Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə173/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   169   170   171   172   173   174   175   176   ...   189

BABURNAMƏ 

 

383



Kərmnas çayının bir az yuxarı tərəfinə gedib təkrar döndükdən sonra 

Qanqın (366 a) şimal tərəfinə keçdik və suyun sahilində gəmiləri durdurduq. 

İgidlər bir az əyləndilər və güləşdilər. Saki Möhsün dörd-beş adamla güləşə 

biləcəyini iddia etdi. Bir adamla güləşdi, az qala yıxılırdi, ikincisi Şadiyandı 

və Möhsünü yıxdı. Məhcub və mütəəssir oldu. Pəhlivanlar gəlib güləşdilər. 

Şənbə günü Kərmnas çayının keçidini aramaq üzrə adam göndərildiyi 

üçün ilk pəhərə doğru hərəkət etdik. Mən ata minib keçidə doğru bir küruh 

qədər çayın yuxarı tərəfinə getdim. Keçid uzaq olduğu üçün təkrar geri dö-

nərək gəmiylə endiyimiz yerə gəldim. 

Ordu Çusədən bir küruh daha irəlidə düşərgə salmışdı. O gün təkrar 

qarabibər dərmanı düzəltdim. Bir az isti oldu, bədənim qabardı  və çox iz-

tirab çəkdim. İrəlidə bataqlı kiçık bir çay vardı; yol salmaq üçün ertəsi gün 

də orada qaldıq. 

Bazar axşamı  Əbdüləziz tərəfindən gələn hindistanlı piyadanın gətir-

diyi məktuba cavab yazıb göndərdim. Bazar ertəsi sabahı  gəmiylə  gəldim. 

Külək üzündən gəmiləri çəkərək gətirdilər. Keçən il uzun müddət qaldığı-

mız Bəksər önündəki yurdun qarşısına gəlib  (366 b) suyu keçərək buranı 

gəzdim. 


Çay sahilinə enmək üçün pillələr düzəldilmişdi, qırxdan artıq, əllidən 

az olardı. Yalnız üstdəki pillə qalmış, digər pillələri su yuyub aparmışdı. 

Gəmiyə minib məcun yedik. Ordugahın bir az yuxarısında bir adada 

gəmini dayandıraraq pəhlivanları gürəşdirdik. Yatsı vaxtı ordugaha gəldik. 

Keçən il ordunun endiyi bu yurdda Qanq çayını özüm üzərək keçmişdim. 

Bəziləri at, bəziləri da dəvə üstündə olduqları halda buraya gələrək gəzmiş-

dik. O gün tiryək qəbul etmişdim. 

Çərşənbə axşamı günü Kərimverdi, Məhəmməd Əli Heydər Riqabdar 

və Baba Şeyx iki yüzə qədər yaxşı igidlə birlikdə düşmənlərdən xəbər bil-

mək üçün göndərildilər. 

Buradan Benqal elçisinə  bəhs edilmiş üç maddəni  ərz etməsi  əmr 

edildi. 


Çərşənbə günü Yunus Əli Behara dair müsbət bəzi  şeylər öyrənmək 

üçün Behardakı Məhəmməd Zaman Mirzənin yanına göndərildi. Bir az süst 

cavab gətirdi. Behar şeyxzadələrinin adamı ərzi-halla birlikdə Beharı bura-

xıb çıxdıqları xəbərini gətirmişdi. 

Cümə axşamı günü Turdu Məhəmmədlə Məhəmməd Əli Cəng-Cəngə 

türk və hind əmirlərindən və oxçularından iki minə yaxın adam verildi. 

Behar əhalisinə (367a) vəd fərmanları yazılıb getmələrinə izin verildi. Xoca 

Mürşid  İraqini də Behar sərkarına divan təyin edib Turdu Məhəmməd ilə 

birlikdə göndərdik. Ertəsi gün də Məhəmməd Zaman Mirzə Behara getməyi 

qəbul edərək Şeyx Zeyn və Yunus Əli vasitəsilə bəzi şeylər ərz edib kömək 

üçün bir dəstə adam istəmişdi. Bəzi igidləri Məhəmməd Zaman Mirzəyə 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



384

köməkçi təyin edib bəzilərini da xidmətinə verdik. 

Şaban ayının birinci şənbə günü [=9 aprel] üç-dörd gündür oturduğu-

muz bu yurddan hərəkət etdik. Mən o gün ata minib Bucpur ilə Bihiyəni 

gəzdikdən sonra ordugaha döndüm. 

Xəbər bilmək üçün Məhəmməd Əlinin komandanlığında göndərilənlər 

bir dəstə kafiri məğlub edib Sultan Mahmudun [Ludi] oturduğu yerə varırlar. 

Sultan Mahmudun iki minə yaxın adamı varmış, bizim avanqardın xəbərini 

alınca vahiməyə düşmüş və iki filini öldürüb getmişdir. Bir filini də önçüləri 

ilə qoyubmuş. Bu igidlərdən iyirmiyə yaxın adam önçülərə yetişir, onlar da 

müqavimət göstərmədən qaçırlar. Bizimkilər bir neçə adamı öldürdükdən 

sonra birinin başını kəsib, bir-iki adamı da diri olaraq yaxalayıb gətirdilər. 

Ertəsi gün hərəkət edib gəmiylə getdim. Bu arada Məhəmməd Zaman 

Mirzə də çaydan keçdi. Mirzənin keçməsini gözləmək üçün iki-üç gün (367 



b) orada qaldıq. Çərşənbə axşamı günü, ayın dördündə, Məhəmməd Zaman 

Mirzəyə bir dəst xas paltar, kəmərli bir qılınc, cins bir at və şəmsiyyə [çətir] 

inayət edərək Behar vilayətini ehsan etdim. Behar sərkarından bir kürur 

iyirmi beş lek xassə mülkü elan edildi, divanlığı  da  Xoca  Mürşid  İraqinin 

öhdəsinə verildi. 

Cümə axşamı günü o yurddan gəmiylə hərəkət etdim. Mən gəlincə bü-

tün gəmiləri dayandırdım. Sonra onları üzdürərək səf halında bir-birinə bağ-

lamalarını əmr etdim. Bütün gəmilər yığılmamış olduğu halda çayın geniş-

liyindən çox artıq idi. Bəzi yerin dayaz, bəzisinin dərin, bəzi yerin axıntılı 

və bəzi yerin də sakit olması üzündən bu şəkildə çox gedilə bilmədi. 

Gəmilərin səfində bir timsah görünür. Bir balıq timsahdan qorxaraq 

elə hündürə sıçrayır ki, bir gəminin içinə düşür, tutub gətirdilər. 

Yurda gəldiyim zaman gəmilərə ad qoydum. Aqrada Sanka savaşın-

dan bir az öncə tamamlanmış olan əski əməkdar böyük gəmiyə Asayiş adı 

verildi. Bu il səfərə çıxmadan bir az əvvəl (368 a) Arayiş xan bir gəmi dü-

zəltdirib hədiyyə etmişdi. Bu dəfə ona da bir talvar düzəltdirdim və bu gə-

miyə Arayiş adı verildi. Sultan Cəlaləddin də hədiyyə etdiyi gəmiyə bir az 

böyük bir talvar düzəltdirmişdi, onun üzərinə bir talar da düzəldilməsi əmr 

edildi. Bu gəmiyə Güncayiş adı verildi. Bir də ön qismi qıvrıq kiçık bir qa-

yıq vardı və hər cür iş üçün o göndərilirdi, bu qayığa da Fərmayiş adı verildi. 

Ertəsi sabah cümə günü hərəkət etmədik. Məhəmməd Zaman Mirzə 

Behara getmək niyyətilə hazırlığını bitirərək ordudan bir-iki küruh aralıda  

düşərgə salmışdı. O gün gəlib izin aldı. 

Benqal əsgərindən iki casus gəlib Məxdum Aləm komandanlığındakı 

benqaların Qanq çayının sahilini iyirmi dörd hissəyə bölərək sipər qazmaq-

da olduqlarını, Sultan Məhəmməd komandanlığında olan və ailələrini və 

köçlərini keçirmək istəyən əfqanları keçməyə qoymayaraq özlərinə qatdıqla-

rını söylədilər. Bu xəbəri alınca savaş ehtimali olduğu üçün Məhəmməd Za-




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə