Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə14/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   10   11   12   13   14   15   16   17   ...   131

 
29 
uçotu  siyasəti  aparılır.  Mərkəzi  Bankın  bu  tədbiri  kommersiya  banklarının  veksellərin  uçotuna 
olan  həvəsini  artırır  və  eyni  zamanda  iqtisadiyyatın  pula  olan  ehtiyacları  daha  dolğun  şəkildə 
qarşılanır.  Mərkəzi  banklar  tərəfindən  veksellərin  yenidən  uçotu  iqtisadiyyatın  tənzimlənməsi 
məqsədilə  aparılır.  Veksellər  borcun  yaranması  şəraitindən  və  onun  yerinə  yetirdiyi 
funksiyalardan  asılı  olaraq  kommersiya,  finans  və  təminat  veksellərinə  ayrılır.  Kommersiya 
vekseli kreditə verilən əmtəənin alqı-satqısı üzrə real sazişə əsaslanır. Kommersiya vekseli faktiki 
olaraq  əmtəənin  girovu  ilə  verilir  və  vekselin  vasitəsilə  əldə  edilmiş  həmin  əmtəənin  satışından 
daxik olacaq pul vəsaiti ilə təmin olunur. Buna görə də həmin veksellər bəzən əmtəə vekseli, alıcı, 
yaxud örtülmüş veksel adlandırılır. Veksellərin digər bir növü də finans vekselidir. Finans vekseli 
bir  tərəfin  digər  tərəfdən  vekselin  əvəzində  pulun  borc  şəklində  alınmasına  əsaslanır.  Xüsusi 
finans  vekselləri  davamlı finans  vəziyyətinə  malik  olan  iri  məşhur  firmalar  tərəfindən  buraxılır. 
Finans vekselləri qısamüddətli olduğundan istiqrazlara nisbətən az əhəmiyyətə malikdir. Bu vek-
sellər banklar tərəfindən uçota qəbul edilmir. 
Ə
sasında konkret əmtəə sazişi dayanan kommersiya vekseli sadə və köçürmə formasında olur. 
Sadə veksel vekselverənin veksel sahibinə konkret məbləği bitmiş müddət üzrə ödənilməsinin yerinə 
yetirilməsi barədə heç nə ilə şərtlənməyən öhdəliyidir. Sadə vekselin üzərində yalnız tədiyəni ödəmə-
yə  məsul  şəxsin  bir  imzası  olur.  Köçürmə  veksel  (tratta)  vekselverənin  ödəyici  -  borcluya 
ünvanlanınış,  veksel  sahibinə  pulun  ödənilməsi  barədə  əmrini  nəzərdə  tutan  yazılı  sənəddir.  Sadə 
vekseldən fərqli olaraq köçürmə vekseldə iki tərəf deyil, üç və daha artıq tərəf iştirak edir. 
Müddətli hesablar və depozit sertifıkatları ilə yanaşı bank vekselləri də bankların vəsait cəlb 
etməsində mühüm rol oynayırlar. Bank vekseli vekselverənin veksel sahibinə müəyyən məbləği 
konkret müddətdə ödəməsi barədə borc öhdəliyidir. Bank vekseli müddətli hesablardan və depozit 
sertifikatlarından öz likvidliyi ilə fərqlənir. Belə ki, bank vekseli tədiyə vasitəsi rolunu oynamaq 
hüququna sahibdir və indossament qaydasında üçüncü şəxsə ötürülə bilər. Bank vekseli banklar 
üçün  də  əlverişlidir.  Bu  alətlərin  emissiyası  rəsmi  qeydiyyat  tələb  etmir.  Lakin  bank  vekselinin 
buraxılması  kommersiya  vekselindən  fərqli  olaraq  real  əmtəə  sazişlərindən  qaynaqlanmaması 
onların  iqtisadiyyatda  tədavülünə  ciddi  nəzarət  olunması  zərurətini  ortaya  çıxarır.  Buna  görə  də 
Mərkəzi banklar tərəfindən veksel emissiyasına məhdudiyyət qoyan normativlər müəyyən edilir. 
Kommersiya vekselindən fərqli olaraq bank vekselinin banklar tərəfindən uçotu qadağan edilir. 
ndi isə finans vasitəçiləri ilə olan bankların və qeyri-bank institutlarının emissiya etdikləri 
finans alətləri növləri üzərində dayanaq. Məlumdur ki, dolayı  finans alətləri içərisində əsas  yeri 
pul  finans  alətləri  tutur.  Bu  tip  alətlər  alqı-satqı  prosesində  tədiyə  vasitəsi  rolunu  oynamaq 
hüququna sahibdirlər. 
Banknot  dövlətin  rəsmi  puludur,  pul  sisteminin  əsil  finans  alətidir,  Mərkəzi  bank  tərəfindən 
tədavülə  buraxılır,  qanun  gücü  və  pul  siyasətinə  məsul  rəsmilərin  qərarı  ilə  təşkil  edilən  satınalma 
gücüdür, dövlətin cəmiyyətə borcudur. Banklar cari hesab açan başlıca finans qurumlarıdır. Cari he-
sablar böyük hərəkət göstərən fondlardır. Hər hansı bir cari hesaba gündə çoxlu pul yatırıla və çəkilə 
bilir. Milyonlar, cari hesablarda aparılan tək bir əməliyyatla əldən-ələ dəyişdirilə bilir. Müştərinin hər 
hansı  bir  anda  cari  hesabdan  çıxarda  biləcəyi  miqdara  provizyon  deyilir.  Provizyon  müştərinin  he-
sabındakı  istifadə  edilə  bilən  likvid  limitidir.  Provizyon  müştərinin  hesaba  qoymuş  olduğu  ödəmə 
miqdarından çox, az və ya ona bərabər ola bilər. Kommersiya bankları cari hesab kreditləri ilə əmanət 
və satınalma gücü yaradırlar.  
Çek  -  istifadəyə  hazır  provizyona  söykənən  bir  ödəmə  əmridir,  qeydiyyatlı  pul 
ödəmələrində  istifadə  edilən  başlıca  alətdir.  Banknot  ilə  çek  arasında  hüquqi  baxımdan  fərqlər 
vardır. Banknot dövlətin rəsmi puludur və onu rədd etmək qadağandır və onu qəbul etmək bütün 
ticarət təşkilatları tərəfindən məcburidir. Lakin birisinə pul yerinə çek verilirsə, o, bunu rədd edə 
bilər. Çeklə aparılan əməliyyatlarınuçotu dəqiq olduğundan iş həcmini və qazanclarını vergi dairə-
sindən gizlədənlər, rüşvət alanlar və s. bu kimi bənzəri şəxslər çeki qəbul etməzlər. Çeklə ödəmə 
aparan  və  aparılan  şəxslərin  qazandığı  praktik  fayda  onlara  pul  tutma,  daşıma  və  sayma 
çətinliyindən  qurtarır.  Çek  verənin  banka  çek  alıcısının  alacağı  pul  məbləğinin  bankdan  alması 
barədə yazılı tapşırığıdır.  Çek qiymətli kağızın bir növü olub ödəmə hesabat kitabçasıdır.  Çekin 
də veksel kimi öz vacib rekvizitləri vardır. Bunlar aşağıdakılardır:  adi "çek";  çek verənin çekdə 


 
30 
göstərdiyi  pul  məbləğinin  ödənilməsi  barədə  banka  tapşırığı;    çek  tədiyəçisinin  adı  və  hesab 
nömrəsi; çek verənin imzası; çekin tərtib edildiyi gün və yer. 
Çekin bir neçə növü vardır ki, bunların da ən əsasları aşağıdakılardır: 
1.  Adlı  çek  -  konkret  şəxsin  adına  yazılır  və  gələcəkdə  onun  başqa  şəxsə  ötürülməsi 
mümkün ola bilməz; 
2.  Order  çeki  -  bu  da  konkret  şəxsin  adına  yazılır,  amma  bu  çeklərin  gələcəkdə  ötürücü 
imzalarla indosament ötürülməsi mümkündür; 
3.  Təqdim  edilənin  adına  olan  çek  -  təqdim  edilənin  adına  yazılır  və  o  bir  şəxsdən  digər 
şə
xsə adi təqdim edilmə ilə ötürülə bilər; 
4.  Hesab  çekləri  -  onunla  nağd  pul  ödənişlərinin  aparılmasına  icazə  verilmir.  Pul  çeki 
bankdan nağd pul alınması üçün təyin edilib. 
Konosament  yüklərin  daşınmasında  dünya  praktikasında  hamı  tərəfindən  qəbul  edilən 
standart  formalı  sənəddir.  Konosament  yükləmə,  daşınma  və  alınma  hüququnu  təsdiq  edən 
sənəddir və beynəlxalq nəqliyyatda yüklərin daşınmasında istifadə edilir. Konosamentin aşağıdakı 
formaları  vardır:  təqdim  edilənin  adına  konosamentdə  təqdim  edilən  yükün  sahibi  hesab  edilir; 
adlı konosament  yükün konosamentdə adı çəkilən şəxs hesab edilir; Adlı konosament başqa bir 
şə
xsə aid ola bilməz. Konosamentin de öz rekvizitləri vardır. Bunlar aşağıdakılardır: gəminin adı;  
firmanın  adı;    yükün  qəbul  olunına  yeri;    yükü  göndərənin  adı;    yükü  alanın  adı;  yükün  adı  və 
onun əsas xarakteristikası;  konosamentin verildiyi vaxt və yer;  gəmi kapitanının imzası. 
Pul  bazarında  əməliyyat  görən  alətlərin  başında  əmanət  dayanır.  "Əmanət"  dedikdə, 
istənildiyi  zaman  və  ya  məlum  bir  müddət  sonunda  geri  alınmaq  üçün  banklar  qoyulan  pul 
anlaşılır.  Əmanət  sahibləri  verdikləri  pul  qədər  banklardan  alacaqlı  olurlar.  Başqa  bir  sözlə, 
pulunu banka qoyan bir kimsə banka kredit vermiş olur. Bir sıra ölkələrdə ödəmələrin böyük bir 
hissəsi  (təxminən  90%)  banklar  vasitəsilə  olur.  Pulun  banknot  yerinə  əmanət  şəklində  bankda 
tutulması əmanətçiyə gəlir gətirir. Müddətləri baxımından əmanətləri aşağıdakı şəkildə sıralamaq 
mümkündür: müddətsiz və  müddətli əmanət.  
Banklardan  istənilən  an  çıxarılmaq  üzrə  qoyulan  əmanətlərə  müddətsiz,  müəyyən  bir 
müddət sonunda götürülmə ilə qoyulan əmanətlərə isə müddətli əmanət deyilir. Tələb olunanadək 
depozitlər  müxtəlif  bank  hesablarındakı  vəsaitlərin  sahibinin  pul  və  hesablaşma  sənədlərini 
yazmaqla  birinci  tələbdən  əldə  edə  bilməsidir.  Bunlara  hüquqi  şəxslərin  cari  və  hesablaşma 
hesabında saxlanılan vəsaitlər, müxtəlif təyinatlı fondların vəsaitləri, hesablaşmalardakı vəsaitlər, 
digər  kreditorların  vəsaitləri,  digər  bankların  müxbir  hesablarındakı  vəsaitlərin  qalığı,  fiziki 
şə
xslərin tələb edilənədək əmanətlərdəki vəsaitləri və s. aiddir. Depozit sahiblərinin kateqoriyala-
rından  asılı  olaraq  depozitləri  hüquqi  və  fiziki  şəxslərin  depozitlərinə  bölmək  olar.  Depozit 
ə
məliyyatının    subyekti  banklar  və  pulun  sahibləri  olan  kreditorlar,  obyekti  isə  banka  verilən 
pullar sayılır. Bu hesabın sahibi üçün üstünlüyü onun yüksək likvidli olmasıdır. Ancaq onlar üzrə 
faizlər ya ödənilmir, ya da aşağı faiz müəyyən edilir. 
Nəzərə  alsaq  ki,  dünya  bank  təcrübəsində  bankların  cəlb  etdiyi  vəsaitlərin  əsas  hissəsini 
(təqribən 60-70  %ni) müddətli  depozitlər təşkil  edir.    Müxtəlif  növlü  depozit  və  əmanətlər  üzrə 
ödənilən  faiz  siyasəti  stimullaşdırıcı  rola  malik  olmalı  və  müştəriləri  öz  vəsaitlərini  nəinki  qısa 
müddətə, hətta uzun müddətə banklarda saxlamağa təhrik etməlidir. 
Bankların əsas xərcləri depozit və ya əmanət xidməti ilə bağlıdır.  
Azərbaycan  Respublikasında  mövcud  bank  qanunvericiliyinə  uyğun  olaraq  əhalinin 
ə
manətləri  banklar  tərəfindən  yalnız  Azərbaycan  Respublikası  Mərkəzi    Bankının  verdiyi 
lisenziya əsasında qəbul edilə bilər. 
Ə
manətçi  ilə  bağlanmış  müqaviləyə  əsasən  bank  əmanətçinin  qoyduğu  pul  vəsaitini 
saxlamağı,  əmanət  üzrə  faiz  şəklində  və  bankların  təklif  etdiyi  başqa  formada  gəlir  ödəməyi, 
ə
manətlə  hesablaşmalar  üzrə  əmanətçinin  tapşırıqlarını  yerinə  yetirməyi  tutulmuş  şərtlərlə  və 
qaydada geri qaytarmağı öhdəsinə götürür. 
Banklar ilk növbədə müştərilərin vəsaitlərini cəlb etmək və ya onların vəsaitlərini özündə 
saxlamaq üçün onlara kifayət qədər yüksək faiz gəliri əldə etməyi təmin etməlidir. Digər tərəfdən 
isə banklar kifayət qədər yüksək faiz dərəcəsindən qaçmalıdırlar. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə