Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   2   3   4   5   6   7   8   9   ...   42

 

 

14



Dövlətlilər, pullular, milyanlılar, 

Tirboyunlar, şişqarınlar, çanlılar, 

Qurban kəsir xəlilüllah eşqinə,  

Fağır-füqur gəzir allah eşqinə. (M.Ə.Sabir) 

S.Vurğunun, S.Rüstəmin, R.Rza, O.Sarıvəlli və b. 

şairlərin yaradıcılıqlarının ilk dövründə yazdığı  şeirlər yeni 

ictimai quruluşda, yeni həyat quran Azərbaycan xalqının 

1920-30 və 40-50-ci illərdəki gerçəkliklərini, həyat tərzini 

öyrənmək üçün ən qiymətli ədəbi mənbə hesab oluna bilər. 



Yüz il qələm çalsam gözəl hüsnünə, 

Doyarmı eşqindən sadiq bir ürək? 

Alqış bu dövrana, alqış bu günə, 

Gəl əziz bayramım, bir də öpüşək!  

(S.Vurğun) 

 

Mən bir yüksəlişin sevdasındayam, 

Siniflər döyüşü dünyasındayam.  

(M.Müşfiq) 

 

İş bizə çox şeylər qandıracaqdır, 

Ölkəmiz cənnəti andıracaqdır. 

Ellər yüksəlişin al çırağını, 

Ey Kür, sahilində yandıracaqdır!  

(M.Müşfiq) 

 

Bəli, «Avrora»dan Qış sarayına 

Tüşlanan topları biz atmalıyıq. 

Vaxtında biz yetib el harayına,  

Bütün yer üzünü oyatmalıyıq!  

(Ə.Cəmil)  

 

 



15

 

Lirika üçün əsas şərtlərdən biri də budur ki, burada təsvir 



və tərənnüm daha təsirli, emosional bir şəkildə verilir. Lirik 

əsərlərdə insanlar arasında münasibətlərin, onların 

hərəkətlərinin təsviri o qədər də böyük rol oynamır, ya da 

bunlara heç yer verilmir. Lirik tərənnüm hər hansı bir 

hadisənin geniş  təsvirinə imkan vermir. Onun lirik şeirdə 

demək istədiyini ya müəyyən məqsədlə  işlətdiyi sözlərdən 

aydın etmək olar, ya da onun təsvir etdiyi şərait, müraciətinin 

ünvanı mücərrəd, anlaşılmaz olaraq qalır. Bu cəhət də lirik 

şeirin bir səciyyəvi xüsusiyyətidir. Dediyimiz kimi, lirik 

əsərlərdə poetik sözün üzərinə böyük bədii yük düşür. Bu 

əsərlərdə fikir, səs, ritm, intonasiya elementəlrindən fəal 

şəkildə istifadə olunur. Burada hər  şeyin öz yeri, rolu var. 

Lirik  əsərlərdə edilən pauza da poetik ideyanın ifadə 

vasitəsinə xidmət edir. Lirikanın təsir qüvvəsi, hər  şeydən 

əvvəl, onun bədii məzmunu ilə təyin olunur. İnsanın fikir və 

hissləri bu məzmuna köçürülür. Həqiqi şairlərin yaradıcılığı 

həmişə dərin məzmun daşımışdır. M.Füzulinin, İ.Nəsiminin, 

S.Vurğunun, R.Rza kimi şairlərin lirik əsərlərinin bədii 

məzmunu oxucunu həmişə düşünməyə, hisslərlə yaşamağa 

çağırmışdır. Onların  şeirlərində verilən hiss, həyəcanlar in-

sanların qəlbində hiss və həyəcan yaratmışdır.  

Çarxını qurduqca dövranın əli  

Bəzən ağlar olur, bəzən gülməli… 

İnsanın ən böyük eşqi, əməli  

Bəzən aslan kimi çırpınır darda,  

Bəzən də qərq olur fırtınalarda…  

(S.Vurğun)  

 



 

 

16



Lirikada bədii dərketmənin ən başlıca obyekti lirik əsəri 

yaradan müəllifin özünün xarakteri, onun ən  əvvəl daxili 

aləmi,  əhvali-ruhiyyəsi və  həyata olan emosional 

münasibətidir. Bu baxımdan, estetiklər, 

ədəbiyyat 

nəzəriyyəçiləri lirikanı doğru olaraq ekspressiv sənətlə, 

xüsusilə  də musiqiyə yaxın hesab edirlər. Alman 

nəzəriyyəçisi və filosofu Şellinq yazırdı ki, «Lirikada və hər 

bir musiqi əsərində bir ton olur, bu da əsas olaraq hisslərin 

tonudur». 

Lirik sənətkar öz əsərində  həm özünün şəxsi hiss-hə-

yəcanlarını, həm də başqalarının yaşantılarını,  əhvali-

ruhiyyəsini verə bilər. Təsadüfi deyildir ki, lirik şairin daha 

çox öz daxili aləminin, hiss-həyəcanlarının tərənnüm olun-

duğu  şeirlərə müəllifin fərdi-psixoloji aləmindən bəhs edən 

avtopsixoloji şeirlər deyilir. 



Ağzı xeyir sözlüm, incimə məndən, 

Yar yardan ayrılmaz, bülbül çəməndən. 

Demə ki, düşmüşdür saçlarıma dən, 

Ürək qocalmayır, ürəyim sənsən. 

 

Mən qul olmamışam şöhrətə, ada, 

Sənsiz yaşamayım bir gün dünyada. 

Gözəllər, cananlar min-min olsa da, 

Mənim bu dünyada mələyim sənsən.  

(S.Vurğun)  

 

Həsrətlər içində ana həsrəti, 

Çəkəm, ya çəkməyəm bu əziyyəti. 

Qəlbimə min qəlbin qəmi, möhnəti 

Gözümə göz yaşı düşdü dünyadan…  

 

 



17

(H.Arif)  

 

Bədii yaradıcılığın bir hissəsi kimi lirik yaradıcılıq 



əsasən psixoloji səciyyə daşıyır. Bu tərzdə yazılmış  şeirlər 

lirik qəhrəmanın və lirik sənətkarın hisslərinin, daxili-

psixoloji aləminin dərkində  mənimsənilməsində mühüm rol 

oynayır. Alman şairi  İ.Bexerin dediyi kimi, lirik şair öz-

özünü ifadə edən bir insandır. O özü öz lirikasının 

qəhrəmanıdır. S.Vurğun, B.Vahabzadə, F.Qoca, N.Həsənza-

də kimi lirik şairlərin yaradıcılığına bu baxımdan yanaşmaq 

olar. 


Ey əziz oxucum, ey əziz insan! 

Uşaqlıq nə qədər gülünc olsa da, 

Könül ayrılmayır duyğularından, 

Onları arabir gətirir yada, 

Uşaqlıq nə qədər gülünc olsa da.  

(S.Vurğun)  

 

Hər tərəfdə quran toy-busat mənəm, 

Ulduzlarla edən ixtilat mənəm. 

Mənim azadlığım qucağa sıxmaz, 

Yer mənəm, göy mənəm, kainat mənəm!  

(M.Müşfiq)  

 

Lirik  əsərlərdə  şairin  şəxsi hiss, həyəcanlarının təsviri 



real həyatda insanın öz hisslərini ifadə etməsindən fərqlənir. 

Lirik təsvir və tərənnüm şairin həyatdakı yaşantılarının mex-

aniki köçürülməsi deyildir. Doğru deyildiyi kimi, lirika şairin 

real həyatda keçirdiyi hisslərin stenoqramması ola bilməz.  

Lirik şair keçirdiyi hiss-həyəcanların hamısını əks etdir-



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə