə 1967-ci 

ildə  həsr etdiyi “Müəllim!” məqaləsində yazırdı: “Axı, 

mənim çox gözəl ədəbiyyat müəllimim olmuşdur. Mənə 

ilk dəfə dünyanın  ən böyük dahilərini, Homeri, Niza-

mini, Tolstoyu, Şekspiri, Füzulini, Sabiri o tanıtdırmış, 

o sevdirmişdir.  İbrahim Cəfər! (Filoloq Əkrəm Cəfərin 

qardaşı) Bu ad mənə həmişə yuxarıda adlarını çəkdiyim 

dahilər qədər əziz və böyükdür”

1



Bəxtiyar Vahabzadə İbrahim Cəfər müəllimin müəl-



limə xas olan keyfiyyətlərindən danışır və onları örnək 

nümunələr kimi gələcək nəslə çatdırırdı. Onun danışı-

ğındakı təbiiliyi və səmimiliyi yüksək qiymətləndirirdi. 

Belə hesab edirdi ki, İbrahim Cəfər müəllim hansı 

sahədən danışırdısa, o sahənin peşəkarı kimi danışırdı: 

şeirdən danışanda  şair kimi, nəsrdən danışanda nasir 

kimi, tarixdən danışanda tarixçi kimi. Məsələn, İbrahim 

Cəfər müəllimin Məhəmməd Hadini tədris etməsi ilə 

                                                            

1

 Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.197 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 83 –––  

bağlı yazırdı: “Yadımdadır, bir dəfə o bizə Məhəmməd 

Hadini keçirdi. O, elə danışırdı ki, biz Bakı küçələrində 

öz  şeirlərini satan bədbəxt Hadinin özünü görürdük. 

“Şair öldü, bu gün belə onun məzarı bizə məlum deyil” 

– dediyi zaman o kövrəldi, səsi titrədi, qırıldı. Biz onun 

bu zaman nələr keçirdiyini hiss edirdik. Danışan onun 

dodaqları deyildi, ürəyi idi. Bizim qarşımızda o, 

Hadinin faciəsini yaşayır,  Hadi  kimi  vətən və xalq 

eşqilə yanıb-yaxılırdı”

1

.  


Mənim də yadıma professor Fərhad Fərhadovun mü-

hazirələri düşür. Yadımdadır, o, “Qədim və orta əsrlər 

Azərbaycan  ədəbiyyatı” fənnindən mühazirə söyləyər-

kən fənni də, mövzunu da, özünü də tələbəyə sevdirə bi-

lirdi. “Leyli və Məcnun”dan danışanda elə canlı, təsirli, 

həyati danışırdı ki, həm özü ağlayırdı, həm də auditori-

yadakı tələbələri ağladırdı. Leylinin və Məcnunun faciə-

si, onların taleyi auditoriyada hamını  ağladırdı. Buna 

prof. Fərhad Fərhadov həm biliyi, həm biliyini tələbəyə 

canlı  şəkildə çatdırmaq qabiliyyəti, həm də ürəkdən, 

şövqlə, məhəbbətlə  dərs deməsi ilə nail olurdu. Belə 

müəllimlərin hər bir zaman xatirəsi  əziz olur, onları 

tələbələri unutmur. Ona görə ki, onlar tələbələrinin qəl-

binə elə bir toxum səpirlər ki, o toxum həmişə  təzə  və 

təravətli qalır. Bəxtiyar Vahabzadənin dediyi kimi “Bəl-

kə də mənim qəlbimə ilk ilham toxumlarını o (İbrahim 

Cəfər – B.X.) səpmişdir. Mən bu gün universitetdə dərs 

                                                            

1

 Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.197-198 


BULUDXAN  XƏLİLOV 

 

––– 84 –––

  

dediyim zaman özümdən asılı olmayaraq İbrahim Cə-

fəri, onun danışıq tərzini, hərəkətlərini təqlid edirəm”

1

.  



Bəxtiyar Vahabzadə 1968-ci ildə yazdığı “Mir Cə-

lal” məqaləsində onun nəsrimizin görkməli nümayən-

dəsi kimi yaradıcılıq yolundan bəhs etməklə yanaşı, 

müəllimliyinə  də yüksək qiymət verirdi. Məqalə Mir 

Cəlalın anadan olmasının 60 illiyi münasibətilə Bəxtiyar 

Vahabzadənin ürəkdən keçən bütün səmimi duyğularını 

əks etdirir. O yazır: “Görkəmli alim, 35 ilə yaxındır ki, 

Azərbaycan Dövlət Universitetində (indiki BDU-da – 

B.X.) çalışır. Onlarla elmi işçinin yetişməsində böyük 

əmək sərf etmişdir. Hazırda müxtəlif elmi müəssisələrdə 

çalışan alimlər Mir Cəlalın tələbələri olmuşlar.  Əziz 

Mirəhmədov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Kamran 

Dadaşoğlu, Məsud  Əlioğlu, Təhsin Mütəllibov, Xalid 

Əlimirzəyev, Firudin Hüseynov və başqaları, eyni za-

manda bu sətirlərin müəllifi də (Bəxtiyar Vahabzadə 

özünü nəzərdə tutur – B.X.) Mir Cəlal müəllimə borclu-

dur”

2

. Doğrudan da, Mir Cəlal müəllim bir nasir kimi 



ədəbiyyatımızın, bir ədəbiyyatşünas kimi ədəbiyyatşü-

naslığımızın inkişafında böyük rol oynamışdır. Eyni za-

manda onun adları çəkilən tələbələrinin də bir müəllim 

və ədəbiyyatşünas kimi xidmətləri danılmazdır. Təsadü-

fi deyil ki, onların hər biri Mir Cəlalın alim və müəllim 

müqəddəsliyindən həmişə ağızdolusu danışmışlar.  

 

                                                            



1

 Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 

Gənclik, 1976, s.198 

2

 Mir Cəlal. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.118 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə