Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə167/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   163   164   165   166   167   168   169   170   ...   189

BABURNAMƏ 

 

371



həmməd Calebana Qanq çayında körpü tikdiyi üçün uyğun bir ehsan  veril-

mişdi. Bu Məhəmməd ilə tüfənfəndazlardan Pəhlivan Hacı  Məhəmməd, 

Pəhlivan Bəhlul və Vəli Parsçıya da birər xəncər ehsan edildi. Ustad Əliqu-

lunin oğluna da bir xəncər ehsan edildi. Seyid Davud Gərmsiriyə altın və 

gümüş ehsan edildi. Qızım Məsumə ilə oğlum Hindalın adamlarına da düy-

məli yeləklər və qumaş xələtlər ehsan edildi. Əndicandan və bizim vilayət-

siz və vətənsiz dolaşdığımız yerlərdən, Suh və Hüşyardan gələnlərə də ye-

ləklər, qumaş xələtlər, altın, gümüş və hər cür əşya ehsan edildi. Qurban ilə 

Şeyxinin adamlarına və Kahmərdin (353 a) rəiyyətlərinə də yenə bu tərzdə 

ehsanlar verildi. 

Ziyafətdən sonra hind hoqqabazlarının gəlib oyunlarını göstərmələrini 

əmr etdim. Bunlar da gəlib hünərlərini göstərdilər. Hindistan hoqqabazları 

bizim tərəflərin hoqqabazlarında görünməyən bəzi hünərləri də göstərirlər. 

Bunların bir neçəsi budur: yeddi xalqadan birini alnına, ikisini dizlərinə yer-

ləşdirib ikisini əl barmaqları, ikisini də ayaq barmaqlarıyla sürətli və dur-

madan döndərirlər. Bir də tovuz yürüyüşü kimi, bir əlini yerə dayayıb digər 

əli və iki ayağıyla üç halqayı sürətli və durmadan döndərirlər. 

Bir də bizim tərəflərın hoqqabazlan iki ağacı ayaqlarına bağlayaraq 

kəndirbaz ayaqlığı düzəldib gəzirlər, Hindistan hoqqabazları isə bir ağacla 

ayaqlıq düzəldib bunu ayaqlarına bağlamadan yeriyirlər. 

Bir də bizim tərəflərdə iki kəndirbaz bir-birinə tutunaraq iki mayallaq 

vururlar, hind kəndirbazları isə bir-birinə tutunaraq üç-dörd dəfə mayallaq 

vururlar. 

Bir də bir kəndirbaz altı-yeddi kari uzunluğunda sırığın bir ucunu beli-

nə dayayır, digər biri isə sırığa çıxıb (353 b) sırıq üstündə oyunlar göstərir. 

Bir də kiçık bir kəndirbaz böyük bir kəndirbazın başına çıxıb hərəkət 

etmədən durur. Aşağıdakı cambaz sürətlə sağa-sola yürüyüb hünərlərini 

göstərərkən bu kiçık də o onun başında dimdik və hərəkətsiz duraraq, öz hü-

nərlərini göstərir. 

Bundan başqa, bir çox rəqqasələr də gəlib rəqs etdilər. Axşama doğru 

altın, gümüş və misdən bir çox para saçıldı. Böyük bir gurultu və izdiham 

oldu. 


Axşam ilə yatsı arasında beş-altı yaxın dostu yanıma alıb oturtdum. 

Bir pəhərdən artıq oturduq. Ertəsi sabah ikinci pəhərdə gəmiyə minib Həşt-

Behiştə gəldik.  

Səfər hazırlığını tamamlamış olan Əsgəri bazar ertəsi günü gəlib ha-

mamda izin alaraq şərqə doğru hərəkət etdi. 

Çərşənbə axşamı günü Dulpurda tikilməsini əmr etdiyim hovuz və qu-

yunu görməyə getdim. Bir pəhər və bir geridə bağdan atlanaraq gecənin ilk 

pasından beş geri keçəndə Dulpur bağına vardıq. 

Cümə axşamı günü, ayın on birində [=24 dekabr] daş quyu, iyirmi altı 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



372

daş arx, daş sütun və yekparə qayadan qazılan arxlar tamamlanaraq, o günün 

üçüncü pəhərindən etibarən quyudan su çəkilməyə başlandı. Dulpurda çalış-

maqda  (354 a) olan daşçı, dülgər və  işçilərə Aqradakı ustalar və  işçilərə 

olduğu kimi ehsanlar verildi. 

Quyu suyunun qoxusunun önünə keçmək üçün tədbir olsun deyə on 

beş gün boyunca gecə-gündüz heç durmadan çarxı döndürərək su çəkmələri-

ni əmr etdik. 

Cümə günü ilk pəhərə bir geri qalanda Dulpurdan hərəkət etdik. Gü-

nəş hələ batmamışdı ki çaydan keçdik.  



 

CAMDAKI QIZILBAŞ VƏ ÖZBƏK 

SAVAŞININ ŞAHİDİNİN SÖYLƏDİKLƏRİ 

 

Çərşənbə axşamı günü, ayın on altısında [=29 dekabr] qızılbaş ilə 



özbək savaşında olan Div Sultanın adamı gəldi və bu bilgiləri verdi: Cam və 

Xırgird civarında aşura günü türkmənlər ilə özbəklər arasında səf hərbi olur. 

Sabahd an günortaya qədər vuruşurlar. Özbəklərin üç yüz min olduğunu 

söylədi, türkmənlər qırx-əlli min adammış, qaraltısını yüz min təxmin etdi. 

Lakin özbəklər öz adamlarını yüz beş min olaraq göstərirlər. 

Qızılbaşlar rum tərzində arabalar, zərbzən və tüfəngəndazla dəstə-dəs-

tə özlərini örtüb vuruşurlar. İki min araba və altı min tüfəngəndaz var imiş. 

Şahzadə və Cüha Sultan iyirmi min yaxşı igidlə birlikdə arabaların qurduğu 

sipərin içində durur, digər bəyləri isə arabaların dışında sağ  və sol qolları 

(354b) nizamlayır. Özbəklər gələndə dışandakı adamları məğlub edib vura- 

vura sürür, arxadan mühasirəyə alıb dəvə  və sursatı  ələ keçirirlər. Axırda 

arabaların içindəkilər zənciri açıb dışarı  çıxırlar. Burada müdhiş bir savaş 

olur. Özbəklər üç dəfə dönərək hücum edirlər. Tanrı təalanın inayəti ilə qı-

zılbaşlar özbəkləri məğlub edirlər. 

Küçüm xan, Übeyd xan və Əbu Səid Sultan başda olmaq üzrə doqquz 

sultan  əsir düşür.  Əbu Səid Sultan həyatda imiş; digər səkkiz sultan ölür. 

Übeyd Sultanın başını tapa bilmirlər, amma bədənini tapırlar. Özbəkdən əlli 

min və türkməndən isə iyirmi min adam tələf olur. 

Həmin gün on altı günlük müddətlə Cunepura getmiş olan Qiyasəddin 

Qurçu gəldi. Sultan Cüneyd və adamları Haridə əsgər sövq etmişlər, bu üz-

dən zamanında yetişə bilməzlərmiş. Sultan Cüneyd ağızdan bunları söylə-

miş:  şükür ki, tanrı inayəti ilə bu tərəflərdə padşahın iştirakını vacıb qılan 

bir iş görünmür. Mirzə gəlsə və bu civardakı sultan, xan və əmirlərə Mirzə 

ilə birlikdə hərəkət etmələri fərman olsa, ümid edilir ki, bütün işlər asanlıqla 

gerçəkləşəcəkdir. (355a) 

Gərçi Sultan Cüneyddən belə bir cavab gəldi, lakin kafir Sanka müha-

ribəsindən sonra Molla Məhəmməd Məzhəb də Benqala elçi göndərilmişdi 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə