Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə168/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   164   165   166   167   168   169   170   171   ...   189

BABURNAMƏ 

 

373



və bugün-sabah gələcəyini söyləyirdilər. Onun xəbərini də gözlədik. 

Cümə günü, ayın on doqquzunda [=l yanvar 1529] məcun yeyib bir 

neçə yaxın dostla xəlvətxanada otururdum, Molla Məhəmməd Məzhəb, ax-

şam vaxtı, ki şənbə gecəsidir, gəlib mülazimət etdi. O tərəfdəki vəziyyəti 

bir-bir soruşub öyrəndik: benqallar bizə itaət edir və bizə tərəfdardırlar. 

Bazar günü [=3 yanvar] türk və hind əmirlərini xəlvətxanaya çağıraraq 

danışıb məsləhətləşdik. Bu sözlər ortaya atıldı: benqallara elçi göndərərək 

onların bizə itaət etdiklərini və  tərəfdar olduqlarını öyrəndik. Benqala get-

mək faydasızdır; çünki oranın civarında  əsgərin işinə yarayacaq xəzinə 

yoxdur. Qərb tərəfində isə bəzi yerlər vardır ki, həm yaxındır, həm də xəzi-

nələri vardır. 

Malı vafir, eli kafir, yol yavuq,  

Şərq sarı gər iraqdır, ol yavuq. 

Axırda buna qərar verildi: mən qərb tərəfinə gedəcəyəm, yolumuz ya-

xın olduğu üçün bir neçə gün burada qalıb şərq tərəfindən arxayın olduqdan 

sonra (355 b) oraya yola düşəcəyəm. 

Qiyasəddin Qurçuya iyirmi gün müddət verərək Qanq çayının digər 

tərəfindəki bütün sultan, xan və  əmirlərin  əsgərini  ətrafına yığaraq bu asi-

lərin üstünə yürümələrini bildirən fərmanlarla birlikdə təkrar Purab əmirlə-

rinə qasid kimi göndərildi. Bu fərmanları oraya götürəcək, sonra da oradan 

xəbər alıb vaxtında gəlib bizə yetişəcəkdi.  

 

BƏLUCLARIN ÜSTÜNƏ YÜRÜŞ 

 

O günlərdə bəluclarm gəlib bəzi yerləri yağmaladıqları haqqında Mə-



həmmədi Göyəldaşdan ərzi-hal gəldi. Bu işi Çin Teymur Sultana tapşıraraq 

Sihrind və Samanənin o tərəfində olan Adil Sultan, Sultan Məhəmməd Dul-

day, Xosrov Göyəldaş, Məhəmməd Əli Cəng-Cəng, Əbdüləziz Miraxur, Se-

yid Əli, Vəli Qızıl, Qaraca, Həlahil, Aşiq Bəkavul, Şeyx Əli, Kəttə, Gücür 

xan, Həsən Əli Səvadi kimi komandanların Cin-Teymur Sultanın ətrafında 

yığılaraq altı aylıq sursatla bəluclarm üstünə yürümələri, bu zaman hamının  

Cin-Teymur Sultanın bütün əmirlərinə tabe olması haqqında fərmanları gö-

türməklə də Əbdülqaffar Tavaçıya həvalə olundu. 

Verilən qərara görə, o, bu fərmanları öncə Çin Teymur Sultana götü-

rəcək və ondan sonra adı  çəkilən bəylərə  (356 a) göstərəcəkdi. Bunların 

hamısının əsgərləri ilə birlikdə Çin Teymur Sultan tərəfindən təyin olunacaq 

toplanma yerinə  gəlmələrini təmin edəcəkdi.  Əbdülqaffar özü də  səfərdə 

onlarla birlikdə olacaq və hər hansı bir adamda süstlük və səhlənkarlıq görsə 

bizə bildirəcəkdi, qüsur göstərənlər dərəcə və rütbələri alınaraq özləri vila-

yət və pərgənələrindən uzaqlaşdırılacaqdı. 

Bu fərmanları verib ağızdan söylənəcək sözləri də söyləyərək Əbdül-




Zəhirəddin Məhəmməd BABUR  

 

 



374

qaffarı yola saldıq. 

Bazar gecəsi, ayın iyirmi səkkizində [=8 yanvar] saat üç pəhər və altı 

geri olanda Cundan keçərək Dulpurdakı Baği-Nilüfərə hərəkət etdik. Bazar 

günü, üçüncü pəhərə doğru bağa gəldik. Bağın ətrafında və civarında özləri-

nə bina və bağlar saldırmaları üçün bəy və elçilərə yer və yurd təyin edildi. 

Cümə axşamı günü cəmadiyüləvvəl ayının üçündə [=14 yanvar] bağın 

cənub-qərb tərəfində hamam üçün bir yer seçdik. Hamam tikiləcək yeri dü-

zəltdtilər. Bu düzəldilmiş yerdə hamamın təməlini qoyduqdan sonra hama-

mın inşa edilməsini və bir otağında bir hövzi-kəbir tikilməsini əmr etdim. 

O gün Xəlifə Aqradan Qazı Ciya ilə Bir-Sing Divin ərzi-hallarını (356 

b) göndərmişdi: Beharı İskəndərin oğlu Mahmud zəbt etmişdi. Bu xəbər gə-

lincə qoşun çəkmək niyyətilə ertəsi cümə günü, altıncı geridə Bağı- Nilufər-

dən atlanaraq axşam üstü Aqraya gəldik. Məhəmməd Zaman Mirzə də Dul-

pura gedirmiş, yolda bizə rast gəldi. Cin Teymur Sultan da o gün Agraya 

gəlmişdi. 

Şənbə günü, bəylər məsləhətə dəvət edildi və cümə axşamı günü, ayın 

onunda [=21 yanvar] Puraba doğru hərəkətə keçilməsinə qərar verildi. 

Həmin şənbə günü Kabildən məktub və xəbər gəldi: Hümayun o tərəf-

dəki əsgəri yığıb Sultan Veysi də yanına alaraq qırx-əlli minə yaxın adamla 

Səmərqəndin üzərinə  hərəkətə keçmişdi. Termizdən yürüyüb Qabadiyanı 

alan Tursun Məhəmməd Sultan kömək istəmişdi. Hümayun da Tülək Göyəl-

daş ilə Mir Hurdu izdihamlı bir qüvvə və mövcud moğollarla birlikdə Tur-

sun Sultana yardıma göndərmiş, sonra, özü də arxasından hərəkət etmişdi.  

 

BABUR ŞƏRQ SƏFƏRİNƏ HAZIRLAŞIR 

 

Cümə axşamı günü, cəmadiyüləvvəl ayının onunda [=21 yanvar] 



üçüncü geridən sonra Puraba getmək üzərə yola çıxıb Cəlisir kəndindən bir 

az yuxarıda (357a) Cundan gəmiylə keçərək Bağı-Zərəfşana gəldim. 

Tuğ, nağara, axır və bütün əsgərin bağın qarşısına, suyun digər tərəfi-

nə enmələri və hüzura çıxacaq adamların suyu gəmiylə keçərək gəlmələri 

əmr edildi. 

Şənbə günü benqal elçisi İsmayıl Mita benqalların hədiyyələrini gəti-

rib Hindistan tərzində mülazimət etdi. Bir ox atımı yerə qədər gəlib sayğıla-

rını ərz etdikdən sonra geri döndü. Sir-muyinə dedikləri xələti geydirib gə-

tirdilər. Bizim tərzdə üç dəfə yükünərək gəlib Nüsrət şahın ərzi-halını verdi 

və gətirdiyi hədiyyələri təqdim edib geri qayıtdı. 

Bazar ertəsi günü Xoca Əbdülhaq gəldi, gəmiylə sudan keçərək Xoca-

nın çadırına gedib mülazimət etdim. Çərşənbə axşamı günü də Həsən Çələbi 

gəlib mülazimət etdi. 

Əsgərin hazırlıqlarını tamamlamaq üzrə bir neçə gün çarbağda qaldıq. 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə