Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə24/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   20   21   22   23   24   25   26   27   ...   131

 
49 
Müxtəlif  meyarlara  görə  instiqrazları  təsnif  edərkən  onları  bir  neçə  qrupa  bölmək 
olar.Emitent növünə görə: 
1. mərkəzi hökumətin qiymətli kağızları; 
2. bələdiyyə qiymətli kağızları; 
3. dövlət idarəsi qiymətli kağızları; 
4. dövlət statusu verilmiş qiymətli kağızlar. 
Tədavül formasına görəbazar qiymətli kağızları. (Bu növ qiymətli kağızlar onların ilkin 
yerləşdirilməsindən  sonra  sərbəst  alınıb-satıla  bilir);  qeyri-bazar  qiymətli  kağızları.  (Bu  növ 
qiymətli  kağızlar  onların  sahibləri  tərəfindən  alınıb-satıla  bilməz,  amma  müəyyən  müddətdən 
sonra emitentə qaytarıla bilər). 
Tədavül müddətinə görə
- qısamüddətli, adətən 1 il müddətinə buraxılır; 
- ortamüddətli (15 il); 
- uzunmüddətli (1015 il).  
Gəlirlərin ödənmə vasitəsinə görə: faizli qiymətli kağızlar (faiz dərəcəsi təsbit edilmiş – 
uzun və ya pilləli ola bilər); diskont qiymətli kağızlar (nominaldan az qiymətə yerləşdirilir və bu 
gəlir istiqraz üzrə gəliri əmələ gətirir);  ndeks edilən istiqrazlar (Nominal qiyməti hər zaman artır.  
Bələdliyyə  qiymətli  kağızları.    Bu  dövlət  yerli  icra  hakimiyyəti  orqanlarının  yerli  büdcə 
kəsiri və ya qeyri-büdcə məqsədi ilə qiymətli kağız buraxmaqla finans resurslarını cəlb etməyin 
bir yoludur. Yerli hakimiyyət orqanları əlavə finans vəsaitlərini istədiyi hər cür məqsədlər üçün 
istifadə edə bilər və bunu da aşağıdakı şəkildə qruplaşdırırlar: 
1. yerli büdcə kəsirinin müvəqqəti doldurulması üçün; 
2. mənfəətsiz obyektlərin finansmanı üçün; 
3.  Sosial  təyinatlı  obyektlərin  tikilməsi,  yenidən  qurulması  və  təmiri  (məktəb,  xəstəxana, 
muzey, kitabxana və s.); 
4.  Yerli  infrastruktur  obyektlərinin  tikilməsi,  yenidən  qurulması  və  təmiri  (yolların, 
körpülərin, su hövzələri və s.); 
5. mənfəətli layihələrin finansmanı. Qoyulan sərmayə bir neçə il ərzində əldə edilən gəlir 
hesabına ödənilir; 
6.  mənzil-tikinti,  təmir  və  yenidən  qurulma  layihələrinin  finansmanı.  Bir  qayda  olaraq  bu 
layihə öz xərclərini tikinti yaşayış fondunun satılması hesabına ödəyir. 
Bələdiyə  qiymətli  kağızlarının  əsas  alıcıları  yerli  əhali,  kommersiya  bankı,  sığorta  və 
pensiya fondları hesab edilir. 
Göstərilən  bu  qiymətli  kağızların  alınması  investorlara  iki  əsas  səbəbdən  maraqlı  hesab 
edilir: 
1. vergi güzəştlərinin olduğuna görə bank depozitlərinə nisbətən gəlirliliyin çox olması; 
2.  digər  qiymətli  kağızlara  nisbətən  yüksək  etibarlılığın  olması.  Bələdiyyə  qiymətli 
kağızlarından daha yüksək etibarlılığa hökumətin buraxdığı qiymətli kağızlar sahibdir. 
Bələdiyyə  istiqrazlarının  buraxılış  qərarını  yerli  icra  hakimiyyəti  orqanı  qəbul  edir. 
Bələdiyyə  istiqraz  vərəqələrinin  yerləşdirilməsi  isə  bu  iş  üçün  bir  və  ya  bir  neçə  vəkil  edilmiş 
kommersiya bankları və yaxud da digər kommersiya strukturlarının vasitəçiliyi ilə həyata keçirilə 
bilər.  Bu  cür  vasitəçilər  konkurs  əsasında  seçilir.  Adətən  bələdiyyə  istiqrazları  sərbəst  tədavül 
edilir.  Onların  sahibləri  bu  instiqrazları  bərpa  və  ya  qeyri-bərpa  bazarlarında  sərbəst  alıb-sata 
bilər.  stiqrazın  müddəti  bitdikdən  sonra  istiqraz  emitent  tərəfindən  onun  nominal  qiyməti  ödə-
nilməklə geri alınır. 
Qiymətli  kağızların  ilkin  emissiya  prosedurası  aşağıdakı  mərhələlərdən  ibarətdir.  Əgər 
açıq tipli səhmdar cəmiyyətdirsə, onda aşağıdakı kimi olur: 
1. emitent tərəfindən qiymətli kağızların ixrac edilməsi qərarının qəbul edilməsi; 
2.  emitent  tərəfindən  qiymətli  kağızların  emissiya  layihəsinin  hazırlanması  və  təsdiq 
edilməsi; 
3. qiymətli kağızların icraçısının dövlət qeydiyyatından keçməsi; 
4. emissiya layihəsi barədə məlumatları açıqlamaq; 


 
50 
5. qiymətli kağızların şəhadətnamələrinin hazırlanması; 
6. ixracın nəticələri barədə hesabatın qeydiyyatdan keçməsi və onların elan edilməsi; 
Qiymətli kağızların qapalı səhmdar cəmiyyətdə yerləşdirilməsi halı üçün: 
1. emitent tərəfindən qiymətli kağızların ixrac edilməsi qərarının qəbul edilməsi; 
2. qiymətli kağızların ixracının və emissiya layihəsinin dövlət qeydiyyatından keçməsi; 
3. qiymətli kağızların yerləşdirilməsi; 
4.  ixracın  nəticələri  barədə  hesabatın  dövlət  qeydiyyatından  keçməsi.  Beləliklə,  qiymətli 
kağızların  emissiya  prosesi  bir  neçə  əsas  mərhələlərdə  formalaşır  və  birinci  mərhələni  hazırlıq 
mərhələsi hesab etmək olar. 
SC  təsis  edilməmişdən  qabaq  yaradılacaq  yeni  təsis  strukturunun  əlverişli  olub-olmadığı 
məsələsi  həll  olunmalıdır.  Hesabat  və  analizlər  aparılmalıdır  ki,  yeni  yaranan  SC  istehsal  və 
təsərrüfat proseslərini daha effektli şəkildə təşkil etməyə imkan verəcək və yenidən onun SC is-
tehsal etdiyi məhsullar rəqabətə davam gətirəcək. 
Qiymətli  kağızların  təkrar  ixracı  zamanı  eldə  edilən  vəsait  investisiya  fəaliyyətinin 
finansmanında  istifadə  edilir.  Bu  zaman  daha  effektli  mənbə  və  finansman  mexanizmi  işlənib 
hazırlanmalıdır.  Əgər  şirkət  yeni  emissiya  keçirməyi  planlaşdırırsa,  onda aşağıdakıları müəyyən 
etməlidir: 
1. emissiyanın həcmi; 
2. qiymətli kağızların yerləşdirilməsi şərtləri; 
3.  qiymətli  kağızlar  bazarında  yerləşdirəcəyi  emissiya  qiyməti.  Qiymətli  kağızın  ixracı 
məsələsini həll etmək üçün aşağıdakı istiqamətlər üzrə analitik işlərin aparılması tələb edilir; 
4.  şirkətin  fəaliyyət  göstərdiyi  sahənin  analizi  (və  yaxud  da  yeni  yaradılacaq  şirkətin 
fəaliyyət sahəsi); 
5.  şirkətin  fəaliyyət  göstərdiyi  sahədə  vəziyyətin  öyrənilməsi;  SC-nin  finans  vəziyyətinin 
analizi. 
Belə  hazırlıq  vəziyyətinin  nəticəsi  olaraq  qiymətli  kağızın  ixrac  edilib-edilməməsi 
məsələsini həll etmək. 
Ə
gər  biz  qiymətli  kağızı  ixrac  edəcəyimizə  qərar  veririksə,  onda  aşağıdakı  addımlar 
atılmalıdır: 
1. buraxılacaq qiymətli kağızın növü müəyyən edilir; 
2. qiymətli kağızın buraxılması təşkil edilir; 
3. qiymətli kağızın emissiya və buraxılma vaxtı əsaslandırılır, aksiyanın ictimai ixracı üçün 
lazım olan pul vəsaiti müəyyən edilir. 
Qanuna  və  nizamnaməyə  uyğun  olaraq  qiymətli  kağızın  buraxılması  qərarını  emitentin 
idarəetmə  orqanı  qəbul  edir.  Hazırlыq  mərhələsi  zamanı  2  ən  mühüm  sənəd  tərtib  edilməlidir: 
biznes  planı  və  qiymətli  kağızların  emissiya  layihəsi.  Qiymətli  kağızların  emissiya  layihəsinin 
işlənib hazırlanması prosesi ikinci mərhələ hesab edilirdi. Bu sənəd də əsasən yeni SC-nin yaradıl-
ması  və  yaxud  da  əlavə  qiymətli  kağızlar  ixrac  edilən  zaman  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 
normativ sənəddə üç informasiya öz əksini tapmalıdır: 
1. emitent haqqında əsas məlumatlar; 
2. onun maliyyə vəziyyətini xarakterizə edən məlumatların olması; 
3. ixrac ediləcək qiymətli kağızların xarakteristikası. Qiymətli kağızların emissiyasının 3-cü 
mərhələsi onların buraxılışının qeydiyyatdan keçməsidir. 
Qiymətli  kağızların  təkrar  ixracının  qeydiyyatdan  keçməsi  üçün  lazım  olan  normativ 
sənədlər aşağıdakılardır: 
1. qeydiyyatdan keçməsi üçün ərizə; 
2. qiymətli kağızın buraxılması qərarı; 
3. notariusda təsdiq edilən təsis sənədlərinin surətləri; 
4. emissiya layihəsi (2 nüsxə); 
5.  ödəmə  tapşırığının  surəti  (qiymətli  kağızlarla  əməliyyata  görə  verginin  ödənilməsi 
haqqında ödəmə tapşırığı surəti (emissiya məbləğinin 0,8 %-i) 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə