Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə18/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   14   15   16   17   18   19   20   21   ...   131

 
37 
3.  Yığım meyli; 
4.  Sosial sığorta fondları sığorta şirkətləri; 
5.  Pensiya fondları; 
6.  Sosial müdafıə fondu.  
Yuxarıdakı amillər inkişaf etdikcə, bazarda qiymətli kağızlara tələb də artır. Qiymətli kağız 
bazarındakı təklifə təsir edən amillər aşağıdakılardlr: 
1) yeni qurulan səhmdar şirkətlər; 
2) mövcud şirkətlərin xalqa açılması; ( PO tədbiri) 
3) xalqa açıq mövcud şirkətlərin sərmayə artımı. 
 
 
1.7.  Q YMƏTL    KAĞIZ  BAZARI   
 
Qiymətli kağızlar bazarının bir sıra fiınksiyaları vardır ki, onlan şərti olaraq iki qrupa bölmək olar: 
ümumi bazar funksiyaları (hər bir adi bazara xas olan) və xüsusi funksiyalar - bu funksiya onu digər 
bazarlardan fərqləndirir. 
Ümumi qiymətli kağızlar bazar fünksiyalarına aşağıdakılar aid edilir: 
1.  Kommersiya funksiyası - bazarda görülən əməliyyatlardan gəlir əldə etmək funksiyası; 
2.  Qiymət funksiyası; 
3.  nformasiya funksiyası - bazarın ticarət obyektləri və onun iştirakçıları haqqında olan bazar 
məlumatlarının bazar iştirakçıları üçün hazırlanması və çatdırılması; 
4.  Tənzimləyici funksiya bazarda ticarət və iştirak etmək üçün qayda-qanunlar yaradır, 
iştirakçılar arasında mübahisələri həll edən nəzarət orqanlarını və yaxud da idarə orqanlarını təşkil 
edir. 
Qiymətli kağızlar bazarının xüsusi fünksiyalarına isə aşağıdakıları aid etmək olar: 
1.  Yenidən bölüşdürülmüş funksiya; 
2.  Qiymət və finans risklərinin sığortası funksiyası: 
Yenidən  bölüşdürülmüş  fumksiyanın  özünü  şərti  olaraq  3  yerə  bölmək  olar:  Pul  vəsaitlərinin 
bazar  fəaliyyəti  sahələri  və  sferaları  arasında  yeni  bölüşdürülməsi:  Əmanətlərin  qeyri-istehsal 
formasından  istehsal  formasına  çevrilməsi  və  dövlət  büdcəsi  kəsirinin  qeyri-informasiya  əsasında 
maliyyələşdirilməsi, yəni tədavülə əlavə pul vəsaitlərinin buraxılmaması. 
Qiymət və  finans risklərinin sığorta edilməsi  funksiyasının meydana  gəlməsi törəmə qiymətli 
kağızlar olan fyuçers və opsionların meydana gəlməsi nəticəsində mümkün olmuşdur. 
Qiymətli kağız bazarları quruluşlarındakı qanuni xüsusiyyətlər baxımından üç ana qrupa ayrılır: 
1) Dövlət qiymətli kağız bazarları. Qanun ilə qurulan, idarə heyəti və qaydaları rəsmi məqamlar 
tərəfindən müəyyən edilən bazarlardır; 
2) Özəl qiymətli kağız bazarları. Qiymətli kağız bazarlarının üzvləri tərəfindən qurulan, mənfəət 
məqsədi  olmayan  və  əsas  etibarı  ilə  əqidə  quruluşu  statusunda  olan  bazarlardır.  Anqlosakson 
ölkələrindəki qiymətli kağız bazarları buna nümunədir; 
3) Qarışıq xüsusiyyətə malik qiymətli kağız bazarları, qismən dövlət, qismən də özəl qiymətli 
kağız bazarlarının xüsusiyyətlərinə sahib bazarlardır. 
Fond  birjasının təməli 1801-ci ildə qoyulmuş və binası isə 1802-ci ildə tikilmişdir, ancaq birja 
qanuni  fəaliyyətə 1875-ci ildən başlamışdır.  Azərbaycanda fond birjası ilk dəfə 15  fevral 2001-ci il 
tarixdə fəaliyyətə başlamışdır. 
Qiymətli kağızlar bazarının strukturu va növləri. Qiymətli kağızlar bazarının strukturunda 
ə
sas 2 bazar götürülür:  Qiymətli kağızların birinci bazarı və qiymətli kağızların ikinci bazarı. 
Birinci  bazara  şirkətlər  və  bələdiyyə  orqanları  tərəfindən  ilk  ixrac  edilmiş  qiymətli  kağızlar 
çıxarılır.  Birinci  bazarda  istiqrazlar  və  aksiyalar  kimi  qiymətli  kağızlar  almıb-satılır.  Birinci  bazarın 
özəyi qiymətli kağızların ixracdan satın alınmasıdır. Birinci bazardan alınan qiymətli kağızlar ikinci 
bazarda satıla bilər, yeni əl dəyişdirilə bilər.  kinci bazar qiymətli kağızların hər an pula çevrilməsini 
saxlayan bazardır.  kinci bazar qiymətli kağızların likvidliyini artıraraq birinci bazara tələbi artmr və 
onun inkişafını təmin edir.  


 
38 
kinci bazarın özü dörd bazara bölünür: birja; qeyri-birja bazarı; üçüncü bazar və dördüncü 
bazar. 
Fond birjası.  kinci bazarın ən vacib elementlərindən biri fond birjasıdır. Fond birjası qiymətli 
kağızlar  bazarının likvidliyini  və onun tənzim  olunmasını təmin edir.  Fond birjası qiymətli kağızların 
bazar qiymətini müəyyən edir, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirməklə 
həmçinin onlar haqqında lazımı informasiyanın yayılmasını təşkil edir. 
Qeyri-birja  bazarında  qiymətli  kağızlar  birjada  qeydiyyatdan  keçmir.  Qeyri-birja  bazarı 
avtomatlaşdırılmış  şəkildə  fəaliyyət  göstərir  ki,  bu  da  alıcılara  və  satıcılara  qiymətli  kağızların  cari 
qiymətlərini izləmək imkanı verir. 
Üçüncü  bazar  qeyri-birja  bazarıdır  ki,  burada  qiymətli  kağızların  alqı-satqısı  vasitəçilər 
tərəfindən  qeydiyyata  alınaraq  yüksək  komisyon  məbləği  tələb  olunur.  Bu  bazar  ən  çox  ABŞ-da 
inkişaf edib.  
Dördüncü  bazar  və  yaxud  da  kompüterləşdirilmiş  bazar.  Bazar  dördüncü  bazarın  əsasında 
aksiyaların  elektron  ticarət  sistemi  sistemi  fəaliyyət  göstərir.  Bu  bazar  investorlara  sazişləri  güclü 
kompüter  sisteminin  vasitəsilə  imzalamaq  imkanı  verir  ki,  burada  da  birjaya  toxunmadan  böyük 
komisyon  xərclərinə  qənaət  etmək  olar.  nvestor  istənilən  vaxt  şəbəkə  vasitəsilə  öz  istədiyi  qiyməti 
fayla göndərir və əgər qarşılıqlı təklif alınarsa, sövdələşmə baş tutmuş hesab olur. 
Yuxarıda  adları  çəkilən  qiymətli  kağızlar  bazarını  müxtəlif  əlamətlərinə  görə  də 
seqmentləşdirmək olar. Qiymətli kağızlar öz növlərinə görə aşağıdakı bazarlara bölünürlər. 
1. Aksiya bazarları; 
2.  stiqraz bazarları; 
3. Veksel bazarları; 
4. Opsiyon bazarları; 
5. Depozit və əmanət sertifikatları bazarı. 
Emitentlərə görə də qiymətli kağızlar bazarını aşağıdakı bazarlara bölmək olar: 
1. şəxsi qiymətli kağızlar bazarı; 
2. dövlət qiymətli kağızlar bazarı; 
3. beynəlxalq qiymətli kağızlar bazarı. 
nvestorlara görə də qiymətli kağızlar bazarı aşağıdakı bazarlara bölünürlər: 
1. inistitusal investorların qiymətli kağızlar bazarı; 
2. fərdi investorların qiymətli kağızlar bazarı; 
3. ərazi meyarına görə qiymətli kağızlar bazarının aşağıdakı növləri vardır:  regional;  milli və 
qlobal. 
Qiymətli kağızlar bazarı işlədilən ticarət "texnologiyasına" görə aşağıdakı növlərə bölünürlər: 
1. Kassa bazarları; 
2. Təcili bazarlar; 
3. Auksiyon bazarları; 
4. Diler bazarları. 
Ə
gər  maraqlı  tərəflər  öz  qiymətli  kağızlarını  təcili  alıb-satmaq  istəyirlərsə,  onda  onlar  kassa 
bazarlarından istifadə edirlər. Bu bazarda sövdələşmələr 12 gün ərzində həyata keçirilir. 
Auksion bazarları aşağıdakı bazarları özündə birləşdirir: 
- Sadə auksion bazarları; 
- Holland auksion bazarları; 
- ikili  auksion bazarları; 
- Onkol bazarları;  
- Fasiləsiz auksion bazarları. 
Sadə auksion bazarları əsasən fond alətlərinə qarşı yüksək alıcılıq tələbi olduğu zaman işləyir 
və satıcı monopoliyası yaranır. Burada ən yaxşı vəziyyətdə satıcılar olurlar ki, alıcılar həmin qiymətli 
kağızın alınması üçün yüksək qiymətlər verirlər. 
Holland  auksion  bazarları    bu  bazarın  fəaliyyəti  alıcıların  ərizələrinin  əvvəlcədən  yığılması 
vasitəsi ilə həyata keçirilir. Bundan sonra isə ərizələr emitent və ya vasitəçilər tərəfindən qiyabi analiz 
edilir və son olaraq bu qiymətli kağızları almaq istəyən alıcıları razı salacaq qiymət müəyyənləşdirilir. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə