Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə172/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   168   169   170   171   172   173   174   175   ...   189

BABURNAMƏ 

 

381



Axşam üstü Qanq çayının Cun çayı ilə birləşdiyi yerə qədər gedib Pi-

yaq tərəfindən gəmini çəkdirərək ilk pəhərin dördüncü gerisində ordugaha 

gəldim. 

Çərşənbə günü, ikinci pəhərdən etibarən əsgər Cun çayından keçməyə 

başladı. Dörd yüz iyirmi gəmi vardı. 

Cümə günü, rəcəb ayının ilk günü [=11 mart] suyu keçdim. 

Bazar ertəsi günü, ayın dördündə [=14 mart] Behara getmək niyyətilə 

Cun sahilindən hərəkət etdik və beş küruh gedib Ləvayinə endik. Mən gə-

miylə getdim. O günə qədər əsgərlər hələ sudan keçirdi. Adəmpurda gəmi-

lərdən çıxarılmış olan zərbzənli arabaları Piyaqda təkrar gəmilərə qoyub gə-

miylə gətirmələri əmr edildi.  

Endiyimiz yurdda güləşçiləri gürəşdirdik. Pəhlivan Lahori Kəşdiban 

ilə Dost Yasinxeyr güləşdilər. Xeyli mücadilədən sonra Dost qələbə qazandı. 

Hərəsinə bir dəst paltar ehsan edildi. 

İrəlidə bataklıq və çamurlı pis bir çay varmdı, ona Tus çayı deyirdilər. 

Keçid aramaq və yol tapmaq üçün burada iki gün qaldıq. Bir az yuxarıda at 

və dəvələr üçün bir keçid tapıldı. Yüklü arabalar o keçidin uyğun olmayan 

daşları üzündən keçə bilməzmiş. Yüklü arabaları da (364 a) oradan keçirmə-

yi əmr etdim. 

Cümə axşamı günü oradan hərəkət edərək Tus çayının birləşdiyi yerə 

qədər gəmiylə gəldim. Suyun birləşdiyi yerdə gəmidən çıxıb Tus çayından 

yuxarıya doğru gedərək ikindi üstü suyu keçib enmiş olan ordugaha gəldim. 

O gün altı küruh yürüdük. Ertəsi gün orada qaldıq. 

Şənbə günü on iki küruh yürüdükdən sonra kəndin yuxarı tərəfinə en-

dik. Oradan da yeddi küruh gedərək Nanupura endik. Biz bu yurdda ikən 

Çünardan oğullarıyla birlikdə Tac xan gəlib mülazimət etdi. O günlərdə Mə-

həmməd Bəxşinın ərzi-halı də gəldi: ailə və saray ağırlıqları Kabildən dəqiq 

olaraq gəlirmiş. 

Çərşənbə günü oradan qalxıb Çünar kurqanını gəzdikdən sonra Çünar-

dan bir küruh qədər keçərək endik. 

Piyaqdan hərəkət etdiyimiz günlərdə bədənimdə qan çibanı çıxmışdı. 

Bu yurdda ikən Rumdan gələn bir səyyah yeni kəşf edilən bir tədavi tətbiq 

etdi. Qarabibəri gil qazanda qaynatdı  və yaranı onun isti buxarına tutdum. 

Buxar azalınca da isti su ilə yudum. Təqribən iki saata qədər dindi. 

Yenə biz bu yurdda ikən bir nəfər ordugahın yanındakı adada aslan və 

kərgədan gördüyünü söylədi. Sabah (364 b) o adayı mühasirə etdik. Fillər 

də gətirilmişdi. Aslan və kərgədan çıxmadı, çıxa-çıxa bir çöl camışı çıxdı. 

O gün şiddətli rüzgar qopdu və toz-torpaq çox iztirab verdi. Gəmiyə 

minərək ordugaha gəldim. 

Ordu Benaresdən iki küruh daha yuxarıya enmişdi. Çünar civarındakı 

cəngəlliklərdə çox fil varmış. Oraya gedib fil ovlamaq niyyətində idim. Tac 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



382

xan mənə Mahmud xanın [Ludi] Sun çayının yanında olduğu xəbərini gə-

tirdi. Bəylər dəvət edildi və düşmən üzərinə sürətlə yürümək barədə danışıb 

məsləhət etdik. Axırda uzun mənzillə və gecikmədən yürümək qərara alındı. 

Oradan qalxıb doqquz küruh gedərək Bəlvə keçidinə endik. 

Burada bazar ertəsi günü axşam, ayın on səkkizində [=28 martl Tahir, 

Aqraya göndərildi və Kabildən gəlməkdə olanlara xərclik kimi ehsan  edilən 

pulların baratını götürdü.  

O gün gəmiylə gəldim. Sabahdan bir az öncə gəmiyə minmişdim. Guy 

çayının birləşdiyi Cunpur çayına qədər və oradan da Guy çayının bir az yu-

xarısına gedərək təkrar döndüm. Daracıq bir çay olmasına baxmayaraq (365 

a) keçidi yoxdu. O tərəfdəki əsgər gəmi, sal və atla üzərək keçirdi. 

Cunpur çayının birləşdiyi yerdən bir küruh daha aşağıya gedib keçən 

il Cunpura getdiyimiz zaman qaldığımız yurdu gəzdim. Çayın yuxarısından 

səmt küləyi əsdi. Benqal gəmisinin yelkənini açıb böyük gəmini ona bağla-

dılar və xeyli sürətlə gəldi. Benaresdən bir küruh daha yuxarıya enmiş olan 

ordugahdan buraya günün iki gerisi qalanda gəldik. Heç bir yerdə durmadan 

arxamızdan gələn gəmilərin ən sürətlisi isə yatsı vaxtında gəldi. 

Moğol bəyə Çünardan başlayaraq hər yürüşdə ölçü ipiylə doğru yolu, 

Lütfi bəyə isə  gəmiyə minəndə çay sahilini ölçməsi  əmr edilmişdi. Doğru 

yol on bir, su sahili də on səkkiz küruh imiş. 

Ertəsi gün o yurdda qaldıq. Çərşənbə günü də gəmi ilə Qazipurdan bir 

küruh daha aşağıya endik. Cümə axşamı günü biz o yurdda ikən Mahmud 

xan Nuhani gəlib mülazimət etdi. O gün Behar xan Beharinin oğlu Cəlal xan, 

Nasir xan oğlu Fərid xan, Şir xan Sur, Adil xan Sur və digər bir neçə əfqan 

əmirinin ərzi-halları (365 b) gəldi. 

Eyni gün Əbdüləziz Miraxurun da ərzi-halı  gəldi. Lahordan cəmadi-

yüləvvəl ayının iyirmisində [=29 fevral] yazılmışdı. Bu ərzi-hal yazıldığı 

gün Kalpi civarından Qaraçanın göndərdiyi hindistanlı bir nökəri də Lahora 

varmışdı.  Əbdüləzizin  ərzi-halında bunlar yazılmışdı:  Əbdüləziz və digər 

təyin edilənlər cəmadiyülaxır ayının doqquzunda [=18 fevral] Nilabda ailəni 

qarşılamağa gedirlər. Əbdüləziz Çanaba qədər birlikdə gəlib oradan ayrıla-

raq bir az öncə Lahora getmiş və bu ərzi-halı göndərmişdi. 

Cümə günü hərəkət etdik. Mən yenə gəmiylə gedib Çüsənin qarşısında 

keçən il günəşin tutulduğu və oruclu olduğumuz yurdu gəzdikdən sonra tək-

rar gəmiyə mindim. Məhəmməd Zaman Mirzə də  gəmiylə  gəldi. Mirzənin 

təşviqi ilə məcun yedik. 

Ordu Kərmnas çayının sahilinə enmişdi. Hindular bu Kərmnas çayın-

dan çox çəkinirdilər, ona görə də bunlar bu sudan keçməyərək gəmiyə minib 

bu suyun qarşısındakı Qanq çayından keçdilər, etiqadlarına görə, bu su in-

sana dəysə, onun ibadəti batil olurmuş. Bu adın verilməsinin səbəbini də 

buna uyğun şəkildə açıqladılar. 



Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə