24
NƏZM VƏ NƏSR
Nəzm və nəsr qədim zamanlardan indiyə qədər bədii və
elmi yaradıcılıq növlərindən biridir. Belə ki, ədəbi əsərlər ta
yazının meydana gəldiyi dövrlərdən indiyə kimi ya nəzmlə,
ya də nəsrlə yazılmışdır. Hətta orta əsrlərdə elmi əsərləri belə
nəzmlə yazmaq ənənəsi yaranmışdır. Dünya
ədəbiyyatşünaslığının bir sıra nümunələrinin də nəzmlə,
şeirlə yazıldığı məlumdur (Horatsi, Bualo və b.)
Nəzm və nəsri bir-birindən fərqləndirən əsas şərtlərdən
biri budur ki, nəsr dilində cümlələrin, sətirlərin işlənməsində
heç bir şərt qoyulmur. Burada fikrin ifadəsi üçün yazı
müəllifi tamamilə sərbəstdir. O, müxtəlif tipli cümlələrdən
istifadə etməklə fikrini şərh edə bilər. Bu zaman sətirlər
haqqında, onların işlənilmə intensivliyində əlavə tələblər
qoyulmur. Nəsr dili beləliklə də tam sərbəst nağıl, təhkiyə
dili kimi yadda qalır. Sənətkar, müəllif sadə və mürəkkəb
sətirlər qurmaqda, onları tamamlamaqda tamamilə sərbəstdir.
Müəllifin işlətdiyi sətirlər heç bir məcburi, absolyut
qanunlara, qaydalara tabe olmur. Sətirlər uzun və qısa ola
bilər. Lakin bunlar müəllif fikirlərinin açıqlanmasına tabe
tutulmalıdır. Nəsr sözü ərəbcədən – nisar etmək, səpmək,
yaymaq deməkdir. Nəsrlə yazılan əsərlərin dili məhz bu
prinsipə əsaslanır.
Nəsr sözü terminoloji cəhətdən şərh olunarkən də yux-
arıda deyilən xüsusiyyəti özündə əks etdirdiyini görürük.
Proza (lat. prosa – birbaşa müraciət olunmuş nitq) ölçülü şeir
dilindən fərqli olaraq sərbəst şəkildə təşkil edilən və adi
nitqlə verilən bədii əsər».
1
1
Л.Тимофеев и Н.Венгров. Краткий словарь литературоведческих
25
Yaxud da başqa bir ədəbiyyaşünaslıq lüğətində nəsr sözü
nəzəri-terminoloji cəhətdən aşağıdakı kimi şərh olunur: nəsr
(lat. Prosa demək olub prosa oratio sözündən götürülüb –
birbaşa, sərbəst olan, sərbəst hərəkət edən nitq deməkdir) –
ədəbi yaradıcılığın iki əsas tipindən biridir. Poeziya və nəsr
söz sənətinin dərinliklərinin müxtəlif sferalarını özündə əks
etdirib, öz forma, məzmun və yerinə görə ədəbiyyat tarixində
bir-birindən fərqli olan yaradıcılıq növüdür».
1
Qeyd olunmalıdır ki, nəsr sözü bədii olmayan əsərlərə
aid edilmişdir. Hətta XIX əsrə qədər ədəbiyyatşünaslıqda çox
zaman epik poeziya, dramatik poeziya, lirik poeziya
anlayışlarından istifadə olunmuşdur. Qədim və orta əsərlərdə
isə əsasən yazı bədii, tarixi-xronika səciyyəli əsərlər, fəlsəfi
xarakterli dialoqlar, natiqlərin danışıqları, yol qeydləri nəsr
dilində yazılardı. Bu dövrlərdə aşağı təbəqənin “janrı” hesab
olunan komik əsərlər, farslar, satiralar da nəsr dilində
yazılırdı. Onu da əlavə etmək lazımdır ki, erkən əsrlərdə nəsr
anlayışı da müstəqil ədəbi-nəzəri anlayış kimi ardıcıl şəkildə
işlənmirdi. Nəsr dili öz formasına görə az-çox şeir dilinə
yaxınlaşırdı. Nəsrlə yazılan bu əsərlərin dilində, quruluşunda
ritmika, pauza, bölgü əlamətələri özünü göstərirdi. Demək
lazımdır ki, bu əsərlər sərbəst nəsr dilində yazılsa da, orada
misraların sonu da sanki qafiyələnir, qafiyəyə oxşar sözlərlə
bitirdi.
Demək olar, sistemli nəsr dili Renessans dövründə yazı-
lan əsərlərdə özün göstərmişdir. Əgər əvvəlki dövrlərdə po-
etik əsərlərə, şeirlərə, poema, nəğmə, şeirlə yazılan dramlara
терминов. Москва, 1963, с.122
1
Словар литературоведческих терминов (тяртиб едянляр:
Л.И.Тимофейев вя С.В.Турайев), Москва, 1974, с.296
26
üstünlük verilirdisə, bu dövrdən başlayaraq daha çox roman,
mənsur dram, novella-hekayə yazılmağa başlayır. Yeni
yaranan bu ədəbi formalar hər şeydən əvvəl, dövrün ədəbi
tələblərindən, yeni dövrün ruhunu, məzmununu ifadə etmək
zərurətindən yaranırdı.
Yuxarıda dediyimiz kimi, qədim və orta çağlarda yazılan
bütün əsərlər nisbətən qafiyəli, ritmli nəsr dili ilə yazılardı.
Lakin müxtəlif məzmunu, hadisə və əhvalatları nəsrlə
vermək sxolastikaya gətirib çıxarırdı. Ədəbiyyatın bədii söz
sənətinin inkişafı ləngiyirdi. Doğru deyildiyi kimi: “Orta
əsrlərdə və XIX əsrdə Şərq, o cümlədən Azərbaycan
ədəbiyyatında bir çox əsərlər qafiyəli nəsrlə yazılmışdır.
Hekayə, tarixi risalə, məqamə, qüssə, lüğət və s. b. k. forma-
larda olan belə əsərlər həm orijinal ideya məzmununa, həm
də dilinin və üslubunun böyük ekspressiv qüvvəsinə görə
qiymətlidir. Lakin nəsrin bu növündə bir çox müəlliflərin
qafiyə axtarışları onları bu və ya başqa dərəcədə formalizmə
aparıb çıxarır. “Nəsrdə qafiyə kəlamı çiy edir və zəiflədir”
deyə qafiyəli nəsr əleyhinə çıxan M.F.Axundov yazırdı:
“…Nəsr əsərlərində qafiyəyə əhəmiyyət verilməməlidir,
çünki qafiyə xatirinə yazılarda artıq sözlər işlənir və vacib
olmayan mətləblər meydana çıxır” odur ki, “bu qaydanı tərk
etməyimizin və uşaqcasına işdən əl çəkməyimizin vaxtıdır”.
1
Nəsr sözü ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və
rədifi olmayan bədii əsər deməkdir.
2
Lakin yuxarıda de-
1
Бах: Ядябиййатшцнаслыг терминляри лцьяти (тяртиб едяни:
Я.Мирящмядов), Бакы, «Маариф» няшриййаты, 1988, с.165
2
Азярбайъан классик ядябиййатында ишлядилян яряб вя фарс сюз-
ляри лцьяти (тяртиб едянляр: А.М.Бабайев, Ъ.Б.Исмайылзадя (Рямзи),
Бакы, «Маариф» няшриййаты, 1981, с.171
27
yildiyi kimi nəsri zorən qafiyələndirmək
həqiqətən də dildə
formalizmə gətirib çıxarır. Ümumiyyətlə, nəsr dilinin quru-
luşu, strukturu haqqında müxtəlif nəzəri mübahisələr hələ
qalmaqdadır. Nəsr poetikasından bəhs edən ədəbiy-
yatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar aras-
ında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra
nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün
də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları
var. Lakin nəsrin bu ritmik quruluşu onu şeirin ritmikasından
fərqləndirməklə bərabər, həm də adi danışıq dilinin özündən
də ayırır. Burada doğru bir həqiqət vardır, ona görə ki, nəsr
dili nə qədər sərbəst təhkiyə dili olsa da belə, o adi danışıq
dilinə bənzəyə bilməz. Nəsr dili müəyyən konkret müəllif
ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində
məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin
uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olma-
yaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır.
Nəzmlə yazılan əsərlər öz dilinə görə yuxarıda qeyd
etdiyimiz kimi, nəsrdən əsaslı surətdə fərqlənir. Nəzm
anlayışının adından da göründüyü kimi burada müəyyən bir
qayda, poetexnoloji şərtlər tələb olunur. Çünki nəzmdə
poetik xüsusiyyətləri gözləməklə yanaşı, texniki tələblərə
mütlək əməl olunmalıdır. Nəzmin adından da göründüyü
kimi, burada sözlərin seçilib işlədilməsində, sətirlərin ölçü-
sündə müəyyən bir nizam-intizama riayət olunur. Nəzm,
nəzmi-nizam anlayışları da ərəbcədən bu mənanı verir.
Nəzm-sıra, tərtib, qayda, başqa mənada isə şeir deməkdir.
Nəzmi – intizam da ərəbcədən qayda, tərtib, şeir deməkdir.
1
1
Азярбайъан классик ядябиййатында ишлядилян яряб вя фарс сюз-
ляри лцьяти. Бакы, 1981, с.170-171