Microsoft Word Baba -edebiyyatda lirik nov doc



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix16.08.2018
ölçüsü0,89 Mb.
#63610
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

 

 

32



dilindən kəskin surətdə fərqlənərək, hər bir misranın ölçüsü 

və misradaxili bölgüsü simmetrik şəkildə olur. Bu isə o 

deməkdir ki, şeirin birinci misrasında neçə heca vardısa və 

daxili pauza neçənci hecaya düşmüşdürsə, sonra gələn misra-

larda da ölçü və bölgü həmin qayda ilə davam edəcəkdir. 

Ritm, sözün bədii ifadəliliyini qüvvətləndirmək üçün 

rəngarəng üsul və vasitələrdən istifadə, daxili fasilələrin pro-

porsionallığı, sözlərin seçilməsi, təkrarı  və s. şeirin və  şeir 

dilinin əsas xüsususiyyətlərindən biridir. 

Şeirdə ahəng, ölçü, bölgü, qafiyə kimi şərtlər xalq şeiri 

nümunələrində də çox güclü olmuşdur. 

Əziziyəm, dar gəlir, 

Köynək mənə dar gəlir. 

Bala dərdi çəkməkdən, 

Saçlarıma qar gəlir. 

 

Bu bayatıda  şeir dilinin bütün texniki tələblərinə  əməl 



olunmuşdur. Qafiyə, ölçü, bölgü, ritm öz qaydasındadır. 

Lakin burada poetik məna, məzmun da diqqəti xüsusi olaraq 

cəlb edir. Xalq təfəkküründən süzülüb gələn bu bayatıda, öz 

doğma balasını itirmiş bir ananın ah-naləsi verilir. Saçları 

ağarmış ana oğul dərdinə tab gətirmir, ağı deyib ağlayır, göz 

yaşı tökür. Qarşımızda oğlunu itirib dərdə dözməyən, qəm-

qüssədən saçları qar kimi ağaran ananın obrazı canlanır. 

Başqa bir bayatıda təsvir olunan hadisə daha təsirlidir. 

Sanki aşağıda verdiyimiz bayatıda baş verən hadisə 

yuxarıdakı bayatıda təsvir olunan bayatının mövzusundan 

əvvəl baş vermişdir. Bu bayatı artıq oğulun dilindən verilir. 

Mən aşiq dolu düşər, 

Göy gurlar, dolu düşər. 

 

 



33

Qəbrim yol üstə qazın, 

Anamın yolu düşər. 

Bəlkə  də bu igid oğul yuxarıdakı bayatıda bala dərdi 

çəkməkdən saçları qar kimi ağaran dərdli ananın oğludur. 

Göründüyü kimi, dörd misradan ibarət bu bayatı emosional 

təsir gücünə malik olub, insanda qəmli  əhvali-ruhiyyə 

yaradır. Bayatıda d, g, y, o, ü səsləri ilə alliterasiya və 

assonans baş vermiş və bu da şeirin ahənginə, musiqililiyinə 

təsir göstərmişdir.  

Bizi  əhatə edən təbiətin, gerçəkliyin min bir aləmi, 

özünəməxsus sirləri var. Adi adamlardan fərqli olaraq şairlər 

baş verənlərə soyuqqanlı yanaşa bilmir və ona emosional 

münasibət bəsləyirlər. Sanki həqiqi  şair adi insanın, kütləvi 

oxucunun görə bilmədiyini bədii mikroskopda böyüdür, 

inandırıcılıqla oxuculara çatdırır. Yalnız bu zaman həqiqi 

sənət nümunəsi kimi şeir öz bədii-estetik və  dərketmə 

funksiyasını yerinə yetirir. 



Təbiətin könül açan,  

Min rəngi, min səsi var.  

Hər ürəyin min arzusu,  

Min səsli nəğməsi var.  

 

Bu arzular, bu nəğmələr,  



Bu səslər bir saz kimi.  

Mənim solğun sözlərimdə  

Heç dil aça bildimi?  

(B.Vahabzadə)  

 

Göründüyü kimi, şeir parçasında sözlər sırasına, 



ahənginə, mənasına görə  sənətkarlıqla seçilmişdir. Sanki 


 

 

34



şairin “könül açan” arzuları, təbiətin “min rəngi”, “min səsi” 

sözlərin poetik-estetik enercisi ilə “min səsli nəğmə”yə çev-

rilir.  Şeirdə  səslər nəğmələşir, lirik şairin poetik “mən”inin 

daxilində gizlənən sirlər, səslər sözlərin vasitəsilə  şair 

qəlbinin nəğməsinə çevrilir, sözlərin həzin melodiyası saz 

kimi səslənir, “dil açıb” danışır. 

H.Arifin “Necə varsınız”  şeirində isə varlığa  şairanə 

münasibət tamamilə başqadır. Bu şeirdə  təbiətin  əsrarəngiz 

gözəllikləri, təbiət hadisələri bədii sözün köməyi ilə oxucuda 

assosiativ hisslər, duyğular oyadır. 



A çəmən naxışın həmən naxışdır, 

A bulud axışın həmən axışdır. 

A şimşək çaxışın həmən çaxışdır, 

Belə yarandınız, belə varsınız. 

 

Şair burada eyni sözlərin morfoloji dəyişikliyi yolu ilə 



ikiqat qafiyə yaratmışdır. Eyni sözlər həm misradaxili 

bölümdə, həm də sonda uğurlu bir şəkildə qafiyələnmişdir. 

Bu onu sübut edir ki, şair sözlər üzərində  sənətkarlıqla 

işləmiş və onların məna yükündən ustalıqla istifadə etmişdir. 

Bənddən göründüyü kimi, şair sözlərin təşkilində mühüm rol 

oynayan səslər sistemindən də  məharətlə istifadə etmiş  və 

canlı bir təbiət lövhəsi yaratmışdır.  Şeirin bu bəndində  “ş” 

samitinin sözlərin tərkibində işlənmə tezliyi poetik kombina-

siya – alliterasiya yaratmışdır. Təbiətin gözəl guşəsi olan 

çəmənə  şair sözlə naxış vurur, buludlar “axışır”,  şimşəklər 

”çaxışır”. Nəticədə isə qarşımızda gözəl təbiət mənzərəsi

lövhə yaranır. Misal gətirdiyimiz yuxarıdakı  şeir 

nümunələrində  hər iki şairin romantikasının qanadlanan 

xəyal və arzularını, lakin eyni zamanda təbiətin, gerçəkliyin 

 

 

35



sözlə obyektiv rəsm olunduğu romantikasını görürük.  

“Poeziya həyat hadisələrini, necə deyərlər, iki vasitə ilə 

qavrayır və əks etdirir. Bu vasitələrin hər ikisi eyni məqsədə 

xidmət etsə  də, lakin yenə  də bir-birinin ziddinədir.  Şair, 

özünün həyata olan baxışının tərzindən, içərisində yaşadığı 

dünyaya, öz əsrinə və xalqa olan münasibətindən asılı olaraq 

həyatı ya öz xüsusi ideallarında və xəyalında təsəvvür etdiyi 

kimi canlandırır, yaxud, varlığın bütün təfərrüatına, 

rənglərinə  və xüsusiyyətlərinə sadiq qalaraq həyatı bütün 

həqiqətilə inikas etdirir. Buna görə  də poeziyanı, necə 

deyərlər, iki söbəyə ayırmaq mümkündür: ideal və real 

poeziya”.

1

 

                                                           



1

 В.Белински. Сечилмиш мягаляляри. Эянълик, Бакы, 1979, с.69 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə