Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə22/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   18   19   20   21   22   23   24   25   ...   131

 
45 
Bazar qiyməti - aksiyanın ikinci bazarda alınıb-satıldığı qiymətdir. Bazar qiyməti, adətən, 
fond  birjalarında  alqı-satqı  zamanı  müəyyən  edilir  ki,  bu  qiymət  də  aksiyanın  real  qiymətidir. 
Birja kursu tələb və təklifə uyğun olaraq müəyyən edilir. Təklif qiymətini satıcı, tələb qiymətini 
isə alıcı müəyyən edir. 
Qiymətli  kağızın  kursu  çoxlu  tələb  nəticəsində  təklif  qiymətinə  bərabər  olur,  lakin  artıq 
qiymətli kağız olduqda isə tələb qiymətinə bərabər olur. Beləliklə də real kurs qiyməti qiymətli 
kağızı alan və satanın tələbi əsasında müəyyənləşir. 
nvestor aksiyanın gəliri barədə təsəvvürləri dəyişərsə, onda qiymətlər də dəyişər. Bir qayda 
olaraq, bazar şəraiti də nəzərə alınır. Buna görə birja iş günü ərzində aksiyanın satış qiyməti də 
dəyişə bilər.  lk görülən saziş qiyməti açılış qiyməti, sonuncu isə bağlanma qiyməti adlandırılır. 
Gün ərzində aksiyaya verilən ən yüksək və ən aşağı qiymət müəyyən edilir. 
Ə
n yüksək qiymət və ən aşağı qiymət nəinki bir gün üçün, eləcə də bir həftəlik, bir aylıq, rüblər 
üzrə və illik müəyyən edilir. Bu bizə bu və ya digər aksiyanın bazar qiyməti tendensiyasını müəyyən 
etmək imkanı verir. Açılış qiyməti əhəmiyyətli dərəcədə bağlanma qiymətindən fərqlənə bilər. Aksi-
yanın qiymətinin dəyərləndirilməsi zamanı aksiyanın kurs və ya balans qiyməti əsas rol oynayır. Əgər 
kurs  qiyməti  balans  qiymətindən  yüksəkdirsə,  bu  birja  artımını  göstərir.  Balans  qiyməti  emitentin 
aksiyalarını listinqdən köçürmək istədiyi zamanı auditorlar tərəfindən müəyyən edilir. 
Qiymətli kağıza sahib olan investor aksiyalar üzərində yalnız divident ala bilər. Dividentin 
həcmini  müəyyən  edən  faktorlar  isə  onun  ödəmə  şərtləri  xalis  gəlirin  çoxluğu  və  onun 
bölüşdürülmə nisbətidir. 
Aksiyanın gəlirliliyinə təsir edən əsas amillər aşağıdakılardır: 
1. divident ödənişlərinin kəmiyyəti (xalis gəlirdən törəmə kəmiyyət və onun paylaşdırılması 
proporsiyası); 
2. bazar qiymətlərinin enib-qalxması; 
3. inflyasiyanın səviyyəsi; 
4. vergi iqlimi. 
Qərb  fond  bazarlarında  fəaliyyət  göstərən  operatorlar  gəlirliliyinə  görə  aksiyaları  aşağıdakı 
kateqoriyalara bölürlər: Yüksək likvidli aksiyalar və kurs qiymətinin artmasında lider olan aksiyalar 
Gəlirliyi çətin proqnoz edilən aksiyalar qrupunu isə spekuliyativ aksiyalar təşkil edir. 
stiqrazların  ümumi  xarakteristikası.  stiqraz  onu  ixrac  edənlə  sahibkar  arasında  borc 
münasibətlərini  təsdiq  edən  qiymətli  kağızdır.  stiqraz  öz  sahibinə  təsbit  edilmiş  gəlir  saxlayır. 
Aksiya  və  istiqrazın  prinsipial  fərqləri  vardır.  nvestor  aksiyanı  almaqla  emitent-şirkətin 
mülkiyyətçisinə,  istiqrazı  almaqla  isə  şirkətin  kreditoruna  çevrilir.  Bundan  başqa  aksiyalardan 
fərqli olaraq, istiqrazlar müddətli olur;  stiqrazın aksiyadan bir fərqi də ondan ibarətdir ki, ilk öncə 
istiqrazlar üzrə faizlər ödənilir, aksiyalar üzrə divident. Bundan başqa, şirkət ləğv edilən zaman 
səhmdarlar şirkətin əmlakına yalnız istiqraz vərəqələri üzrə borclar ödənildikdən sonra sahib ola 
bilərlər.  Əgər  aksiya  bir  mülkiyyət  tituludursa  və  öz  sahibinə  şirkətin  idarə  edilməsində  iştirak 
etmək  hüququ  verirsə,  istiqraz  isə  bir  borc  aləti  olmasına  baxmayaraq,  bu  hüququ  verə  bilmir. 
Dünya praktikasında istiqrazlar növlərinə görə bir-birlərindən fərqlənirlər. Müxtəlif göstəricilərinə 
görə istiqrazları aşağıdakı şəkildə təsnifatlaşdırmaq olar: 
1) emitentə görə istiqrazlar; 
1.1. dövlət; 
1.2. bələdiyyə;  
1.3. korporasiya;  
1.4. xarici; 
2) tədavülə buraxılma müddətindən asılı olaraq istiqrazları 2 böyük qrupa bölmək olar: 
2.1.  qabaqcadan  şərtləndirilmiş  ödənilmə  müddəti  ilə  olan  istiqrazlar.  Onlar  da  öz 
növbəsində aşağıdakı kimi olur; 
2.1.1. qısamüddətli; 
2.1.2. ortamüddətli; 
2.1.3. uzunmüddətli; 


 
46 
Vaxt müddəti hər bir dövlətdə müxtəlif cür olur. Məsələn ABŞ-da qısamüddətli istiqrazlar 
1-3 ilə qədər, ortamüddətli istiqrazlar 3-7 ilə qədər, uzunmüddətli istiqrazlar 7 ildən yuxarı; 
2.2. istiqrazlar təsbit edilməmiş ödənilmə müddətli. 
2.2.1 müddətsiz və ödənilməmiş; 
2.2.2. geri çağrılan istiqrazlar. Emitent tərəfindən ödənilmə müddətindən əvvəl geri çağrıla 
bilər; 
2.2.3.  uzadılmış istiqrazların investora ödənilmə müddətini uzatmaq və bu müddət ərzində 
faiz almağı davam etdirmək hüququ var; 
2.2.4. möhlətli istiqrazların emitentə ödənilmə müddətini uzatmaq hüququ var. 
3) istiqraza sahib olma tərzindən asılı olaraq: 
3.1. adlı istiqrazlar. Burada sahib olma hüququ istiqrazın reyestri və reyesterdə sahibkarın 
adının daxil edilməsi ilə təsdiq edilir; 
3.2.  təqdim  edilənin  adına  olduqda  sahib  olma  hüquqları  sadə  yolla    istiqrazın  təqdim 
edilməsi ilə təsdiq edilir; 
4)  stiqraz vərəqələrinin buraxılma məqsədlərinə görə istiqrazlar aşağıdakı kimi olur. 
4.1.  adi.  Bu  növ  istiqrazlar  adətən  emitentin  borclarının  maliyyələşdirilməsi  və  ya  əlavə 
maliyyə ehtiyatları cəlb etməklə müxtəlif növ tədbirlərdə istifadə edilə bilər; 
4.2.  məqsədli.  Bu  növ  istiqrazların  satışından  əldə  edilən  vəsait  konkret  investisiya 
layihələrinin  və  konkret  tədbirlərin  finansmanına  yönəldilir  (məs.  körpünün  tikilişinə,  telefon 
xətlərinin çəkilişinə və s.); 
5) yerləşdirilmə üsullarına görə: 
5.1. sərbəst yerləşdirilən istiqraz vərəqələri; 
5.2. icbari qaydada yerləşdirilməsi tələb edilən istiqrazlar; 
6)  Borc  alınmış  məbləğin  ödənilməsi  formasından  asılı  olaraq  istiqraz  aşağıdakı  kimi 
qruplaşdırılır. 
6.1. pul formasında ödənilməklə; 
6.2. natural formada. Ödəmə natural formasında olur. Məsələn, SSR -də 20-ci illərdə buraxılan 
çörək istiqrazları, 1993-cü ildə buraxılan Avto VAZ-ın istiqrazlarını misal göstərmək olar 
7) nominalın ödənilməsi metoduna görə: 
7.1. istiqrazların nominalının ödənilməsi birdəfəlik ödənilmə ilə ola bilər; 
7.2.  nominalın  ödənilməsi  müddəti  bölüşdürülmüş  istiqrazlar  da  vardır  ki,  bu  zaman 
nominalın ödənilməsi müəyyən vaxt çərçivəsi ərzində baş verir; 
7.3. istiqrazın ümumi təsbit edilmiş miqdarının ardıcıllıqla ödənilməsi yolu ilə (lotareya və 
tarif vərəqələri); 
8) emitetin istiqraz vərəqələri üzrə ödənişlərinin aparılması aşağıdakı şəkildə olur: 
8.1.  istiqrazların  bəziləri  üzrə  ödənişlər  yalnız  faizlərin  ödənilməsi  ilə  aparılır,  kapital 
qaytarılmır, daha dəqiq desək, emitent konkret vaxtı bildirilmədən onların geri alınma imkanları 
bildirilir. Bu cür istiqrazlar XVIII əsrdə buraxılmış ingilis konsollarını misal göstərmək olar. Bu 
istiqrazlar hal-hazırkı dövrdə də tədavül edilir; 
8.2.  bəzi  istiqrazlar  da  vardır  ki,  onun  yalnız  nominal  kapitalı  qaytarılır,  heç  bir  faiz 
ödənilmir; 
8.3. istiqrazlar da vardır ki, onlar üzrə faizlər istiqrazın müddəti bitənə qədər ödənilir. Lakin 
müddət bitdikdən sonra isə investor həm istiqrazın nominal qiymətini, həm də ümumi faiz gəlirini 
ə
ldə etmiş olur; 
8.4.  istiqrazlar  da  vardır  ki,  kapitalın  nominal  qiyməti  qaytarılır,  onlar  üzrə  faizlərin 
ödənilməsinə isə təminat verilmir və şirkətin fəaliyyətinin nəticələrinə bağlı olur; 
8.5. istiqrazlar da vardır ki, öz sahiblərinə dövri təsbit edilən gəlir və nominal qiymətin əldə 
edilməsi hüququnu verir; 
9) gəlirin dövri ödənilməsi kuponlarla aparılır; 
9.1. təsbit edilmiş kupon tarifli istiqrazlar; 
9.2. üzən kupon tarifli istiqrazlar. Burada kupon tarifi borc faiz dərəcəsinin səviyyəsindən 
asılıdır; 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə