10
Sənin də şair tək qanın qaynardır
Yerdə arzuların gül açır rəng-rəng,
Başında daima fikirlər vardır.
Daima döyünür sinəndə ürək,
Yerdə arzuların gül açır rəng-rəng.
B.Vahabzadə «Payız düşüncələri» şeirində payız fəslinin
təsvirindən daha çox lirik qəhrəmanın narahat qəlbinin hiss-
həyəcanlarının tərənnümünə üstünük verir.
Hələlik payızdır…
Üşüyürəm mən.
Bu dəli küləklər bəs hardan əsir?
Ömrümdən ayrılıb məni qəhr edən,
Məndən üz döndərən bahardan əsir.
H.Arifin təbiətə aid onlarla şeirində sənətkarlıqla verilən
peyzac təsvirlərindən başqa lirik qəhrəmanın
mənəvi-
psixoloji aləminin poetik tərənnümü ilə qarşılaşırıq. Bu isə
lirik qəhrəmanın poetik «mən»inin yaranmasında, bədii
obrazın subyektiv düşüncələrinin tərənnümündə fövqəladə
rol oynayır.
Soyuyur cığırım, üşüyür izim,
Budaqda titrəyən yarpaq görünür.
Dərəyə enirəm, qatlanır dizim,
Zirvəyə qalxıram, uzaq görünür.
Fəsillər dolaşıq düşüb elə bil,
Yaz başa vurmamış, yay gəlib keçir.
Zamanın cilovu əlimdə deyil,
Həftə üzülməmiş ay gəlib keçir.
11
Lirik əsərləri fərqləndirən xüsusiyyətlərdən biri də
nitqin, ifadənin ekspressiv funksiyasıdır. Lirikada müəllifin –
şair sənətkarın həyata münasibəti emosional şəkildə verilir.
Sənətkar xarici aləmdən aldığı müxtəlif ani, keçici
hissləri də lirikada verə bilər. Lakin elə bu zaman da xarici
aləmdən, gerçəklikdən alınan assosiativ duyğular, hisslər,
fikirlər bədii poetik ifadənin predmetinə çevrilir. Lirik
sənətkar xarici aləmi təsvir edərkən də orada öz duyğularını,
hissləriin verir.
Dinlə məni, gözəl bahar!
Qəlbinlə dinlə
Sənə deyiləcək sözüm var:
Bilirəm sən,
Mənim ilk sevgilim kimi,
İlk duyğularımın şahidisən!
Unutmadım sizi mən…
…Mənə çox görməsin zaman
Çalışıb yaşamaq həvəsini…
(S.Vurğun)
Lirikanı epik və dramatik əsərlərdən fərqləndirən xü-
susiyyətlərdən
biri də hisslərin, duyğuların tərənnümüdür.
Belə ki, epik və dramatik əsərlərdə təsvir, təhkiyə,
mükalimələr əsas yer tutduğu halda, lirikada hisslərin,
həyəcanların ani tərənnümü əsas tutulur. Eposda obyektiv
həyatın təsviri, lirikada isə subyektiv düşüncə əsasdır. Liri-
kada da əsas obyekt epos və dramda olduğu kimi obyektiv
gerçəklikdir. Lakin burada gerçəklik daxili aləmdə subyektiv
tərənnüm yolu ilə verilir.
12
Könül, səndə yenə həyəcanmı var?
Uçub qalxmadığın asimanmı var?
Söylə, sənin kimi bu asimanda
Tufan rəqqasəsi bir tərlanmı var?
(M.Müşfiq)
Deyirəm Xəzərin sahillərində
Mənim milyon-milyon şəhərim olsun.
Ürək dostlarımın ürəklərindən
Keçən arzulardan xəbərim olsun.
(S.Rüstəm)
Qeyd olunduğu kimi, lirikada müəllifin fərdi, subyektiv
düşüncələri əsas yer tutur. Lakin bunu mütləq mənada başa
düşmək düzgün olmazdı. Çünki poetik yaradıcılıq
nəzəriyyəsindən bəhs edən bütün estetiklər və nəzəriyyəçilər
bu yekdil fikirdədirlər ki, həqiqi lirika özündə ümumbəşəri
məzmun daşıyır. Lirikada tərənnüm olunan bir şairin yaşantı-
ları, hissləri təkcə onun özü üçün yox, daha geniş əhatə
dairəsinə malikdir. Belə ki, lirik əsərlər sənətkarın xarici
aləmə münasibətlərinin emosional bədii inikası olaraq
qələmə alınır. Klassik Azərbaycan şairləri Xaqaninin, Ni-
zami və Füzulinin əsərlərini yalnız bu cür dəyərləndirmək
olar. H.Cavid, M.Hadi, S.Vurğun, B.Vahabzadə kimi
şairlərin əsərləri bəşəri məzmunun ifadəsi baxımından
diqqəti cəlb edir.
Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti,
Danışmaqla, yazmaqla itməz qədir-qiyməti.
(M.Gəncəvi)
13
Məmləkətin dayağı ədalətdir hər zaman,
Ədalətlə nəsibin səadətdir hər zaman.
(N.Gəncəvi)
İblis nədir?
— Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir?
— İblis!
(H.Cavid)
Bəzən deyirlər ki, yalnız xarici mühitin lövhəsini
verməklə gerçəklik haqqında düzgün bilgi almaq mümkün-
dür. Şəxsiyyətin daxili, mənəvi aləminin təsvir və tərənnümü
isə əsasən subyektiv mahiyyət daşıyır və bu zaman təbiət və
cəmiyyət haqqında tam məlumat almaq mümkün deyildir.
Əlbəttə, bu fikirlərin özü də subyektiv xarakter daşıyır.
Çünki həqiqi lirika üçün obyektivlik əsas şərtdir. İnsanın hiss
və həyəcanları tarixi hadisələrin, ictimai həyatın özü kimi
obyektiv səciyyə daşıyır. Lirik sənətkar da yazıçı və drama-
turq kimi öz sənətinə sadiqdir. Bədii sənətin əsas qanunu
gerçəkliyi əks etdirməkdir. Müəyyən tarixi epoxa və sosial
mühitin insanlarının, təbəqələrinin əhvali-ruhiyyəsini, arzu
və ideallarını əks etdirmək öyrənmək üçün poeziya bəlkə də
ən etibarlı ədəbi mənbə ola bilər. Məsələn, XX əsrin
əvvəllərində «Molla Nəsrəddin» jurnalı ətrafında toplanmış
satirik şairlərin yaradıcılığı əsrin əvvəllərində Azərbaycan
həyatının, obyektiv gerçəkliklərinin, sosial bərabərsizliyin
mövcud cəmiyyətdə müxtəlif təbəqələrin həyatının, dün-
yagörüşünün öyrənilməsində böyük bədii əhəmiyyət kəsb
edir.
Bayram olcaq, şövkətlilər, şanlılar,