Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə171/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   167   168   169   170   171   172   173   174   ...   189

BABURNAMƏ 

 

379



dan keçərkən qılavuz istəmişdi. Bu fərmanı  cəmadiyüləvvəl ayının yeddi-

sində [=17 yanvar] Kabildən yazmışdır. 

Çərşənbə günü yeddi küruh gedilərək Adəmpur pərgənəsinə endik. O 

gün, dan ağarmadan tək başıma alanıb günorta üstü Cun çayına vardım. Cun 

sahilindən aşağıya doğru getdim. Adəmpur qarşısına gələndə bir adada or-

dugahın yaxınlığıında çadırlar qurduraraq məcun yedim. 

O gün (362 a) Sadiq ilə Külalı gürəşdirdik. Külal iddiayla gəlmiş və 

Aqrada güləşmək üçün yorğunluğunu göstərərək iyirmi gün vaxt istəmişdi. 

Artıq qırx-əlli gün keçmiş olduğu üçün güləşməyə məcbur oldu. Sadiq yaxşı 

güləşdi və onu çox asanca yerə sərdi. Sadiqə on min təngə, yəhərli bir at, bir 

dəst paltar və düyməli bir yelək ehsan edildi. Kəlali isə  məğlub olmasına 

baxmayaraq bir dəst paltaryla üç min təngə hədiyyə aldı. 

Arabaları və topları gəmilərdən çıxarmağı əmr etdim. Yer düzəldərək, 

yol çəkərək arabaları və topları çıxarana qədər bu yurdda üç-dörd gün qaldıq. 

Bazar ertəsi günü, ayın on ikisində [=21 fevral] on iki küruh gedib 

Kürrəyə endik. O gün təxti-rəvanla getdim. Kürrədən on iki küruh gedib 

Kərrə pərgənələrindən Küryəyə endik. Küryədən də səkkiz küruh yürüyərək 

Saray-Məndaya endik. 

Buraya endiyimiz yatsı vaxtında Sultan Cəlaləddin gəlib mülazimət 

etdi. İki kiçicik oğlunu da özü ilə birlikdə gətirmişdi. 

Şənbə günü, ayın on yeddisində [=26 fevral] səkkiz küruh gedib Kərrə 

pərgənəsindən Qanq sahilində Düydüyüyə endik. Məhəmməd Sultan (362 



b) Mirzə, Qasım Hüseyn Sultan, Bixub Sultan və Turdukə biz orada ikən 

gəldilər. 

Bazar ertəsi günü, Əsgəri də bu yurdda ikən gəlib mülazimət etdi. Bu 

gələnlərin hamısı Qanqın şərq tərəfindən gəlmişdilər. Əsgərinin adamlarıyla 

birlikdə Qanqın qarşı sahilindən irəliləməsi və ordu harada güşərgə salsa, 

onların da tam qarşı tərəfdə düşərgə salmaları əmr edildi. 

Biz o civarda ikən irəlidən bir-biri ardına xəbərlər gəlirdi: Sultan Mah-

mudun yanında yüz min əfqan toplaşmışdı. Şeyx Bəyazid ilə Bibəni bir çox 

əsgərlə birlikdə Sərvar tərəfinə göndərib özü və Fəth xan Sərvani də Qanq 

sahilini təqib edərək Çünar üzərinə  gəlirmiş. Keçən il bir çox pərgənə ve-

rərək bu civarda qoyduğumuz Şir xan Sur da əfqanlara qoşulmuşdu. Şir xan 

ilə digər bir neçə  əmiri çayın qarşı  tərəfinə keçmişlər. Sultan Cəlaləddinin 

adamları Benaresi müdafiə etməyərək qaçıb çıxmışlar. Benares kurqanında 

qüvvə qoyaraq Qanq sahilinə gəlib vuruşacaqlarını söyləyirmişlər. 

Düydüyüdən qalxıb altı küruh irəlilədikdən sonra Kərrədən üç-dörd 

küruh məsafədə yrləşən Küsara endik. Mən gəmiylə gəldim. Sultan (363 a) 

Cəlaləddinin ziyafəti ilə əlaqədar iki-üç gün bu yurdda qaldıq. 

Cümə günü Kərrə qalasının içində Sultan Cəlaləddinin evlərinə endik. 

Ev sahibi sifəti ilə bizə yemək və təam ikram etdi. Yeməkdən sonra özünə 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



380

və uşaqlarına tikışsiz libaslar geydirildi. Arzusuna uyğun olaraq böyük oğ-

luna Sultan Mahmud ünvanı verildi. 

Kərrədən hərəkət edərək bir küruh qədər irəlilədikdən sonra Qanq sa-

hilinə endik. Orada ikən Mahım bəyim tərəfindən gəlmiş olan Şəhrək bəyə o 

gün məktub verərək getməsinə izin verdim. Xoca Yəhyanın nəvəsi Xoca 

Kəlan isə  məndən yazmaqda olduğum  Vəqayeni  istəmişdi. Surətini çıxart-

dırmışdım, onu da Şəhrək  vasitəsilə göndərdim. 

Şənbə günü qalxıb dörd küruh gedərək dincəldik. Mən yenə gəmiylə 

getdim. Enəcək yer yaxın imiş, erkən gəldik. Bir müddət sonra gəminin 

içində məcun yedik. Xoca Əbdüşşəhid Nur bəyin çadırındaymış, dəvət etdik. 

Molla Mahmudu da Molla Əlixanın çadırından çağırdıq. Bir müddət otur-

duqdan sonra gəmi ilə qarşı  tərəfə keçib güləşçiləri gürəşdirdik. Dost Ya-

sinxeyrə pəhlivan (363 b) Sadiqlə deyil, digərləri ilə güləşməsi əmr edildi. 

Qaydaya zidd olmasına baxmayaraq, onun daha qüvvətlilərlə güləşməsi əmr 

edildi. Səkkiz adamla yaxşı güləşdi.  

İkindi çağı Sultan Məhəmməd Bəxşi qayıqla o tərəfdən gəldi və asilə-

rin Sultan Mahmud dediyi Sultan İskəndər oğlu Mahmud xanın məğlubiyyət 

xəbərini gətirdi. Günorta üstü buradan gedən casus da asilərin məğlubiyyət 

xəbərini gətirdi. Günorta ilə ikindi arasında gələn Tac xan Sarənghaninin ər-

zi-halı də casusun xəbərinə uyğundu. 

Sultan Məhəmməd gəlib təfsilatı nəql etdi. Düşmən gəlib Çünarı mü-

hasirəyə almış, bir az savaşmış, lakin bizim gəldiyimiz dəqiqləşən kimi ora-

dan getmişdir. Benaresə keçən əfqanlar da təlaşla geri dönüb suyu keçəndə 

iki gəmi batmış və xeyli adamları boğulmuşdur. 

Ertəsi gün altı küruh yürüyərək Piyaq pərgənələrindən Siravəliyə gəl-

dik. Mən gəmiylə  gəldim. Çin Teymur Sultan ilə Toxta Buğa Sultan yarı 

yolda hüzura qəbul edilmək üçün gözləmişdilər. Sultanları da gəmiyə dəvət 

etdim. Toxta Buğa Sultan yada daşı ilə sehir etmişdi. Şiddətli bir külək qo-

pub yağmur yağmağa başladı. Gözəl bir hava oldu. Bu hava məcun yemə-

mizə səbəb oldu. Keçən gün məcun yediyimizə baxmayaraq bugün də yedik. 

Yurda gedib ertəsi gün də orada qaldıq. 

Çərşənbə axşamı günü təkrar atlandıq. Ordugahın qarşısında yaşıl və 

böyük bir ada vardı. Gəmiylə oraya keçib adayı gəzdikdən sonra ilk pəhərdə 

təkrar gəmiyə girdim. 

At üzərində çay kənarında gedərkən bir qayanın üstündən keçdim. At 

çatlamış qayanın üstünə çıxanda qaya uçdu. Mən dərhal sıçrayaraq özümü 

kənara atdım. At isə uçmadı. Atın üzərində qalmış olsaydım, çox ehtimal ki, 

atla birlikdə yuvarlanacaqdıq. 

O gün Qanq çayını qulac ataraq keçdim. Hər qulacı saydım, otuz üç 

qulacla keçdim və orada dincəlmədən geri üzərək təkrar bu tərəfə keçdim. 

Bütün çaylari üzərək keçmişdim, bircə Qanq çayı qalmışdı. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə