BABURNAMƏ
111
və qoyun sürüləri bəsləyirlər. Dihkətin qoyunlarının qırx
min qədər olduğu
təxmin edilir.
Bu kənddə kəndlilərin evlərinə yerləşdik. Mən kənd muxtarının evinə
düşdüm. Altmış-yetmiş yaşında bir adamdı. Lakin anası hələ sağ idi. Çox
yaşlı bir qadındı, yüz on bir yaşındaydı. Teymur bəy Hindistana girdiyi za-
man bu qadının qohumlarından biri də o səfərə qatılmışdı, onları xatırlayır
və anladırdı. Yalnız Dihkətdə bu qadının özündən doğulan oğlan və qızların,
nəvə və nəvələrinin nəvələrindən doxsan altı adam hələ həyatda idi, ölən-
lərlə birlikdə iki yüz adam sayırdılar. Nəvəsinin nəvələrindən biri iyirmi
beş-iyirmi altı yaşlarında şəvəsaqqal bir igid idi.
Dihkətdə olduğum günlərdə ətrafdakı dağları daima piyada gəzəərək
seyr edirdim. Çox zaman yalın ayaq (97 b) gəzirdim. Yalın ayaq gəzməkdən
ayaqlarım o hala gəlmişdi ki, dağı-daşı hiss eləmirdim. Belə bir gəzinti za-
manı bir gün ikindi namazıyla axşam namazı arasında dar bir yoldan bir
adam bir öküzlə gedirdi.
«Görəsən, bu yol hara gedir?» dedim.
«Öküzə baxın, yolun hara çıxacağı məlum olana qədər gözlərinizi on-
dan ayırmadan yürüyün» deyə adam cavab verdi.
Bu sözü eşidən Xoca Əsədullah «Gav güm şavəd, çe kar qunəm?»
1
deyə zarafat etdi.
Bu qış sipahilərdən bəziləri qazaxlıqlarda bizimlə ola bilmədilər, Ən-
dicana getmək üçün izin istədilər. Qasım bəy də «Madam ki bu adamlar ora-
ya gedirlər, Cahangir Mirzəyə özəlliklə öz paltarlarınızdan bir şey göndə-
rin» deyə israr etdi. Bir samur sərpuşumu göndərdim. Qasım bəy «Tənbələ
də bir şey göndərin, nə olar» deyə təkrar israr etdi. Gərçi buna razı deyildim,
lakin Qasım bəyin israrı ilə Noyan Göyəldaşın Səmərqənddə özü üçün dü-
zəltdirdiyi böyük yastı qılıncı alıb Tənbələ göndərdim. Mənim başıma də-
yən qılınc bax bu qılıncdı. Gələn ilin hadisələrində bundan bəhs ediləcəkdir.
Bir neçə gün sonra nənəm İsən Dövlət (98 a) bəyim köçü, ailəsi və
adamlarıyla birlikdə gəldi. Mən Səmərqənddən çıxanda onlar orada qalmış-
dılar.
Bu qış ortasında Şeybani xan Xocənd çayını buz üzərindən keçərək
Şahruxiyyə və Beşkənd civarına axın etdi. Bunu xəbər alınca adamlarımızın
azlığına baxmayaraq onlara qarşı hərəkətə keçdik. Xocəndin aşağısındakı
kəndlərin və Həşt-Yəkin qarşısına doğru yürüdük. Şiddətli soyuq vardı. Bu
civarda Ha-Dərviş rüzgarı əksik olmaz, daima şiddətli əsər. Soyuq o dərəcə-
də qüvvətli idi ki, bu iki-üç gün içində burada iki-üç adam soyuqdan ölmüş-
dü. Mənə qqsl zərurəti hasil oldu. Sahilləri tamamən buz tutmuş, lakin axın-
tının qüvvəsindən ortası buz tutmamış bir kanal suyu vardı. Bu suya girib
qüsl etdim və on altı dəfə suya daldım. Suyun soyuqluğu mənə güclü təsir
1
Öküz azsa, onda nə edərik (farsca). Gav+qum həm də qaranlıq deməkdir. Söz oyunu.
Zəhirəddin Məhəmməd BABUR
112
etdi.
Ertəsi sabah Xocənd çayını Xəslar qarşısında
buz üzərindən keçib ge-
cə yarısı Beşkəndə gəldik. Şeybani xan Şahruxiyyə civarına axın edib geri
qayıtmışdı.
O vaxt Beşkənd Molla Heydərin oğlu Əbdülmənnanın əlində idi.
[Molla Heydərin] ondan daha kiçık, Mömin adında bir oğlu da vardı, işə ya-
ramaz və dərbədər bir adamdı. Mən Səmərqənddə ikən yanıma gəlmişdi və
çox inayət etmişdim. Noyan Göyəldaş Səmərqənddə (98 b) ona qarşı necə
pis rəftar etmişdisə, bu namussuz ona kin bağlamışdı.
Özbək axınçılarının geri qayıtdığı xəbəri gəlincə, xanın yanına adam
göndərərək Beşkənddən qalxıb Ahəngəran kəndlərində üç-dörd gün qaldıq.
Səmərqənddəki aşnalığa görə Molla Heydərin oğlu Mömin Noyan Göyəldaş,
Əhməd Qasım [Kuhbər] və başqa bir neçə adamı ziyafətə dəvət etdi. Mən
Beşkənddən gedəndə bunlar Beşkənddə qaldılar. Mömin bunlara bir uçu-
rumun kənarında ziyafət vermişdi. Biz gəlib Ahəngəran kəndlərindən Sam-
Sirək deyilən kənddə dayandıq. Sabah Noyan Göyəldaşın uçurumdan sər-
xoşluqla düşüb öldüyü xəbəri gəldi. Noyanın öz dayısı Haqnəzəri bir neçə
adamla oraya göndərdim. Bunlar gedib Noyanı düşdüyü yerdə axtarıb tap-
dılar və Beşkənddə dəfn edib geri qayıtdılar. Noyanın ölüsünü ziyafət veri-
lən yerdən bir ox atımı qədər yüksəkdə olan bir uçurumun dibində tapmışlar.
Bəziləri Möminin Səmərqənddəki kinini unutmayaraq Noyana qəsd etdiyini
düşündülər. Doğrusunu bilən olmadı. Bu mənə çox pis təsir elədi. Çox az
adamın ölümünə belə yanmışam. Bir həftə-on gün qədər sürəkli (99 a) ağ-
ladım. Ölüm tarixi «Vəfat şod Noyan»
1
(«Noyan vəfat etdi») şəklində təsbit
edildi. Bir neçə gün sonra qayıdıb Dihkətə gəldim.
Yaz gələndə Şeybani xanın Ura-Təpə üzərinə hücum etməsi xəbəri
alındı. Dihkət düz yerdə olduğu üçün Abbürdən keçidiylə Məsiha dağlarına
çıxdıq. Məsihanın ən aşağıdakı kəndi Abbürdəndir. Bu kənddən bir az aşa-
ğıda bir çeşmə, onun da başında bir məzar vardır. Bu çeşmədən yuxarı tərəf
Məsihaya, aşağı tərəf isə Pəlğərə aiddir. Bu çeşmənin başındakı və kəna-
rındakı daşı qazaraq bu üç beyti yazdım:
Şenidəm ki, Cəmşidi-fərrux sirişt,
Ba sərçeşmə bər sənge nəvişt:
Bər in çeşmə çün ma bəsa dəm zədənd,
Birəftənd ta çeşm bərhəm zədənd.
Giriftəm aləm be mərdiyü zur,
Və leykən
nəburdəm ba xud be gur
2
.
1
«Vəfat şod Noyan» sözlərindəki hərflərin cəmi əbcəd hesabı ilə 907 (=1501/02) edir.
2
Sədi Şiraziyə aiddir. İlk beyt «Bustan»dan, iki beyt isə «Gülüstan»dan alınmışdır.